2025
1992-ci ilin aprel ayının 10-da Azərbaycan Respublikasının silahlı qüvvələrinin bölmələri Artsax Respublikasının Martakert rayonunun Marağa kəndində erməni dinc əhalisinə qarşı qırğın törətdilər. Səhər saat 5-də Azərbaycan silahlı qüvvələri kəndi atəşə tutmağa başladılar. Artsaxın azadlıq ordusunun döyüşçüləri Leonid Azgaldyan və Vladimir Balayanın başçılığı ilə düşmənin iki hücumunu dəf edə bildi. Lakin düşmən mühasirə halqasını yarıb keçə bildi. Azərbaycanın “Qurtuluş” batalyonu 20 zirehli texnikanın müşayiəti ilə, 1000-ə yaxın əsgəri ilə kəndə daxil ola bilib. Əhalinin əksəriyyəti kəndi tərk edə bilsə də, çoxu çıxa bilməyib. Marağada qalanlar Azərbaycanlı əsgərləri tərəfindən qətlə yetirilib, qeyri-insani işgəncələrə məruz qalıb, 175 ev talan edilərək yandırılıb. Ertəsi gün özünümüdafiə qüvvələri Marağayı azad etməyə nail oldular, burada vəhşicəsinə qətlə yetirilən 43 mülki erməninin cəsədi şikəst edilib və yandırılıbdı, bəzilərin başları kəsilibdi, digərləri-yandırılıb və yə gözləri çıxarılıbdı[1]. Zori Balayan yazır. “Ertəsi gün günortadan sonra Marağaya daxil olanda bizi ancaq hələ də tüstüsündə yanmış evlər qarşıladı. Ekshumasiya edildi. Lentlərimizə başları kəsilmiş və yandırılmış meyitləri həkk edildi. Həmin kadrların bir hissəsi «Вести» televiziya proqramında nümayiş etdirilib. Marağa faciəsinə dünya təəccüblü dərəcədə sakit reaksiya verdi. Hamının alışdığı üçün yox, həm də ona görə ki, azərilər və türklər fəal şəkildə təbliğat aparırdılar, planeti dezinformasiya edirdilər[2]”.
“Kənd tamamilə dağıdılıbdı. İnsanlar hələk olanları basdırdılar, daha doğrusu, nə basdırmaq olardı-bədənin işgəncələrə məruz qalmış, diri-diri yandırılmış, kəsilmiş və ya mişarlanmış hissələri. Bəziləri bir gün əvvəl basdırılmışdı, onları çəkiliş üçün çıxardıq, baxmayaraq ki, ermənilər üçün nə qədər ağır olduğunu başa düşürdük. Həmin günlərdə Marağada lentə alınanlar orada baş verən dəhşətli qətliamı sənədləşdirir-başları kəsilmiş və parçalanmış meyitlər, uşaqların meyitləri, qanlı topraq və mişarla kəsilmiş bədən hissələri. Biz onların o iyrənc cinayəti törətdikləri qanlı oraqları görmüşdük. Yəqin ki, onları sübut kimi özümüzlə aparmalıydıq , amma bacaramadım. Sakinləri öldürdükdən sonra, azərbaycanlılar kəndi qarət edib yandırıblar. Əsgərlərdən sonra dinc sakinlər peyda olub, talanları davam etdiriblər...”,-baronessa, Britaniya Lordlar Palatasının üzvü və keçmiş spiker müavini, insan hüquqları müdafiəçisi Kerolayn Koks şahidlik edir. Yuxarıdakı faciəsindən dərhal sonra “Christian Solidarity Worldwide” təşkilatının bir qrup nümayəndəsi ilə birlikdə Marağaya səfər etdi. Baronessanın dediyinə görə, kəndin 45-dən çox sakini qətlə yetirilib. Erməni tərəfinin siyahı məlumatları ilə 57 qadın hələk olub və 45 dinc sakin-9 uşaq və 29 qadın daxil olmaqla əsir götürülüb.
Beynəlxalq Human Rights Watch və Amnesty International insan haqları təşkilatlarının məlumatlarına görə, Azərbaycan silahlı qüvvələri tərəfindən Marağada törədilmiş hərbi cinayətlərinin nəticəsində 30 qadın daxil olmaqla 50 mülki erməni vəhşicəsinə qətlə yetirilib. 50 nəfər isə əsir götürülüb, o cümlədən 29 qadın və 9 uşaq, onlardan 19 nəfərin taleyi bu günə qədər məlum deyil.
Qarabağ münaqişəsi üzrə britaniyalı eksperti Tomas de Vaal yazıb. “Erməni kəndi olan Marağada törədilən qətliam demək olar ki, məlum deyildi, lakin çox vəhşicəsinə idi...”[3].
Azərbaycan qoşunları 1992-ci ilin may ayının 11-də 16 zirehli texnika ilə yenidən Marağaya hücum etdilər, lakin Aşot Qulyanın (Bekor) başçılığı ilə erməni qüvvələri tərəfindən geri atıldılar. Kənd sakinləri azərbaycanlıların ertəsi hücumuna qədər-iyun ayının 17-i, qayıdıb kənddə yaşamağa davam etdilər. Azərbaycan qoşunları yenə kəndi işğal etdilər, 13 erməni sakini əsir götürdülər.
Ümumiyyətlə, 1992-ci ildə Marağada 90 erməni sakin qətlə yetirilib, 37 nəfər ağır yaralanıb, o cümlədən 21 qadın və 6 uşaq[4].
Marağa qətliamı demək olar ki, işıqlandırılmadı ve geniş ictimaiyyətə naməlum qaldı.
Marağa ermənilərinin qətliamı törədən Azərbaycan silahlı qüvvələrinin “Qurtuluş” batalyonunun komandiri ŞahinTalıb oğlu Tağıyev Azərbaycanın Milli Qəhrəmanı adına nail olub, ona görə də bu cinayətə görə məsuliyyət tamamilə Azərbaycan hakimiyyətinin üzərinə düşür. Bu iş tərzi davamlı oldu-2004-cü ilin fevral ayının 19-da Budapeştdə erməni zabiti Qurgen Markaryanı öldürən Rəmil Səfərov da qəhrəmanlaşdırıldı.
Marağa erməni əhalisinin qətliamı Azərbaycan hakimiyyəti tərəfindən ermənilərə qarşı nifrətin və ardıcıl etnik təmizləmə siyasətinin növbəti təzahürü idi, eyni əməliyyatlar bundan əvvəl (1988-1991-ci illər) Sumqayıtda, Bakıda və Azərbaycanın digər yaşayış məntəqələrində də həyata keçirilib, ondan sonra isə, Şimali Artsaxda. Ermənilərə qarşı Sovet Azərbaycanın, ondan sonra 1991-ci ilin yeni müstəqil Azərbaycan Respublikası tərəfindən törədilən cinayətlərinin cəzasızlığı və bunlara beynəlxalq ictimaiyyət tərəfindən adekvat siyasi və hüquqi qiymət verilməməsi Azərbaycanda dövlət səviyyəsində ermənilərə qarşı nifrət mühitinin yaradılması üçün münbit zəmin yaratmışdır. Artsaxın erməni əhalisinə Azərbaycan eyni üsullarla 2016-cı ilin aprel ayında, 2020-ci ilin sentyabr-noyabr aylarında da soyqırım aktları törədib. Ermənilərə qarşı Azərbaycan hakimiyyətinin həyata keçirdiyi ardıcıl etnik təmizləmə siyasəti nəticəsində 2023-cü ilin sentyabr ayında Artsax Respublikası ermənilərdən boşaldılıb.
[1] Marağada törədilən hadisələr barədə bax-Human Rights Watch, Bloodshed in the Caucasus, p. 29;
Caroline Cox and John Eibner, Ethnic Cleansing in Progress: War in Nagorno-Karabakh, London: Institute for Religious Minorities in the Islamic World, 1993; «Трагедия Мараги: четыре года спустя»-Голос Армении», 9 апреля 1996, Левон Мелик-Шахназарян, Военные преступления Азербайджана против мирного населения Нагорно-Карабахской Республики, Ереван, 1997. /http://armenianhouse.org/mshakhnazaryan/docs-ru/crime/contents.html; Levon Melik-Şahnazaryan “Dağlıq Qarabağ Respublikasının dinc əhalisinə qarşı Azərbaycanın hərbi cinayətləri”, 1998; «Christianity Today. Baroness Cox: Survivors of the Maraghar Massacre» /https://www.christianitytoday.com/1998/04/survivors-of-maraghar-massacre/։ Бакур Карапетян, Маргушаван - Марага: документальная повесть, Шуши, 2013.
[2] Зорий Балаян, Между адом и раем: Карабах, этюды, Москва, 1995, с. 89.
[3] Томас де Ваал, Черный сад. Армения и Азербайджан между миром и войной /перевод с английского О. Алякринского, Москва, 2005, глава 11, с. 240.
[4] “10 Aprel 1992, Marağa qətliamı. Azərbaycanın anti-erməni soyqırımcı davranışı” Yunanıstanın gündəlik “Azat or” (Azad gün) qəzetində məqalə, 10 aprel 2017-ci il.