2025

“İnsan hüquqlarının müdafiəsi”nin həbs edilən mükafatçısı

Azərbaycanda insan hüquqlarının pozulmasına, zorakılığa və qanunsuzluqlara qarşı hətta vaxtilə hakim administrasiyasında yüksək vəzifə tutan insanlar şikayətlənirlər, yuxarıdakılar sistemi daxildən tanıyıbar. Prokurorluğun müstəntiqi vəzifəsində çalışmış, “Müdafiə Xətti” insan haqları təşkilatının həmtəsisçisi və icraçı direktoru Rüfət Səfərov Bakı İstintaq Təcridxanasından ictimaiyyətə müraciət edib. Hüquq müdafiəçisi həbsinin gərçək səbəbini vurğulayıb-ABŞ Dovlət Departamentinin ona təltif etdiyi “Nüfuzlu hüquq müdafiəçisi” mükafatından imtina etmədiyidir.

Hüquq müdafiəçisinin bildirdiyinə görə, həbs olunana qədər hakimiyyət ona təzyiq edib. Rüfət Səfərov müraciətində yazıb. “2024-cü ilin avqust ayında məlum oldu ki, ABŞ Dövlət Departamenti tərəfindən “nüfuzlu hüquq müdafiəçisi” mükafatının qalibi olmasına əsas namizədəm. Ondan sonra mənə qarşı təhdidlər artmağa başladı. Dəfələrlə Prezident Administrasiyasından atam vasitəsilə mükafatdan publik qaydada imtina etməyim təklif edildi. Amma mən bunu edə bilməzdim. Çünki bu, mənim fəaliyyətimə verilən ən dəyərli qlobal qiymət idi. Məhz bu mükafat məsələsi siyasi hakimiyyəti qəzəbləndirdi və həbsimə qərar verildi. Buradan cəmiyyətə bəyan edirəm, mən hüquqsuzluğa qarşı mübarizəmi davam etdirəcəyəm”.

Rüfət Səfərov ABŞ Dövlət Departamentinin elan etdiyi “İnsan Hüquqlarının Müdafiəsi” mükafatının 8 laureatından biridir. Dövlət Departamentin rəsmi saytında qeyd olunub. “Hər bir mükafatçı dünya üzrə insan hüquqları müdafiəçilərinin cəsarətinin və mətanətinin sübutudur, bu işi görənlər, çox vaxt özlərini riskə atırlar. Builki mükafatçılardan birinin azərbaycanlı Rüfət Səfərov olduğu diqqət çəkir, o Azərbaycan hakimiyyəti tərəfindən haqsız yerə həbs edilib və hələ də həbsdədir. Onun dərhal azadlığa buraxılmasına çağırırıq”.

Öz fəaliyyətinə görə Hüquq müdafiəçisini Bakı Baş Prokurorluğunun İstintaq İdarəsinə dəvət edərək fəaliyyətini dayandırmağa təhdid ediblər. “Lakin mən diplomatın toka verildiyi, ictimai fəalın başını kəsildiyi, gənc araşdırmaçı jurnalistin şərlənərək həbs edildiyi ölkədəki hüquqsuzluğu, zorbalığı görərək, anlayaraq susa bilməzdim. Ona görə də öz fəaliyyətimə davam etməyi qərara aldım”,- Rüfət Səfərov yazıb.

Rüfət Səfərov 2024-cü ilin dekabrın 3-də həbs olunub. Rüfət Səfərovun sözlərinə görə, Prezident Administrasiyasından atası Eldar Sabiroğlu vasitəsilə ona mesaj da göndərilmişdi. Qeyd etməyə dəyər ki, həbs edilən hüquq müdafiəçisinin atası Azərbaycan Milli Məclisinin deputatı olub, “Yeni Azərbaycan” partiyasının üzvü, Azərbaycanın keçmiş prezidenti H. Əliyevin mətbuat katibi, Azərbaycan Respublikasının MN-nin mətbuat xidmətinin rəisi olub.

“Oğlum cinayət törətdiyindən deyil, peşəkar fəaliyyətinə görə saxlanılıb... İnsan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətinə görə Blinken ona mükafat təqdim edəcəkdi. Ona görə tutublar Rüfəti”,-Eldar Sabiroğlu deyib.

Hələ 2015-ci ilin dekabrında Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. Bundan dərhal sonra onun yaşadığı evində axtarış aparan Prokurorluq, ona qarşı ittiham irəli sürüb. Rüfət həbs edilərək, 9 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ilin mart ayında əfv olunması haqqında sərəncamı ilə erkən azad edildikdən (N 1366) sonra o “Müdafiə xətti” təşkilatı təsis edib. Hüquq müdafiəçisinin sözlərinə görə, hüquq müdafiəçisi kimi fəaliyyətə başladığı 2019-cu ildən bir çox maneələrlə üzləşib.

Rejimin Rüfət Safərov və digərlərinə qarşı apardığı siyasəti bir daha da sübut edir ki, Bakı ölkədə hökm sürən adətlərdan (sistem) narazılığını bildirməyə çalışanların hamısına qarşı dözümsüzdür.

Telegram kanalımıza abunə olun