2025

“Geğard” elmi analitik fondunun şikayət-məktubu

Müqəddəs Taxt-Tacının Pontifik Qriqorian Universitetinin hörmətli kansleri, kardinal Joze Tolentino de Mendonsa

Möhtərəm rektor Mark Lyuis

Bu ilin aprel ayının 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində Azərbaycan “Azərbaycanda xristianlıq: Tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans təşkil etmişdir.

Elm adı altında tarixin saxtalaşdırılması, yenidən yazılması və siyasi məqsədlər üçün istifadə edilməsi olduqca qınanılacaq bir haldır. Müqəddəs Taxt-Tacda Azərbaycanın səfirliyi tərəfindən maliyyələşdirilən Qriqorian Universitetində keçirilən konfrans, məhz bu məqsədlərə xidmət edirdi.

Konfransın adı manipulyasiya xarakteri daşıyır və bugünkü Azərbaycanın əsrlər boyu qədim xristian tarixi olan ölkə olması barədə saxta təsəvvür yaradır. Əminik ki, həm universitet, həm ev sahibi, həm də iştirakçılar konfransın başlığının problemli olduğunu yaxşı bilirdilər.

Aydındır ki, Albaniyada, Artsaxda, Naxicevanda xristianlığın çoxəsirlik tarixi “Xristianlıq Azərbaycanda” saxta adı altında təqdim olunur. Əminik ki, həm siz bir alim kimi, həm də konfrans iştirakçıları yaxşı bilirsiniz ki, Albaniyanın, Artsaxın, Naxicevanın xristian-erməni və alban irsinin Azərbaycan dövləti ilə heç bir əlaqəsi yoxdur.

Ritorik sual yaranır-görəsən elmi konfrans zamanı elmi etika və mənəviyyat qorunub mu: heç olmasa bir məruza ilə Azərbaycanda xristian irsinin, erməni kilsələrinin məhv edilməsi və onların “albanlaşdırılması” məsələsinə toxunulubmu? Şübhəli ki, konfransda bölgədə dövlət səviyyəsində xristianlığı ilk qəbul edən xalq-ermənilər və Ermənistan barədə heç bir məruzə səsləndirilməyib (301-ci il).

Qeyd olunan konfrans, Azərbaycanın tarixi siyasi məqsədlərlə manipulyasiya etməsinin, onu silah kimi istifadə etməsinin növbəti təzahürüdür. Azərbaycanın tarixdən silah kimi istifadə etməsi yeni bir şey deyil. Bunun məqsədi bölgədəki aqressiv niyyətlərini leqitimləşdirmək və onları siyasi-hərbi maraqlarına xidmət etdirməkdir.

Faktdır ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan hərbi yolla Artsax Respublikasını (Dağlıq Qarabağ) ermənilərdən təmizlədi və hazırda da erməni mədəni irsinin məhv edilməsini və mənimsənilməsini davam etdirir. Bunu təkcə beynəlxalq təşkilatlar və dövlətlər deyil, həm də peyk şəkilləri və internetdə yayılan videolar sübut edir. İnformasiya sahəsi Azərbaycan rəhbərliyinin Ermənistan Respublikasına və ermənilərə qarşı açıq təhdidlər səsləndirdiyi çıxışlarla doludur. Azərbaycan başçısı müharibə ilə hədələyir və Ermənistan Respublikasının ərazisinə açıq iddialar irəli sürür.

Azərbaycan tarixşünaslığı və təbliğatı, çoxsaylı ilkin mənbələrə və sübutlara baxmayaraq, Qarabağ ərazisini tarixi erməni izindən məhrum etməyə çalışaraq regionun tarixini saxtalaşdırır. Əsassız şəkildə Azərbaycan elmi dairələri iddia edirlər ki, guya ermənilər Qarabağda yalnız 19-cu əsrin əvvəlində peyda olublar, abidələr üzərindəki erməni yazıları isə 19-20-ci əsrlərdə əlavə olunub.

Nüfuzlu universitetin platformasının anti-erməni çıxışları və tarixin təhrif edilməsi üçün istifadə olunması iştirakçıların çıxışları ilə sübut edilir. Politoloq Fuad Axundov tarixi saxtakarlıqlarla dolu çıxışında qeyd edib. “Ermənistan Azərbaycana məxsus xristian sivilizasiyanı-alban kilsələrini məhv edib”, “ermənilər Qarabağ ərazisində yerləşən alban abidələrini məhv ediblər və onları erməniləşdirməyə cəhd ediblər”, “Ermənistan, azərbaycanlıları tarixi torpaqlarından qovaraq, Azərbaycanın tarixi irsini məhv edib, toponimləri, alban kilsələrinin memarlığını dəyişdirib və erməniləşdirib”. Konfransın açılışı da Azərbaycanın “multikulturalizm” tezisini irəli sürmək və Ermənistanı saxta ittihamlarla günahlandırmaq üçün istifadə olunub.

Təəssüf ki, konfransa sahənin tanınmış tədqiqatçıları da qatılmağa razılaşıb: Hamburq Universitetinin professoru, Parisdəki Praktiki Ali Tədqiqatlar Məktəbinin Qafqaz dilləri və filologiyası bölməsinin doktoru Jil Otye-regionun mədəniyyətini və tarixini yaxşı bilənlər. Ümid edirik ki, onlar öz elmi nüfuzlarından həqiqəti təqdim etmək və səslənən saxta tezisləri təkzib etmək üçün istifadə ediblər.

Hörmətli universitet rəhbərliyi, Azərbaycan müxtəlif ölkələrdə bu kimi konfranslar, kitab təqdimatları keçirmək və öz təbliğat tezislərini irəli sürmək üçün böyük maliyyə resursları ayırır.

Ümid edirik ki, Sizin rəhbərlik etdiyiniz universitet bundan sonra daha diqqətli olacaq və Azərbaycanın tarixi saxtakarlığını yaymaq, aqressiv siyasətini irəli aparmaq, erməni xristian izlərini silmək məqsədi ilə öz ali platformasından istifadə etməsinə imkan verməyəcək. Qeyd etməyə dəyər ki, həmin konfransın zalında Azərbaycan bayrağının yanında Vatikanın bayrağı da yerləşdirilmişdi-bununla tədbirə daha böyük çəkidə nüfuz qazandırmaq hədəflənmişdi.

“Geğard” elmi-analitik fondu

Aprel 12, 2025-ci il

Telegram kanalımıza abunə olun