2025
1988-ci ilin fevral ayının 27-29-da Sovet Azərbaycanın Sumqayıt şəhərində, azərbaycan hakimiyyət orqanlarının icazəsilə, yerli polisin hərəkətsizliyi şəraitində erməni əhalisinin mütəşəkkil qırğınları baş verdi. Rəsmi məlumatlara görə, cinayətkarlar 26 erməniyi öldürüblər, yüzlərlə erməniyi yaralayıblar, şəhərin bütün erməni əhalisi isə şəhəri tərk etməyə məcbur oldu. Sovet qoşunları yalnız qırğınların üçüncü günü-fevral ayının 29-da Sumqayıta daxil oldu.
Qırğınlar zamanı və bundan sonra sovet hakimiyyəti və mətbuat baş verənlər barədə qəsdən danışmırdılar, beləliklə insanların həqiqəti bilməsinə mane olmağa çalışırdılar. Lakin, mitinqlərdə qışqırırdılar- “Yaşasın Sumqayıt qəhrəmanları”, “Müsəlmanlar ermənilərin mənzillərini göstərin”, “Ermənilərə ölüm”, ermənilər burada yaşamayacaqlar”.
Sumqayıt faciəsi Sovet mətbuatında tam işıqlandırılmadı və pislənilmədi. İnformasiya blokadası cəhdlərinə baxmayaraq, qırğınlar barədəki informasiya sızmasının qarşısını tamamilə almaq mümkün olmadı. Qırğınlardan sonrakı günlərdə Sumqayıt haqqında qarışıq və ziddiyyətli xəbərlər Qərb ingilisdilli mətbuatda çıxdı. İlk nəşrlərdə sovet mətbuatının, xüsusilə də TASS-ın yaydığı məlumatları və şahidlərin ifadələri təqdim edilirdi. Baş verənlərin səbəbləri barədə müxtəlif versiyalar dövriyyəyə buraxılırdı, qırğınların qurbanlarının və yaralıların dəqiq sayı da məlum deyildi.
Fevralın 29-da “Los Angeles Times” Moskvada yaşayan Sergey Qriqoryantsa istinad edərək bildirir. “Sumqayıtda cinayətkarlar insanlardan erməni olub-olmadığını soruşurdular. Erməni olduğunu deyən hər kəsi döyürdülər. Bir neçə nəfər bıçaqlanıb”.
Mart ayının 1-də “Chicago Tribune” bildirir ki, Sovet qoşunları müdaxilə etməzdən əvvəl Sumqayıtın erməni sakinlərini zorlanma, qarət etmə və öldürmə haqqında Moskvaya şahidlərin ifadələri çatır.
Martın 9-da “Associated Press”-in müxbiri (Associated Pressin məlumatı həm də “Daily News”da nəşr edilib) günlər əvvəl baş verən dəhşətli hadisələr barədəki Moskvanın qəbiristanlıqlarından birində toplaşan ermənilərin hekayələri haqqında bildirir.
Qırğınlar barədə mətbuatda mart ayında daha ətraflı məlumat yer almağa başlayır. “The Washington Post” qəzetin martın 11-in sayında şahidlərin verdiyi məlumatları dərc edilir. “Sumqayıtın polislərindən birinin verdiyi məlumatlara görə, azərbaycanlıların ermənilərin evlərinə basqın etməsi, 37 nəfərin öldürülməsi, 300 nəfərin yaralanması barədə xəbərlər doğrudur”. Başqa bir şəhadətə görə, “Sumqayıtda baş verənlər birtərəfli idi: azərbaycanlılar erməniləri öldürürdülər. Bu, etnik münaqişə deyil, əsl poqrom idi”. Məqalədə qeyd edilir ki, Qərb jurnalistlərə Sovet Ermənistana və ya Azərbaycana getməyə icazə verilmir, qəzetə məlumatlar verən Moskvada yaşayan Andrey Şilkov isə sadəcə 6 saat Sumqayıtda qala bildi.
Mart ayının 9-da “New York Times” da məqalə dərc edilir, həmin məqalədə Sumqayıtda baş verənlər barədə müxbirin topladığı fraqmentli məlumatları ümumiləşdirilir. “Bugünkü Yerevan yürüşü Azərbaycanın Sumqayıt şəhərində zorakılıq qurbanlarının xatirəsinə həsr olunub, rəsmi məlumatlara görə, fevralın 28-də və 29-da 31 nəfər ölüb”. “Sumqayıtda və Kirovabadda iğtişaşdan bir neçə saat əvvəl, Bakıda rəsmi azərbaycan radiosu bildirib ki, Dağlıq Qarabağda iki azərbaycanlı ölüb. Çox güman ki, iki azərbaycanlının ölümü haqqındakı məlumatlar Sumqayıt və Kirovabadda zorakılığa səbəb olub”.
Sonrakı aylarda məqalələr dərc olunur: sağ qalanların və baş verən dəhşətin şahidlərinin ifadələri təqdim olunur.
“Qanlı etnik təmizləməsindən 6 ay sonra səbəbləri müəyyən edilməmiş və tam tədqiq edilməmişdir”,- 1988-ci ilin sentyabr ayında “Washington post” yazır. “Keçən ilin fevral ayında azərbaycanlıların izdihamının törətdiyi dağıntıların izləri hələ də nəzərə çarpır...”,-Sumqayıtda olan müəllif nəql edir.
Həmin ilin oktyabr ayında “Washington post”da Culiet Stepanyanın yazdığı başqa bir məqalə dərc edilir, yuxarıdakı 1988-ci ilin yayında xarici jurnalistlərin Sovet Ermənistanına girişi ciddi şəkildə məhdudlaşdırılanda Yerevana çata bildi.
“Fevralın 27-29-da qonşu Azərbaycanın Sumqayıt şəhərində baş verən anti erməni qırğınlardan 4 ay keçmişdi. Yerevanda hamısı hələ də həmin hadisələrdən danışırdılar. Azərbaycandan gələn 3 mindən çox qaçqınların yaddaşında təfərrüatlar hələ də canlı idi”,-müəllif Yerevanın həmin günlərin həyatından bəhs edir.
“Küçələrdə iğtişaşçıların və qoşunların səsini eşidən İskuhi İsanyanın oğlunu dünyaya gətirməsindən altı ay keçdi. Tale İsmayılovun ad günü mərasimi zamanı sərxoş halda dəmir çubuq götürməsi, erməni dülgərini öldürmək üçün qatil dəstəsinə qoşulmasından 6 ay keçib (erməni dülgəri Sülh Küçəsində avtomobilindən çıxarıblar)”,-“New York Times”in müxbiri yazır.
1988-ci ildə Artsaxdakı vəziyyət haqqında dərc olunmuş məqalədə “Guardian” həm də Sumqayıt qırğınları barədə xatırladır. “Azərbaycanda artıq ermənilərin qırğınları baş verib. Fevral ayında Dağlıq Qarabağın ayrılması ilə bağlı ilk tələblər səslənəndə Sumqayıt şəhərində azərbaycan izdihamları qırğın təşkil etdilər, həmin qırğınlara 25 erməni qurban oldu. Azərbaycanın polisi bunun qarşısını almaq üçün heç nə etmədi”.
Qırğınlardan sonrakı günlərdə Sovet hakimiyyət orqanları baş vermiş dəhşətli hadisələri ört-basdır etməyə, yumşaltmağa və onun mahiyyətini təhrif etməyə çalışırdı-xuliqanlıq kimi təqdim edirdilər. Azərbaycanda da saxta versiyalar uydurmağa başladılar. 1989-cu ildə Azərbaycan SSR-in Elmlər Akademiyasının prezidenti Ziya Bünyadov məqalə dərc edib, həmin məqalədə erməniləri ittiham edir. “Sumqayıt faciəsini erməni millətçiləri planlaşdırmışdılar”. Sonralar bu Azərbaycanda “əsas işlək fərziyyəyə çevrildi”. 2019-cu ildə İlham Əliyevin bəyannaməsi buna sübutdur. “Tam məsuliyyətlə deyirəm-Sumqayıt hadisələri erməni millətçiləri və erməni dəstələri törətdilər”.
Yuxarıdakı versiyanın saxta olduğunu çoxlu şəhadətlər, press-relizlər, məhkəmə və digər materiallar sübut edir-əsl cinayətkarları və qurbanları aydın şəkildə göstərir. İnformasiya blokadası cəhdlərinə baxmayaraq, həm SSRİ-də, həm də başqa ölkələrdə baş vermiş soyqırım aktlarına işıq salan Sumqayıt qırğınlara dair çoxlu nəşrlər oldu.