2025
2025-04-15
Aprel ayının əvvəlində Avropa İttifaqı-Mərkəzi Asiya ölkələri arasında ilk sammiti keçirilib, bir sıra strateji razılaşmalar əldə olunub. Bəyannamə qəbul edilib, onun bəndlərindən biri Kipr məsələsinə aiddir.
1974-cü ildə Türkiyə qoşunları Kipr adasının şimal hissəsini işğal edib, orada Şimali Kipr Türk Cümhuriyyəti adlı ərazi vahidi yaradıblar. Onu tanıyan yeganə ölkə Türkiyədir. Mərkəzi Asiyanın türk dövlətləri onun müstəqilliyini tanımasalar da, Türkiyə ilə həmrəylik çərçivəsində Kipr Respublikası ilə əlaqələri inkişaf etdirməkdən imtina etdilər. Avropa İttifaqı-Mərkəzi Asiya Zirvə Bəyannaməsində qeyd edilir: tərəflər BMT Təhlükəsizlik Şurasının Kipr Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini, Kiprin qanuni hökumətindən başqa heç bir hökumətin tanınmamasını tələb edən qətnamələrinə sadiq olduqlarını bildirir və Türkiyənin Kiprdəki hərəkətlərini pisləyirlər. Bundan başqa, son aylar ərzində Mərkəzi Asiyanın türk dövlətləri-Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan, habelə müşahidəçi statusuna malik Türkmənistan Kipr Respublikası ilə diplomatik əlaqələri inkişaf etdirir.
Türk Dövlətləri Təşkilatının üzvlərinin bu addımı son illərdə özünün yaratdığı Şimali Kipr türk hökumətinə beynəlxalq legitimlik verməkdə fəallıq göstərən Türkiyənin səylərinə zərbə oldu. Xüsusilə də Türkiyə türk dövlətlərinin qondarma Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlər yaratmasına, hətta tanımasına səylər göstərir. Ankaranın göstərdiyi səyləri ilə Şimali Kiprin türk lideri Türk Dövlətləri Təşkilatının iclaslarına dəvət olunur, türk dövlətlərinin nümayəndələrinin Şimali Kiprə səfərləri təşkil edilir və s.
Mərkəzi Asiya ölkələrinin attığı addım hökuməti uğursuzluqda, müttəfiqlərini isə xəyanətdə ittiham edən Türkiyə mətbuatında təəccüb və qəzəbə səbəb olub. Türk jurnalist Ardan Zentürk baş verəni Türkiyəyə vurulan şillə kimi qiymətləndirib.
Qeyd etməyə dəyər ki, xüsusən 2020-ci ildən sonra Ankara Bakını da Şimali Kiprdəki türk rejimi ilə münasibətlərə cəlb etməyə çalışırdı. Azərbaycan başçısı İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarı qəbul edibdi, parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu yaradılıbdı.
Türkiyədə həm də “bir millət, üç dövlət” ideyası təbliğ olunur. Azərbaycan mətbuatında baş verənlərlə bağlı “qəribə həmrəylik”, “Türkiyə müttəfiqləri Yunanıstanın yanında oldu” kimi bir sıra istinadlar var.
Mərkəzi Asiya dövlətlərinin bu addımı Azərbaycana, bir tərəfdən, Türkiyə rəhbərliyinə özünü daha sərfəli şəkildə təqdim etmək, digər tərəfdən isə türk tərəfdaşlarının mövqeyinə istinad edərək, Şimali Kiprdəki türk rejimi ilə təmasları dərinləşdirməkdən imtina etmək imkanıdır.
Sammitdən bir neçə gün sonra, aprel ayının 9-da Əliyev digər məsələlərlə yanaşı, Şimali Kipr məsələsinə də toxundu. “Biz hər zaman qardaşlarımızın yanındayıq... Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq olan qardaşlarımıza kömək etməkdən başqa bir məqsədimiz yoxdur”.
Baş verənlərdən belə nəticəyə gəlmək olar ki, türk inteqrasiyası davam etsə də, dövlət maraqları hər şeydən üstündür. Hazırda Mərkəzi Asiya ölkələri Avropa İttifaqı ilə enerji amilinə əsaslanaraq sıx siyasi və iqtisadi əlaqələr qurmağa çalışırlar. Azərbaycan, öz növbəsində enerji resurslarının Aİ-yə nəqli üçün həm təchizatçı, həm də tranzit yol olmağa iddia edir. Bakı bir tərəfdən 2020-ci il müharibəsində Ankaranın dəstəyini, digər tərəfdən isə Azərbaycanın qaz istehlakı üçün ən böyük bazarı olan Aİ ilə münasibətlərini nəzərə almağa məcburdur.