2025
Fotoşəkildə: Azərbaycan tərəfindən Artsaxda məhv edilmiş və təhlükə altına düşmüş erməni abidələri
Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS) təşəbbüsü ilə 1982-ci ildən etibarən aprel ayının 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Bu il “Fəlakətlər və münaqişələr səbəbi ilə təhlükə altına düşən irs: İCOMOS-un 60 illik fəaliyyətindən hazırlıq və dərslər” adı altında keçirilir. İCOMOS qeyd edir ki, aprelin 18-i təhlükə altında olan dünya irsinin qorunması və mühafizəsi barədə səsləndirdiyi üçün bir fürsətdir.
Builki mövzu Artsaxdakı erməni dini və mədəni irsinin taleyini tam şəkildə ifadə edir. Azərbaycan Artsaxı işğal etdikdən və ermənilərdən boşaldıqdan sonra erməni mədəni irsinə “müharibə elan etdi”-onun bir hissəsini alban kimi elan edib, digər hissəsini isə tamamilə məhv edib. Azərbaycanın apardığı bu siyasət planlı və sistemli xarakter daşıyır.
Qeyd etməyə dəyər ki, İCOMOS Azərbaycanın erməni irsini məhv etmək siyasətini yaxşı bilir. İllər əvvəl qurum öz hesabatlarında Cuğanın (Culfa) xaçkarlarının (xaç daşı) Azərbaycan hakimiyyəti tərəfindən məhv edilməsini sənədləşdirmişdi. 2020-ci ilin noyabr ayında İCOMOS və bir sıra digər qurumlar “Dağlıq Qarabağ Bölgəsində Mədəni İrsin Mühafizəsi”nə dair bəyanat yayıblar.
Hazırda İCOMOS-un, eləcə də mədəni irs məsələləri ilə məşğul olan digər beynəlxalq təşkilatların apardığı ardıcıl monitorinqi və bu barədə səsləndirməsi erməni irsinin ən azı bir hissəsini məhv olmaqdan xilas etməyə kömək edə bilər.
“Geğard” fondu İCOMOS-un göstərdiyi fəaliyyətini dəyərləndirərək, məsələdə ardıcıllığa, Artsaxa müşahidəçilərin göndərilməsinin zəruriliyində iddia etməyə və Artsaxın zəngin irsinin məhv olmaqdan xilas etmək üçün digər strukturlarla əməkdaşlıq etməyə çağırır.
Azərbaycan erməni abidələrini məhv etməkdən başqa, mümkün və qeyri-mümkün üsullarla, o cümlədən Beynəlnxalq Abidələr və Tarixi Yerlər Günündən istifadə edərək Ermənistana qarşı əsassız ittihamlar irəli sürür.
Fond Azərbaycan hakimiyyəti tərəfində həyata keçirilən mədəni vandallığı və tarixin saxtalaşdırılmasını qınayır.