2025

1 İyun: pozulmuş uşaqlıq, tapdanmış hüquqlar

Artsaxlı qaçqın oğlan Gorisdə müvəqqəti sığınacaqda yerləşdirilməyi gözləyir, 25.09.2023-cü il. Müəllif: İrakli Gendenidze (Reuters)

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Elm və Təhsil Nazirliyi bu gün Şuşi şəhərində “Şuşi Türk Xalqları Birliyinin mədəniyyət incisidir” adlı Beynəlxalq Uşaq Yaradıcılıq Festivalı təşkil edib.

İlk baxışdan əla bir tədbir kimi görünür, lakin ancaq ilk baxışdan. Tədbiri cəmi 5 il əvvəl həmin Şuşi şəhərinin uşaqlarını öz vətənində uşaqlıqlarını keçirmək və yaşamaq hüququndan məhrum edən dövlətin hökuməti təşkil edib.

Fotoşəkil: Şuşinin uşaqları, müəllif: Areg Balayan, 2020-ci il.

2020-ci ilin Artsax müharibəsi zamanı Azərbaycan silahlı qüvvələri sistematik olaraq sadəcə müdafiə mövqelərinə deyil, həm də birbaşa mülki dinc əhaliyə yönəlmiş hərbi cinayətlər törədib. Sentyabr ayının 27-də Azərbaycanın başlatdığı hərbi əməliyyatlar nəticəsində Artsaxda insan haqları kobud şəkildə pozulub, günahsız uşaqlar əziyyət çəkib.

Oktyabr ayının 4-də Azərbaycan silahlı qüvvələrinin Martuni şəhərini (Martuni rayonu) artilleriya atəşinə tutması nəticəsində 9 yaşlı qız hələk olub, 2 yaşlı qardaşı isə ağır yaralanıb. Oktyabr ayının əvvəlində Martakert şəhərindən təxliyə zamanı Azərbaycan silahlı qüvvələrinin pilotsuz uçan aparatının zərbəsi nəticəsində 13 yaşlı oğlan ağır yaralanıb. Oktyabr ayının 14-də Vardenis-Sotk avtomobil yolunun yaxınlığında yenidən Azərbaycan PUA-nın zərbəsi nəticəsində 14-yaşlı oğlan yaralanıb.

2023-cü ilin sentyabr ayının 19-da azərbaycan hücumu nəticəsində Artsaxın Əsgəran rayonunun Sarnağbyur kəndində üçü uşaq olmaqla beş mülki şəxs həlak olub.

Sentyabr ayının 20-də Artsax İnsan Haqları Müdafiəsinin Aparatının əldə etdiyi məlumatlara görə, ən azı 200 ölüm və 400-dən çox yaralanma qeydə alınıb. Mülki əhali arasında yaralananların sayı 40-ı ötüb, onlardan 13-ü uşaqdır.

44-günlük müharibə zamanı hərbi əməliyyatlar nəticəsində Artsax Respublikasında 24 mindən çox uşaq təhsil hüququndan məhrum edilib.

2020-ci ilin sentyabr ayının 30-da Ermənistan Respublikasının İnsan Hüquqları Müdafiəçisi Azərbaycanın mülki yaşayış məntəqələrinə hava və artilleriya hücumları ilə bağlı faktaraşdırma işi aparmaq missiyası ilə Ermənistanın Geğarkunik mərzinə səfər edib. Fakt-araşdırma qrupu sentyabr ayının 27-də səhər saatlarından Azərbaycan aviasiyasının və artilleriyasının Ermənistanın Geğarkunik mərzində mülki yaşayış məntəqələrini hədəfə aldığını qeyd edib. Sotk kəndinin yaşayış hissəsi istiqamətinə PUA-nın zərbəsi nəticəsində təkcə yaşayış evlərindən birinə deyil, həm də partlayış yerindən təxminən 100-150 metr aralıda yerləşən məktəbə də ziyan dəyib. Valideynlərin sözlərinə görə, onlar təhlükəsizlik üçün uşaqları ilə birlikdə müvəqqəti olaraq zirzəmilərdə gizlənməyə məcbur olublar.

Beynəlxalq ictimaiyyətin səsszliyi fonunda mülki dinc əhaliyə qarşı hərbi cinayətləri qəsdən davam etdirən Azərbaycan silahlı qüvvələri hətta Stepanakert Ana və Uşaq Sağlamlığı Mərkəzini də hədəfə alıb.

Fotoşəkil: Azərbaycan Stepanakert Ana və Uşaq Sağlamlığı Mərkəzini (Respublika Doğum Evi) hədəfə alıb

Əhəmiyyətli beynəlxalq aktorların bəyanatlarına baxmayaraq, vəziyyət dəyişməz qaldı. Blokadaya görə 270 uşaq öz yaşayış yerlərinə qayıda bilməyib. Onların təhlükəsizlik, təhsil və ailə həyatı hüquqları pozulub. Dərmanların, tibbi ləvazimatların və gigiyena vasitələrinin kəskin çatışmazlığı uşaqların sağlamlığına və tibbi xidmət almaq hüququna ciddi mənfi təsir göstərmişdir. Uşaq süni süd qarışığının olmaması yüzlərlə yeni doğulmuş körpənin qidalanmasında ciddi problemlər yaradır, onların fiziki və əqli inkişafını təhlükə altına alır. Artsax hakimiyyət orqanlarının iddia etdiyinə görə, ölkədə hər üç ölümdən biri qidalanma çatışmazlığı ilə bağlı olub.

Fotoşəkil: Artak Beqlaryanın X səhifəsindən

Azərbaycanın məqsədyönlü şəkildə apardığı Artsax əhalisini qorxutmaq və onları daimi qeyri-müəyyənlik və gərginlik vəziyyətində saxlamaq siyasəti təkcə Artsaxlı uşaqlarının psixi sağlamlıq vəziyyətinə deyil, həm də davranışlarına açıq şəkildə mənfi təsir göstərmişdir.

Azərbaycan Artsaxın mülki dinc əhalisinə təcavüzkar və anti-erməni siyasətini davam etdirərək nəinki beynəlxalq hüquq və humanitar prinsipləri pozub, həm də bütöv bir nəsli uşaqlıqdan məhrum edib. Şuşidə uşaq festivalı keçirilərkən, həmin şəhərdən və Artsaxın bütün ərazisindən məcburi deportasiya edilmiş minlərlə artsaxlı uşaq öz vətənlərində böyümək, təhsil almaq və təhlükəsiz uşaqlıq keçirmək hüququndan məhrum edilir.

Telegram kanalımıza abunə olun