2025
Bugün Erməni Soyqırımının 110-cu ildönümüdür.
1890-cı illərdən etibarən Osmanlı İmperiyasında qərbi ermənilərin məhvi Sultan 2-ci Əbdülhəmid tərəfindən başlanmış, daha sonra Gənc türklər və kemalistlər tərəfindən davam etdirilən dövlət siyasətinə çevrilmişdi. 1894-1922-ci illər ərzində qərbi ermənilər, erməni tarixi-mədəni irsi məhv edilib. Yaxın Şərqdən olan qədim xalqlardan biri öz vətənində yaşamaq hüququndan məhrum edilib.
Həmidiyyə rejiminin (1894-1896) başlatdığı soyqırım siyasətinin növbəti, ən parlaq nümunəsi 1909-cu ilin aprel ayında Gənc Türklərin təşkil etdiyi Kilikiya ermənilərinə qarşı kütləvi qırğınlar oldu. Onlar hakimiyyətə “Azadlıq, Bərabərlik, Qardaşlıq” şüərları ilə gəlsələr də, əslində pantürkizmin edkspansionist ideyalarını rəhbər tutmuşlar. Birinci Dünya Müharibəsi dövründə (1914-1918) Gənc Türklər rəhbərliyi erməniləri məhv etmə siyasətini daha geniş miqyasda davam etdirdi. Soyqırım zamanı Türkiyə dövləti həm də ermənilərin külli miqdarda mülkünü ələ keçirdi.
Bütün bunlara baxmayaraq, 1915-ci ilin may ayının 11-də Antanta dövlətləri (Böyük Britaniya, Fransa və Rusiya) birgə bəyanat qəbul edərək, Osmanlı İmperiyasında erməni əhalisinin kütləvi şəkildə qətlə yetirilməsini pislədilər. Üstəlik, həmin cinayətin tanınması və iştirakçılarının cəzalandırılması istiqamətində ilk addımı Birinci Dünya Müharibəsi bitdikdən sonra Gənc Türkləri əvəz edən yeni Türkiyə hakimiyyəti atdı. 1919-cu ilin yanvar ayında hərbi məhkəmələrdə Gənc Türklər hökumətinə, “Təşkilati Məxsusə” (“Xüsusi Təşkilat”) rəhbərlərinə və “İttihad və Tərəqqi” partiyasının üzvlərinə qarşı araşdırma aparıldı. 1919-cu ilin iyul ayının 5-də qəbul edilən hökmlə 31 cinayətkardan 4-ü: Erməni Soyqırımının əsas təşkilatçısı, Daxilli İşlər Naziri, Gənc Türk Partiyası Mərkəzi Komitəsinin sədri və sədrəzəm Mehmed Tələt Paşa, Hərbi Nazir İsmayıl Ənvər və Dəniz Qüvvələri Naziri, Birinci Dünya Müharibəsi dövründə Suriyada 4-cü türk ordusunun komandanı Əhməd Camal Paşa, “İttihad və Tərəqqi” Partiyasının Mərkəzi Komitəsinin və “Təşkilti Məxsusə”-in üzvü Doktor Nazim qiyabi ölüm cəzasına məhkum edilib. 27 təqsirləndirilən şəxsin çoxu həbs cəzasına məhkum edilib, bəziləri isə sürgün edilib. Lakin, sonradan onlardan çoxu mühacirətdən qayıdaraq, hətta Cümhuriyyət Türkiyədə yüksək vəzifələr tutublar. Demək ki, Gənc Türklərdən sonra hakimiyyətə gələn kamalçılar nəinki öz sələflərinin hərəkətlərini pisləmədilər, həmin siyasəti Kilikiyada, 1920-1922-ci illərdə İlk Ermənistan Cümhuriyyətinin işğal etdikləri ərazilərdə, Zmyurnada (İzmir) və başqa yerlərdə də davam etdirdilər.
1943-cü ildə Türkiyə hökumətinin tələbi ilə Tələt eksqumasiya edilərək İstabuldakı Azadlıq Abidəsində milli qəhrəman kimi dövlət dəfn mərasimi ilə dəfn edildi. İstanbulun mərkəzi Şişli ilçəsində Ənvərin məqbərəsi inşa olundu. Türkiyədə və başqa ölkələrdə məscidlərə, məktəblərə, yaşayış binalarına, küçələrə onların adı verilmişdir.
Sonralar həmin siyasəti Şərqi Zaqafqaziyada Osmanlı ordusu sayəsində qurulan Azərbaycan dövləti də qəbul etdi. Artıq Müsavat Azərbaycan hakimiyyəti illərində-1918-1920-ci illərdə, Gənc Türklərin dəstəyi ilə Bakı ermənilərinin qırğını həyata keçirilib. Bu soyqırımçı siyasəti həm də Şərqi Zaqafqaziyanın başqa yaşayış məntəqələrində, Artsaxda, Naxicevanda və digər yerlərdə yayıldı. Azərbaycan hakimiyyəti sovet hakimiyyəti illərində bu siyasəti davam etdirə bilməsə də, SSRİ-də son illərdə yaranmış qarışıq vəziyyətdən istifadə edərək, 1988-1991-ci illərdə Sumqayıtda, Bakıda, Kirovabadda kütləvi qırğınlar törətməklə anti-erməni siyasətini davam etdirdi.
1991-ci ildə yenicə müstəqillik qazanmış Azərbaycan Respublikası tərəfindən törədilən cinayətlərin cəzasız qalması və onlara adekvat siyasi-hüquqi qiymətin verilməməsi Azərbaycanda dövlət səviyyəsində ermənilərə qarşı nifrət mühitinin dərinləşməsinə münbit zəmin yaratdı. 2016-cı ilin aprel ayında, 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Artsaxa qarşı soyqırım aktları həyata keçirib. Azərbaycan hakimiyyəti tərəfindən ermənilərə qarşı aparılan ardıcıl etnik təmizləmə siyasəti nəticəsində 2023-cü ilin sentyabr ayında Artsax Respublikası ermənilərdən boşaldılıb.
İndiki Türkiyədə olduğu kimi, Azərbaycanda da ermənilərə qarşı daha çox qəddarlıq göstərənləri qəhrəmanlaşdırmağa davam edirlər. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin “Qurtuluş” batalyonunun komandiri Şahin Talıb oğlu Tağıyevə, Ramil Səfərova və başqalara Azərbaycanın Milli Qəhramanı adı verilib. Meydanlara, küçələrə cəlladların və cinayətkarların adı verildi.
Təəssüf ki, Türkiyənin müxtəlif hakimiyyət orqanları tərəfindən törədilən dəhşətli cinayət nəinki Türkiyənin indiki hakimiyyət orqanları tərəfindən etiraf edilmədi və pislənmədi, həm də “qardaş” Azərbaycan hakimiyyətini yeni cinayətlər törətməyə ruhlandırdı. Onlar üçün erməni qırğınları törədən Əbdül Həmid, Tələt, Ənvər və başqaları qəhrəmanlıq timsalına çevrildilər.
Erməni Soyqırımının günahsız qurbanlarının xatirəsini anırıq...