2025
Katolik kilsəsinin yeni seçilən Papası XIV. Leo media nümayəndələri ilə ilk görüşünü keçirib. BBC-nin bildirdiyinə görə, Roma Papası “həqiqəti axtarıb və xəbər verdiyinə” həbs olunan jurnalistləri azad etməyə çağırıb. Roma Papası həmçinin qeyd edib ki, mətbuat azadlığı qorunmalıdır, azadlıqdan məhrum edilmiş jurnalistlərin iztirabları isə “dövlətlərin və beynəlxalq ictimaiyyətin vicdanına bir çağırışdır”.
Vatikanla sıx əlaqələr quran Azərbaycanda XIV. Leonun bu çıxışı həmin ölkədə mətbuat azadlığının vəziyyətini nəzərə alsaq, çətin ki, işıqlandırılsın. “Jurnalistləri Müdafiə Komitəsi” beynəlxalq təşkilatının 2024-cü ilin yekun məlumatına görə, Azərbaycanda həbsdə olan 13 jurnalist var. May ayının 9-na olan dəqiqləşdirilmiş məlumatlarına görə, Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 25 nəfərə çatıb. Son iki müstəqil jurnalistlər Ülviyyə Əli və Əhməd Məmmədli idi. Təbii ki, azərbaycan rejimi tərəfindən jurnalistlərin təqiblərə məruz qalması siyasi xarakter daşıyır. Həbs edilənlər arasında xəyanətdə ittiham olunan tədqiqatçı və köşə yazarı Bəhruz Səmədov da var. Yuxarıdakı Ermənistana qarşı Azərbaycanın apardığı ekspansionist və təcavüzkar siyasətini tənqid etməyə cəsarət edib.
Jurnalistlər Azərbaycanda təqiblərə məruz qalan yeganə qrup deyil. Etnik azlıqlara, misal üçün Talış xadimlərinə və şiə dindarlarına göstərilən qanunsuz təqiblər də adi haldır.
Adətən bu qruplar beynəlxalq strukturların və müxtəlif təşkilatların, həmçinin hüquq müdafiəçilərinin, ictimai xadimlərin diqqət mərkəzində olur. Hazırda Bakıda müxtəlif strukturlar və siyasi xadimlər, o cümlədən Avropa Parlamenti tərəfindən azadlığa buraxılmaları tələb edilən iyirmiyə yaxın erməni girov və əsir barəsində saxta məhkəmə prosesi gedir. Belə beynəlxalq strukturların da diqqətini bu prosesə yönəltməsi lazımdır.
Son illər ərzində Bakı Vatikanla fəal işlər aparır, onun məqsədlərindən biri də tolerant ölkə imicini irəli sürmək və Artsaxın erməni mənəvi-mədəni irsini alban-udi kimi təqdim etməkdir. “Geğard” fondu mütəmadi olaraq bu məsələlərə toxunub.
Ümid edirik ki, yeni seçilən Roma Papası xristian, ümumbəşəri və humanist dəyərlərə əsaslanaraq Bakının apardığı siyasətinə qarşı daha tələbkər münasibət göstərəcək. Katolik kilsəsi həqiqətən də Artsaxın erməni-xristian irsinin məhv edilməqdən və saxtakarlıqdan xilas edilməsinə böyük töhfə verə bilər.