2025

Azərbaycan “demokratiya cəngavəri” Ermənistanı hədələyir

2-3 iyun tarixində Vyanada keçirilən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən təşkil edilən “İnsan Ölçüsü 2025-ci il Üçüncü Konfransı” çərçivəsində “Azərbaycan Demokratriya və İnsan Hüquqları İnstitutunun” rəhbəri Əhməd Şahidov Ermənistanı açıq-aşkar hədələyib. “Növbəti müharibə zamanı Ermənistan öz suverenliyini tamamilə itirə, Azərbaycan ordusu isə Yerevanda türk çayı içə, Yerevandakı Göy məsciddə dua və namaz qıla bilər”.

“Əhatəlilik-dözümlülüyün və ayrı-seçkiliyə qarşı mübarizənin təşviqi vasitəsi kimi” mövzusunda konfrans zamanı ATƏT regionda dözümsüzlük və ayrı-seçkiliyə hərtərəfli və əhatəli şəkildə mübarizə aparılması, dinlərarası, konfessiyalararası və mədəniyyətlərarası dialoq və əməkdaşlıq yoluyla əhatəliliyin təşviqi, həm də, dözümlülüyü, ayrı-seçkiliyə qarşı mübarizəni və bərabərliyi təşviq etmək məqsədilə daha əhatəli yanaşmalar ehtiva edən siyasətlərin hazırlanması ilə bağlı iclaslar keçirilmişdir.

Tədbirdə iştirak edən Ermənistan QHT nümayəndələri çıxışlarında erməni qaçqınlarının hüquqları, Azərbaycanın törətdiyi hərbi cinayətlər, erməni mənəvi-mədəni və dini irsinin məhv edilməsi və mənimsənilməsi ilə bağlı məsələləri gündəmə gətiriblər. Onlar bu məsələlərin beynəlxalq səviyyədə qeydə alınmasına və ünvanlanmasına ehtiyac olduğunu vurğulayıblar.

Ənənəvi olaraq, ATƏT-dəki rəsmi nümayəndəsinin vasitəsilə Azərbaycan tərəfi erməni məruzəçilərin çıxışlarını mütamədi olaraq dayandırdığına və mane olduğuna baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayiş etdirdiyi yüksək anlayış və yanaşma nəticəsində bu cəhdlər uğursuz olmuş və erməni nümayəndə heyətinin yuxarıda qeyd olunan məsələləri beynəlxalq səviyyədə gündəmə gətirməsinə mane ola bilməmişdir.

Azərbaycan tərəfinin pozuntularla bağlı bəyanatlarına “cavab” olaraq “Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun” rəhbəri Əhməd Şahidov Ermənistanı açıq şəkildə təhdid edib. Əvvəlcə “türk diplomatiyası”na xas olan saxta nəzakətlə çıxış edən Şahidov qeyd edib ki, Qarabağ münaqişəsi başa çatıb və özləri Ermənistanla qonşu kimi sülh şəraitində yaşamaq istəyirlər. Ondan sonra, öz ölkəsinin prezidentini və hakimiyyətini təkrarlayan Azərbaycan nümayəndəsi lazımsız yerə və dəfələrlə Ermənistanı revanşizmdə ittiham edib. Ermənistan daim yalnız sülhə nail olmaqdan danışdığına baxmayaraq, Şahidov açıq şəkildə Azərbaycan tərəfinin real, aqressiv mövqeyini nümayiş etdirməyə davam edib.

Aqressiv və qeyri-sabit mövqeyi olan Əhməd Şahidovun “Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutu”nun rəhbəri olması onu göstərir ki, Azərbaycanda “demokratiya” anlayışı eyni mahiyyətə və görüntüyə malikdir, necə ki “azərbaycan tipli qonşuluq” ideyası. Yuxarıdakı Ermənistan paytaxtında Azərbaycan ordusunun “çay içmək” kimi açıq təhdidlə ifadə edilir.

Əhməd Şahidovu sırf Azərbaycan ərazisində çay içmək və namaz qılmaq istəyini təmin etməyə çağırırıq.

Telegram kanalımıza abunə olun