2025

Azərbaycanlıların Böyük Vətən müharibəsində iştirakı və Azərbaycan təbliğatı

Faşist Almaniyası 1941-ci ildə SSRİ-yə hücum edərkən Sovet ölkəsinin çoxmillətli tərkibini onun qələbəsini təmin edən mühüm amillərdən biri hesab edirdi. Almaniya ümid edirdi ki, SSRİ xalqlarının bir hissəsini sovet hakimiyyətinə qarşı öz tərəfinə çəkməyə nail olacaq. Həmin proqram “Kommunizmə qarşı xaç yürüşü-zülm altında olan millətlərin azadlığı uğrunda” şüarı altında həyata keçirməli idi. Proqramı həyata keçirmək üçün Almaniya hərbi kəşfiyyatı və əks-kəşfiyyat idarəsi-Abver Sovet İttifaqının ərazisində 1918-1921-ci illərdə mövcud olmuş milli respublikaların sürgündə olan keçmiş rəhbərləri ilə əlaqə saxlayır. Müharibənin əvvəlində Sovet İttifaqının xalqları arasında təbliğat aparmaq üçün milli komitələr yaradıldı. Almaniyanın təklifinə bir çox insan, xüsusən də ağqvardiyaçılar, millətçilər və keçmiş respublikaların rəhbərləri təpki verir.

Müharibə ərzində Almaniya tərəfindən işğal edilən sovet ərazilərini idarə etmək üçün İşğal olunmuş Şərq Əraziləri Nazirliyi yaradıldı ki, onun da əsas məqsədlərindən biri Qafqaz və Zaqafqaziya xalqlarından sovet hakimiyyətinə qarşı istifadə etmək idi. Almaniya rəhbərliyi çoxlu sayda azərbaycanlının olduğu xüsusi təyinatlı “Bergman” (“Dağçı”) hərbi vahidi[1] yaratdı. Belə gözləntilərlə Orta Asiya respublikalarının nümayəndələrindən Türküstan legionu yaradılır.

1942-ci ilin dekabr ayında, milli legionların yaradılma məsələsinə istinad edən Adolf Hitler, bəyan etdi: “Mən yalnız müsəlmanları etibarlı hesab edirəm. Mən sırf Qafqaz batalyonlarının təşkilini son dərəcədə təhlükəli iş hesab edirəm, lakin sırf müsəlmanlardan ibarət hərbi birləşmələrin yaradılmasında heç bir təhlükə görmürəm”[2].

Almaniya komandanlığı 1941-ci ildə Varşavada Zaqafqaziya respublikalarından olan hərbi əsirlərdən üç batalyon yaratdı. Azərbaycanlılar arasında təbliğat aparmaq üçün Müsavat Azərbaycanın qurucusu, Ruminiyada yaşayan, sonra Berlinə köçmüş və Almaniyadakı Azərbaycan mühacirətinə başçılıq etmiş Məmhəmməd Əmin Rəsulzadə ilə əlaqə yaradılır. Azərbaycanlı Əbdürrəhman Əli oğlu Fətəlibəyli[3], Azərbaycan “Birlik” təşkilatının sədri Əli Məmmədov, Ələkbər Şamxorski, Azərbaycan Milli Komitəsinin fəalları Cümşüd Məmmədov və başqaları da faşistlərlə fəal əməkdaşlıq ediblər.

Sovet zabiti Əbdürrəhman Əli oğlu Fətəlibəyli əsir götürüldükdən sonra Almaniyanın qələbəsi halında Azərbaycanın müstəqiliyinin bərpa olunacağına ümid edərək almanlarla əməkdaşlıq edir. O, alman zabiti Qlogerlə birlikdə birinci Azərbaycan batalyonuna rəhbərlik edirdi.

1942-ci ildə Azərbaycan legionu adlandırılan Qafqaz Müsəlman legionu 1941-ci ildən Şərq legionlarının komandanlığı altında Polşada fəaliyyət göstərirdi.

811-ci Türküstan Elit Piyada Batalyonunda da azərbaycanlılar xidmət edirdi. Komandir mayor Kurtun 10 mart 1943-cü tarixli məlumatına görə, 733 nəfərdən ibarət batalyonda azərbaycanlıların sayı 84 nəfər idi.

1942-1943-cü illərdə Ukraynada Şərq legionlarının[4] komandanlığı altında sırf azərbaycanlılardan ibarət daha bir legion fəaliyyət göstərirdi. Yuxarıdakı 162-ci Türk Diviziyasının 314-cü Piyada Alayına çevrildi. Azərbaycanlılar həmçinin 1940-1945-ci illərdə fəaliyyət göstərən xüsusi təyinatlı “Brandenburq” tikinti-təlim alayında, Kadr (Şərq) Könüllülər Diviziyasında, Abver (müdafiə)-106 kəşfiyyat-təxribat diviziyasında, Abver-201 “Darius Qrupu”, Abver-203 və digər qruplarda xidmət etmişlər.

“Qafqaz” və “Müsavat” azərbaycanlılardan ibarət kəşfiyyat-diversiya qruplarından idi. Həmin qruplar hətta Sovet Azərbaycana daxil ola bildilər. Bölgə xalqlarından azərbaycanlılar ən çox antisovet əhval-ruhiyyəsi aşılamağa müvəffəq olublar. Ölkələrinin “azadlığını” “yalnız Almaniya ilə” bağlayan gənclər arasında xüsusilə nəzərə çarpırdı.

Almaniya xüsusi xidmət orqanlarının fəal agentlərindən biri də azərbaycanlı Cümşüd Məmmədov olub. O, Berlində Azərbaycan Milli Komitəsində işləyib, azərbaycanlı hərbi əsirlər arasında təbliğat aparmaq və onları işə cəlb etmək üçün tez-tez əsir düşərgələrinə gedirdi.

Ümumilikdə, 1941-1945-ci illər ərzində Almaniya silahlı qüvvələrində xidmət edən azərbaycanlıların sayı 28 min[5] nəfərə yaxın idi. Digər məlumatlara görə, Vermaxt Azərbaycan hərbi birləşmələrinin tərkibində 40 minə yaxın azərbaycanlı[6] döyüşüb.

Azərbaycan rəhbərliyi bu gün nəyin bahasına olursa olsun azərbaycanlıların Böyük Vətən Müharibəsində iştirakını vurğulamağa çalışsa da, faktlar başqadır. Sovet Azərbaycan ərazisindən müharibədə iştirak edən Azərbaycan vətəndaşlığı olanlar arasında: ermənilər, talışlar, ləzgilər və digər millətlərin nümayəndələri də çox idi, Azərbaycan təbliğatı onları milli mənsubiyyətinə görə qeyd etməkdən hər cür çəkinirdi.

Yeri gəlmişkən, Azərbaycan SSR Böyük Vətən Müharibəsi qəhrəmanlarının 139-dan 43-ü azərbaycanlı, 34-ü ermənidir, onlardan təxminən 30-u Artsaxdandır. Təbii ki, onları sadəcə azərbaycanlı kimi təqdim etmək Əliyev rejiminə daha sərfəlidir. Bundan əlavə, azərbaycanlıların faşist Almaniya ilə əməkdaşlığı ən fəallardan biri idi. Azərbaycan hakimiyyəti bu faktları hər cür gizlətməyə çalışır. Hazırda Azərbaycan Respublikasının nəzarətində olan Erməni ərazilərində Böyük Vətən Müharibəsi iştirakçılarına və qələbədə əməyi olan hərbi komandirlərə həsr olunmuş abidələr məhv edilir. Təkcə erməni deyil, həm də SSRİ-nin milliyətcə rus qəhrəmanlarının abidələri hədəfə alınır.

[1] Daha ətraflı bax: Эдуард Абрамян, Забытый легион. Неизвестные страницы соединения специального назначения «Бергманн», Ереван, 2005.

[2] A. Vert, Rusiya 1941-1945-ci illər müharibəsində, Yerevan, 1969, s. 536.

[3] Əbdürrəhman Düdənginski, Azərbaycan Milli Komitəsinin sədri, 1944-cü il Azərbaycanın Birgə Qərargah rəisi.

[4] 1943-cü ildən etibarən 162-ci türk diviziyası.

[5] Bax: Эдуард Абрамян, Забытый легион. Неизвестные страницы соединения специального назначения «Бергманн», Ереван, 2005, с. 233.

[6] Сергей Дробязко, Андрей Каращук Восточные легионы и казачьи части в Вермахте http://www.erlib.com

Telegram kanalımıza abunə olun