2025

Böyük Vətən Müharibəsi iştirakçılarının və etnik rusların məzarları Azərbaycan vandalizminin hədəfində

Azərbaycanın nəzarəti altındakı erməni mədəni irsi, o cümlədən tarixi abidələr və qəbiristanlıqlar daim vandalizmə məruz qalıb. Mədəni irsi dağıdılmaqla Bakının bir məqsədi var: erməni irsinin tarixini qəsdən silmək, həmin ərazilərdə erməni izini məhv etmək.

Onlar tərəfindən bəyan etdikləri “multikultural siyasət” prinsipləri ilə açıq şəkildə ziddiyyət təşkil edən Azərbaycanın dövlət siyasəti, əslində sadəcə ermənilərin deyil, həm də öz ölkələrindəki digər xalqların tarixi və dini irsini məhv etməyə yönəlmiş.

Guya “azərbaycan kimliyi” yaradaraq, digərləri ilə birlikdə, ölkədəki rus və Böyük Vətən Müharibəsi iştirakçılarının qəbiristanlıqlarını da hədəfə alırlar. Azərbaycan vəhşilikləri yalnız məzar daşlarının dağıdılması ilə məhdudlaşmır. Dövlətin icazəsi nəticəsində Vətən müharibəsi qurbanların və iştirakçıların məzar yerləri, rus, erməni və ümumiyyətlə Xristian qəbiristanlıqları “qəbiristanlıqların qara” biznesinin hədəfinə çevrilir. Sovet beşguşəli ulduzlarını, xaçları, məzar daşlarını dağıdandan sonra, bu qəbiristanlıqlar yenidən azərbaycanlılara satılır.

Qəribə şəkildə, son onilliklərdə Azərbaycanda qəbiristanlıq ərazilərindən yollar çəkilir, yerli rus və erməni qəbiristanlıqları bu saxta bahanə ilə dağıdılır.

Azərbaycanda rus qəbirlərinin qəsdən dağıdılması barədə məhz yerli sakinlər şahidlik edir. Sakinlərdən biri Nikolay İvanov hələ də 1917-ci ildə Bakının Yasamal rayonundakı rus qəbiristanlığında baş verən vandalizmdən danışıb. O şikayət məktubunda qeyd edib ki, son 4-5 il ərzində yaxınlarının da dəfn olunduğu adı çəkilən qəbiristanlıqda qəribə hadisələr baş verir. İvanovun sözlərinə görə, keçmişdə Yasamal qəbiristanlığının xristian və müsəlman hissələri ayrı idi, lakin zaman keçdikcə xristian hissəsində müsəlman qəbirləri peyda olub. İvanov qeyd edib. “Qəbiristanlıqda, xüsusi ilə də gecə saatlarında vandallıq baş verir: dəmir xaçları və Böyük Vətən Müharibəsi iştirakçılarının ulduz simvolu olan qəbir daşları götürülür”.

Sakinlərin çoxu qeyd edir ki, söz “qəbiristanlıqların qara” biznesindən gedir. Bir mərhum üçün qəbiristanlıq sahəsi beş min manata satılır, iki-üç dəfn yerinin qiyməti isə on min manata və ondan yuxarıya çatır. Qəbiristanığın xristianlar üçün nəzərdə tutulan hissəsində mərmərdən tikilmiş çoxlu möhtəşəm müsəlman məzarlarının olduğu adi gözlə görünür.

Əri də sözügedən qəbiristanlıqda dəfn edilmiş yerli sakin Antonina Vasilyevna qeyd edir. “Həmin əraziyə gələn hansısa təşkilatın üzvləri tərk edilmiş qəbirləri axtarır və siyahıya alırlar, çox güman ki, onları baha qiymətlə satacaqlar”.

Vandallığa məruz qalmış qəbiristanlıq.

Qeyd etməyə dəyər ki, bu, Azərbaycanın ərazisində rus qəbiristanlıqlarının dağıdılması ilə bağlı ilk hadisə deyil. 2023-cü ildə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində növbəti vandallıq hadissəsi baş verib-qəbiristanlıq ərazisində yerləşən 150-dən çox qəbir daşı dağıdılıb. Azərbaycandakı rus icması açıq şəkildə Zabratın qədim qəbiristanlığının ərazisində törədilmiş barbarlığı pisləyib. Yerli sakinlər bildirirlər ki, qəbiristanlıq ərazisində tez-tez metal hasarlar və xaç oğurluqları baş verir.

Azərbaycanın Əmircan qəsəbəsinin qəbiristanlığında da zədələnmiş qəbir daşları tapılıb. Sakinlərdən birinin bildirdiyinə görə, bir sıra qəbir daşları vandallığa məruz qalıb, xaçlar və hasarlar isə tamamilə məhv edilib. Məsələylə bağlı Əmircan qəsəbəsinin bələdiyyə nümayəndələrinə sorğu göndərilib, buna cavab olaraq bildiriblər ki, qəbiristanlıq ərazisində abadlıq işləri aparılır. Bələdiyyə nüməyəndələrinin iddia etdiklərinə görə-“həmin qəbirlər sahibsizdir”. Mövcud olan qəbir daşlarının 30-40 yaşı var, əsasən ruslara və ermənilərə, həm də tatarlara məxsusdur. ona görə də qəbiristanlıq sahibləri yoxdur”.

Sosial şəbəkələrdə yayılmış fotoşəkillər təsdiqləyirlər ki, abadlıq işləri məzar daşlarına bu cür zərər vura bilməzdi. Qəsdən və məqsədyönlü şəkildə qəbiristanlıqlarda-həmin ərazilərdə digər millətlərin mövcudluğunu sübut edən hər şey məhv edilir.

Təmir və ya tikinti işləri adı altında həyata keçirilən tədbirlər nəticəsində Bakıdakı Montin Xristian qəbiristanlığında müxtəlif millətlərdən olan məhrumların məzarları da murdarlanıb, həmin qəbiristanlıqda əsasən ermənilər (buna görə də buranı həm də erməni qəbiristanlığı adlandırırlar), ruslar, gürcülər, ukraynalılar dəfn olunub Yol çəkmək saxta bəhanəsi ilə ağır texnika ərazini yerlə yeksan edib-Xristian və erməni izlərini xatırladan hər şey məhv edilib.

Beləliklə, Azərbaycan Respublikasının ərazisində təkcə erməni deyil, həm də rus qəbiristanlıqlarının vandalizmi Azərbaycan tərəfinin barbarlığını əks etdirir, açıq şəkildə eləcə də rus icmasına yönəlmiş dərin nifrət və dözümsüzlük barədə xəbər verir. Əliyev rejimi və yə yönləndirilən təşkilatlar tərəfindən insanların məzarlarının murdarlanması, dağıdılması, onlardan biznes gəliri kimi istifadə edilməsi hakim rejiminin hətta mənəvi dəyərlərə malik olmadığını sübut edir.

Telegram kanalımıza abunə olun