2025
Türkiyədən başqa, Azərbaycan da aktiv şəkildə Erməni Soyqırımının inkarı işinə cəlb olunub, vaxtaşırı soyqırımı inkar edən bəyanatlar verir. Azərbaycanın rəhbərliyi, “elmi çevrə”, mətbuat-tədbirlər təşkil edərək, faktları saxtalaşdıraraq ermənilərə qarşı əsassız ittihamlar irəli sürürlər. Buna oxşar tədbirlər xüsusilə də Erməni soyqırımı ildönümü ərəfəsində baş verir. Belə ki, aprel ayında Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə “Cənubi Qafqaz və Anadoluda türklərə qarşı erməni zülmü” mövzusunda absurd başlıqlı panel-müzakirəsi keçirilib. Tədbirdə Türk Tarix qurumunun rəhbəri, “tarixçi” Yüksel Özgen “erməni vəhşilikləri mövzusunun yeterincə işıqlandırılmadığını”, guya “ermənilərin kütləvi qırğınlar təşkil etdiyini və bunu türklərə aid etdiyini” və “onlarda Birinci Dünya Müharibəsi zamanı ermənilərin həyata keçirdiyi vəhşiliklər barədə arxivlərdən toplanmış məlumatların mövcud olduğunu” qeyd edib. Buna əlavə olaraq, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib ki, “imperalist güclər erməniləri türklərə qarşı soyqırıma təhrik ediblər”.
Sual yaranır-əgər arxivlərdən məlumatlar toplanıbsa və mövzu kifayət qədər işıqlandırılmayıbsa, o zaman Özgən və onun kimi tarix saxtakarları bunca il nə ilə məşğul olublar? Onu işıqlandırmaqdan çəkindilər, yoxsa mövzuya istinad etməyə vaxtları olmadı? Yaxud “ermənilər Anadoluda türkləri qırıblarsa”, niyə bu gün orada erməni qalmayıb?
Bu cür inkarçı “arqumentlər” əslində güzgü ittihamlardan başqa bir şey deyil. Buna oxşar “arqumentləri” şərti olaraq iki qrupa bölmək olar: birbaşa inkar-belə bir şey olmayıb və daha hiyləgər inkar, yəni baş verənlərə məhəl qoymamaq, onun əhəmiyyətini minimuma düşürmək, rasionallaşdırmaq-“Birinci Dünya Müharibəsi dövründə yaranmış mürəkkəb vəziyyətə” istinad etməklə “başqa qüvvələrin Osmanlı İmperyasına qarşı erməniləri istifadə etməsi”, erməniləri xəyanatda ittiham etməsi və s. Bütün bu saxta arqumentlər və əsaslandırmalar Azərbaycanın inkarçı siyasətinin “arsenalında” da var.
2015-ci ildə Erməni Soyqırımının 100-cü ildönümündən əvvəl İlham Əliyev inkar məsələsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə hazır olduğunu bildirmişdi. Əliyev deyib. “Türkiyə və Azərbaycan ermənilərin soyqırımla bağlı yalanlarına birgə mübarizə aparacaq”.
2021-ci ildə ABŞ prezidenti Co Bayden illik müraciətində Erməni Soyqırımı ifadəsini işlətdikdə Əliyev Baydenin qərarını tarixi səhv adlandırıb və qeyd edib ki, bu regionda “əməkdaşlığa ciddi zərbədir”.
Azərbaycanın səyləri yalnız inkar məsələsində Türkiyənin yanında olmaqla məhdudlaşmır. Azərbaycanda və həmin ölkənin hüdudlarından kənarda uydurma mədəni, anti-elimi tədbirlər keçirilir. Bəzən nüfuzlu nəşriyyatlar və müəyyən şöhrətə malik olan alimlərin dəstəyi ilə kitablar nəşr olunur: erməni soyqırımının inkarı barədə narrativlər də yayılır.
Türkiyənin inkarçılıq siyasəti Azərbaycana ruhlandırıcıdır. Yuxarıdakının Türkiyəni dəstəklənməsi başqa bir məqsəd güdür: Azərbaycan özü bölgədə ermənilərin mövcudluğunu inkar etməyə çalışır. Bakının inkarçılığı, aqressiv, ksenofob siyasəti soyqırım aktlarının praktik olaraq həyata keçirilməsi strategiyasının tərkib hissəsidir.