2025
2025-02-25
2004-cü ilin fevral ayının 19-da NATO-nun “Sülh naminə tərəfdaşlıq” təhsil proqramı zamanı Budapeştdə azərbaycanlı hərbçi Ramil Səfərov tərəfindən erməni zabit Qurgen Markaryan amansızca qətlə yetirildi. Bu qəsdən törədilmiş cinayət təkcə beynəlxalq hüququn fundamental prinsiplərinə zidd deyil, həm də antierməniçiliyə və ermənilərə nifrətçiliyə yönəlmiş həddindən artıq nifrət aktıdır.
Macarıstan məhkəməsinin araşdırması ilə təsdiqlənib ki, qətl qəsdən və xüsusi qəddarlıqla törədilib. Səfərov yatmış erməni zabitinə qəsdən hücum edərək dəfələrlə balta ilə vurdu, ondan sonra daha bir erməni zabitini Hayk Mukuçyanı da öldürməyə cəhd edib. Məhkəmənin yekununa görə, cinayət etnik nifrət zəmnində törədilib-bu halda faşizmin və ermənilərə nifrətinin təzahürü kimi, şəxsi münaqişə və ya digər hallarla əlaqəli deyil idi.
Səfərov xüsusi qəddarlıqla qətl törədilməqdə təqsirli bilinib və Macarıstan məhkəməsi tərəfindən ömürülük həbs cəzasına məhkum edilib-ilk 30 il ərzində əfv hüququ olmadan. Lakin, beynəlxalq hüquq normalarına və ictimaiyyətinə zidd olaraq 2012-ci ildə o Azərbaycana ekstradisiya edilib, və cəzasını çəkmək əvəzinə dərhal prezident İlham Əliyev tərəfindən əfv olundu. Onun hərbi rütbəsi yüksəldilib, təltif edilib və milli qəhrəman elan edilib.
“Geğard” fondu Səfərovu əfv edilməsi faktını pisləyir. Ona hörmət və örnək kimi göstərmək təkcə etnik nifrətə dövlət dəstəyinin təzahürü deyil, həm də dövlət siyasətinin təzahür formasıdır.
Beynəlxalq ictimaiyyətinə, təşkilatlarına və hüquq müdafiə institutlarına “Geğard” fondunun çağırışı.
-Azərbaycan hakimiyyət orqanlarının ədalətin və insan hüquqlarının əsas prinsiplərini pozan hərəkətlərinə aydın hüquqi qiymət vermək.
-Azərbaycan hakimiyyət orqanlarını cinayətkarı qəhrəman etmək üçün siyasi və hüquqi cavabdehliyə cəlb etmək-bu proseslərdə iştirak etmiş vəzifəli şəxslərə qarşı mümkün sanksiyaların tətbiqi daxil olmaqla.
-Azərbaycan hakimiyyətinin cəzasızlıq hallarının qarşısını almaq üçün səy göstərmək.