2025

Tarixi Qoxtn vilayətinin erməni Paraka kəndi

2025-04-17

Tarixi Qoxtn vilayətinin erməni Paraka kəndi hazırda Naxçıvan Muxtar Respublikasının yaşayış məntəqələrindən biridir[1]. 1989-cu ildə məcburi deportasiya nəticəsində kənd erməni əhalisindən məhrum edilib.

Parağa adının mənşəyi və mənası barədə bir neçə fərziyyə var. Bunlardan birinə görə, yaşayış məntəqəsinin adı ermənilərin sitayiş etdikləri baş ay tanrısının Parnağın adı ilə[2] bağlıdır. G.Abgaryan Parağa adı Sebeosun qeyd etdiyi “Parakan Şemakats” yer adı ilə əlaqələndirir və hesab edir ki, “ov iti” mənası ilə[3] “Parakan” sözündən yaranıb. Mövcud olan izahatlar natamam olsa da, kəndin qurucularının və sakinlərinin ermənilər olmasına birmənalı sübutdur.

Bu yaşayış məntəqəsi yüksək dağları və yaşıl dərələri ilə əhatə olunmuş təbii gözəlliyə malik olmaqla yanaşı, həm də erməni maddi mədəniyyətinin beşiyi idi-çoxsaylı dəlilləri ilə-kilsələr, burada yazılan və köçürülən çoxlu əlyazmalar[4], ermənicə kitabələri ilə məzar daşları, xaçkarlar və s. Bunlar əsasən burada Paraka Dzoro monastırı-Surb (Müqəddəs) Gevorg monastırı, Surb (Müqəddəs) Nşan, Surb (Müqəddəs) Şmavon, Surb (Müqəddəs) Yeğiə peyğəmbəri, Surb (Müqəddəs) Hakob, Surb (Müqəddəs) Stepanos kilsələri fəaliyyət etdiyi düvrünə-14-18-ci əsrlərə aiddir, əksəriyyəti indi xarabalıqdır. Parağanın şimal tərəfində-hündür düzənlikdə, 13-19-cu əsrlərə aid ermənicə kitabələri ilə 800-dən çox məzar daşı və xaçkarlarla böyük qəbiristanlıq yerləşirdi. Burada yonulmuş, yarı bitmiş bazaltdan tikilmiş körpünün qalıqları qorunub saxlanılmışdır. Argam Ayvazyanın dediyinə görə, həmin körpü 17-ci əsrdə tikilmişdir. 1702-ci ildə tikilən karvansara barədə girişin ermənicə qeydi[5] şahidlik edir.

Bu erməni mədəni irsi Azərbaycan hakimiyyəti və hazırda 300-400 nəfərə çatan kəndin əhalisi tərəfindən məhv edilib. Bakı hakimiyyəti bu əhalinin əksəriyyətini guya geri dönmələrini “gözləyən” “Ermənistandan deportasiya edilmiş azərbaycanlılar” hesab edir. Aydındır ki, gəlmə əhali kənddə məskunlaşana qədər, kəndin əsas sakinləri Azərbaycan hakimiyyəti tərəfindən deportasiya edilmiş ermənilər idi.

[1] Hazırda Naxicevan Muxtar Respublikasının Parağa kənd yaşayış məntəqəsidir.

[2] S.Umaryan, Sünik-mifologiya, Yerevan, 1981-ci il, s. 45.

[3] G.Abgaryan, Sebeosun tarixi və Anonimin sirri, 1965-ci il, s. 116.

[4] Əlyazmaların bir neçəsi Yerevan Matenadaranında qorunub saxlanılır.

[5] Argam Ayvazyan, Naxicevanın litoqrafiya irisi, c. C, Qoxtn vilayəti, 2007-ci il, s. 22.

Telegram kanalımıza abunə olun