2025
Osmanlı İmperiyası Birinci Dünya müharibəsində məğlub olaraq 1918-ci ilin oktyabr ayının 30-da imzalanan Mudros müqaviləsi ilə qeyd-şərtsiz kapitulyasiya aktını qəbul etdi. Həmin müqaviləsinin əsasında Türkiyə qoşunlarını Zaqafqaziyada işğal etdiyi bölgələrindən çıxarmalı oldu.
Paralel olaraq, türklər həmin ərazilərdə “müsəlman respublikaları” yaradırdılar ki, həmin ərazilər Ermənistan Respublikası ilə birləşməsin. Qarsın Müsəlman Şurası (Milli Şura)[1] tərəfindən idarə olunan Qars vilayətinin keçmiş ərazisində yaranmış Cənub-Qərbi Qafqaz Respublikası belə inzibati vahidlərdən biri idi.
Türklər getdikdən sonra, Qars vilayətinin mənsubiyyət məsələsi qeyri-müəyyən olaraq qaldı. Vilayətə qarşı Rusiyanın (Rusiyanın cənubunun könüllü ordusu[2]), Gürcüstanın və Azərbaycanın ambisiyaları var idi.
Eyni zamanda bölgəyə daxil olan Britaniya qüvvələrinin dəstəyi ilə 1919-cu ilin yanvar ayının 17-18-də baş verən müsəlman nümayəndələrinin konqresində Cənub-Qərbi Qafqazın Müvəqqəti Milli Hökumətinin elan edilməsi qərara alındı. Yuxarıdakının hakimiyyəti Acarıstandan İran sərhədinə, o cümlədən Naxçıvana qədər yayılmalı idi. Mərkəzi erməni Qars şəhəri idi.
“Şura” yalnız müsəlmanlardan ibarət idi və Türkiyənin “İttihat və Tərəqqi” partiyasının təsiri altında idi. Eyni zamanda Qars vilayətinə və ətrafındakı digər erməni ərazilərinə qarşı eləcə də Azərbaycan Respublikası ambisiyalarını göstərməyə başladı. Yuxarıdakı “şura”ya maddi yardım göstərirdi və fəaliyyətinə[3] istiqamət verməyə çalışırdı. Qarsın qubernatoru Stepan Ğorğanianın qeyd etdiyinə görə. “Yerli türklərin üsyanı təkcə Bakı qızılları və agentləri tərəfindən deyil həm də türk komandanlığına arxalanırdı[4]”.
Hələ 1917-ci ildən etibarən Qarsda Qafqaz tatarların Müsavat partiyasının təsirində olan Bakı Türk Xeyriyyə Cəmiyyəti fəaliyyət göstərirdi. Yuxarıdakı Stepan Ğorğanyanın dediyinə görə. “Qars vilayətində gələcək Şuraya hazırlıq işləri görürdü və beləliklə Bakıya, gələcək Azərbaycana və panislam arzusuna yol açırdı...”[5]. “Şura”nın rəhbəri M. Bəy Əlibəyov türkləri silahlandırırdı və Bakının Müsavat partiyasının göstərişlərini yerinə yetirirdi.
“Şura”nın hökuməti Qars, Batum, Axalsıx, Axalkalaki, Şərur və Naxicevan üzərindəki hüquqlarının tanınmasını tələb etdi. Bu ərazidə antierməni hərəkatları qızışdırılaraq təşkil edilib. Bu işdə Əli Xan Təkinskinin rəhbərlik etdiyi Azərbaycanın Yerevandakı diplomatik nümayəndəliyi mühüm rol oynayırdı, təbliğatında isə Azərbaycan Respublikasının mətbuatının böyük rolu olmuşdur.
1919-cu ilin aprel ayının 10-da Britaniyalı general Tomson “Cənub-Qərbi Qafqaz hökumətinin” buraxılması ilə bağlı bəyanat yayıb, qeyd edərək ki, Paris Sülh konfransı Qarsın və digər mübahisəli ərazilərin yekun statusunu müəyyən etməlidir. 1919-cu ilin aprel ayının 12-də britaniyalılar Qarsda fəaliyyət göstərən müsəlman parlamentinin və hökumətinin üzvlərini həbs ediblər, onların arasında 18 gəlmə türk iğtişaşçı[6] da var idi. Aprelin 19-da britaniyalılar hakimiyyəti Ermənistan Respublikasının hökuməti tərəfindən Qarsın qubertnatoru kimi təyin edilmiş Stepan Ğorğanyana verdilər. Aprel ayının 23-də britaniyalıları erməni qüvvələri əvəz etdi. Beləliklə, Qars Ermənistan Respublikası ilə birləşdirildi. Lakin Azərbaycan həmin qoşulmasını (birləşmə) tanımaqdan imtina etdi və Əli Xan Tekinskini göstəriş verdi. “Dərhal Qars hökuməti ilə əlaqə saxlayın. Ona hər cür dəstək göstərin, onun ehtiyaclarının nə olduğunu öyrənin. Lazımi dəstək göstərmək üçün bizə teleqraf göndərin...”.
Azərbaycanlı tarixçi Aydin Hacıyev qeyd edir ki, guya Qars və Batum vilayətlərinin ərazisində Türkiyədən[7] daha çox Azərbaycan Xalq Cümhuriyyətinə meylli müstəqil dövlət formalaşırdı.
Azərbaycan Respublikası tərəfindən həm də beynəlxalq aləmdə də fəal iş aparılırdı. 1919-cu ilin avqust ayının 20-də Paris Sülh Konfransında Qars vilayəti, Naxicevan, Şərur-Dərələyəz, Sürməli və Yerevanın bəzi ərazilər üzərində Ermənistan Respublikasının nəzarətin yaradılmasına etiraz notası təqdim edilir. Azərbaycan nümayəndə heyəti Qars vilayətinin müsəlmanlarının referendum yolu ilə Azərbaycana birləşmək istəyinin necə pozulacağından dərin narahatlığını bildirir (Maraqlıdır ki, Azərbaycan Dağlıq Qarabağ və Zəngəzur məsələsinin eyni prinsiplə həllinin qəti əleyhinə idi). 1919-cu ilin avqust ayının 29-da Azərbaycanın nümayəndə heyəti konfransa təqdim etdiyi memorandumda və xəritədə ərazi ambisiyalarını göstərdi. Batum, Qars, Ərdəhan, Olti, Axalsıx, Kağızman, Sürməli, Vağarşapat, Şərur, Naxicevan, Yerevan, Aleksandropol və Yeni Bəyazid qəzalarından və Gürcüstanın cənubi rayonlardan ərazilər həmin ambisiyalara daxil olurdu. Bu tələblər Azərbaycanın İstiqlal Bəyannaməsinə zidd idi, həmin bəyannaməyə görə, Azərbaycan Cənubi və Şərqi Qafqazı əhatə edir, iddia edilən ərazilər isə qeyd edilən bölgənin bir hissəsi deyildi[8].
1920-ci ilin əvvəlində Azərbaycan xüsusilə də Qars vilayətində və Zəngibasarda (yerli müsəlman əhalisi üsyan qaldırdı və həmin üsyan tez bir zamanda yatırıldı) antierməni siyasətini davam etdirdi. Zarişat (Arpaçay), Ağbabanın və Çıldırın müsəlman əhalisinin nümayəndələri Qars vilayətinin erməni rəhbərliyini ermənilərlə sülh şəraitində yaşamaq istədiklərinə inandırdılar, onların dediyinə görə üsyan Azərbaycandan gələn təbliğatçılar qızışdırıblar.
Əslində, Azərbaycanın Qarsı almaq ambisiyaları iflasa uğradı. 1920-ci ilin payızında Türkiyə-Ermənistan müharibəsi zamanı Qars türk qoşunları tərəfindən işğal olundu. 1921-ci ilin mart ayının 16-da RSFSR ilə Türkiyə arasında imzalanmış Moskva müqaviləsi və həmin ilin oktyabr ayının 13-də imzalanmış Qars müqaviləsi ilə Qars Türkiyəyə verildi.
Azərbaycan adlı süni dövlətin aqressiv istəkləri və ambisiyaları təsadüfi deyildi. Onun arxasında Qars və ətraf ərazilərini nəyin bahasına olursa-olsun öz təsir dairəsində saxlamağa çalışan Türkiyə dayanırdı.
[1] Bax: Hovhannisyan R.G., Ermənistan Respublikası, c. 1-ci, 1-ci il, 1918-1919-cu illər, Yerevan, 2005, s. 219-234.
[2] Bax: Petrosyan G., Qars məsələsi və ətrafındakı mübarizə (1918-ci il dekabr-1919-cu il aprel), “Banber” Yerevan Universiteti, 3 (114), Yerevan, 2004, s. 22-35.
[3] Bax: Vratsyan S., Ermənistan Respublikası, Yerevan, 1993, s. 309.
[4] Qars vilayəti İlk Ermənistan Respublikasının tərkibində (1919-cu il aprel-1920 oktyabr). Qarsın qubernatoru Stepan Ğorğanyanın xatirələri/ Vladimir Harutyunyanın çalışqanlığı ilə, Yerevan, 2018, s. 28, 29, 32-33.
[5] Eyni yerdə.
[6] Qars vilayəti İlk Ermənistan Respublikasının tərkibində (1919-cu il aprel-1920 oktyabr). Qarsın qubernatoru Stepan Ğorğanyanın xatirələri/ Vladimir Harutyunyanın çalışqanlığı ilə, Yerevan, 2018, s. 32.
[7] Айдын Гаджиев, Демократические республики юго-западного Кавказа, Баку, «Нурлан», 2004, стр. 50-51.
[8] Bax: A. Harutyunyan, Azərbaycan dövlətinin yaranması və azərbaycanlıların etnogenezi problemi, Yerevan, 2025, s. 132-133. Carte de la Re՛publique de l,Azerbaidjan (1919) https://commons.wikimedia.org/wiki/File:Map_of_the_Azerbaijan_Democratic_Republic_(1919).jpg