2025

Azərbaycanda söz azdlığının əsl mənzərəsi

Fotoşəkildə Elnarə Qasımova təhlükəsizlik qüvvələri tərəfindən saxlanılarkən. 13 yanvar. 2024-cü il

Azərbaycan insan haqları təşkilatlarından birinin 2024-cü ilin dekabr ayının 12-nin hesabatına görə, ölkədə 331 siyasi məhbus olub. Azərbaycanın siyasi məhbusların azadlığı uğrunda ittifaaqı ölkədəki siyasi məhbuslarının yeni siyahısını dərc edib, həmin siyahıya 357 nəfərin adı daxil edilir. Yuxarıdakıların iddia etdiyinə görə, bu həbslər onların siyasi baxışları və peşə fəaliyyəti ilə bağlıdır. Siyahıya daxil edilən şəxslər 12 qrupa təsnif edilib- “Jurnalistlər və bloqerlər”-27, “hüquq müdafiəçiləri”-4, “müxalif partiya və vətəndaş cəmiyyəti üzvləri”-32, “ömürlük həbs olunanlar”-12 nəfər və s.

2023-cü ilin noyabr ayından Azərbaycanda müstəqil mediyaya və vətəndaş cəmiyyətinə qarşı tədbiq olunan təzyiq dalğası geniş yayıldı və müxtəlif ittihamlarla 100-dən çox jurnalist, vətəndaş cəmiyyətinin üzvləri, hüquq müdafiəçiləri, ictimai və siyasi fəallar, dindarlar həbs olundu. Çoxlu beynəlxalq insan haqları təşkilatları, o cümlədən ABŞ Dövlət Departamenti bu təzyiqləri siyasi motivli hesab edib və Azərbaycan hakimiyyətini haqsız yerə həbs olunanların azadlığa buraxılmasına, onlara qarşı ittihamların aradan qaldırılmasına çağırıb.

İlham Əliyevin hakimiyyəti düvründə “Kütləvi informasiya vasitələri, telekommunikasiya”, “İnformasiya və informasiyanın mühafizəsi” haqqında qanunların dəyişdirilməsi mətbuatda təzyiqin artmasına səbəb oldu. Ölkədə bir sıra saytlar bloklanıb-Azadlig Radiosu, Azadlig qəzeti, Meydan TV, Abzas Media və s. 2022-ci ilin fevral ayının 8-də “KİV” haqqınad qanunu qəbul edildi, bununla KİV və jurnalistlərin məlumat əldə etmək imkanları daha da məhdudlaşdırılıb.

Bakıda keçirilmiş COP29 İqlim konfransından əvvəl “Jurnalistlərin Müdafiə Komitəsi” (Nyu York) Azərbaycanda 11 jurnalistin həbs müddətinin uzadılmasını pisləyib. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said deyib. “Azərbaycanda tənqidi baxışları olan KİV-dən 11 jurnalistin müntəzəm həbsləri göstərir ki, ölkənin ən cəsur jurnalistləri COP29 ərzində korrupsiya və insan haqlarının pozulmasından danışa bilməyəcəklər. Azərbaycanın beynəlxalq tərəfdaşları bütün ittihamların aradan qaldırılması və həbsdə olan jurnalistlərin azad edilməsi çağırışlarını gücləndirmək üçün konfransa diqqət yetirməlidirlər”. Komitə “Abzas Media”nın işi ilə həbs edilənlərin adlarını qeyd edir-Ülvi Həsənli, Sevinc Vaqifqızı, Elnarə Qasımova, Nərgiz Absalamova və s.

Karyerası ərzində Elnarə Qasımova müxalifət Meydan TV, Mikroskop Media, Open Azerbaijan, Voice of America və Abzas Media mediası ilə əməkdaşlıq edib. Jurnalist vəzifələrini yerinə yetirarkən əliyev rejimi tərəfindən dəfələrlə təhdidlərə və polis zorakılığına məruz qalıb. 2021-ci ilin avqust ayının 4-də o Qazar (Ğazar) rayonunun polis şöbəsinin yaxınlığında feminist fəalların təşkil etdiyi etiraz aksiyasını işıqlandırarkən həbs edilib. “Abzas Media”nın həbs edilən digər jurnalistləri kimi o da cinayət məcəlləsinin 206.3.2 -ci maddəsi (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq.) ilə ittiham verilib. Hakimiyyətin iddia etdiyinə görə, Qasımova, “Abzas Media”nın direktoru Ülvi Həsənli və digərlər xarici donor təşkilatlarından qaçaqmalçılıq yolu ilə Azərbaycana vəsait gətiriblər. Qasımova bu ittihamları qəbul etmir, iddia edərək ki, özü və həmkarları jurnalist araşdırmalarına görə təqib olunurlar, həmin araşdırmalar korrupsiyaya yönəlmişdir. Onun dediyinə görə, onların həbsləri müstəqil medianı susdurmaq və korrupsiyanın daha da ifşa olunmasının qarşısını almaq məqsədi daşıyır.

Bakının İstintaq təcridxanasında olan jurnalist Elnarə Qasımova ictimaiyyətə məktub ünvanlayıb, həmin məktubda təcridxanada qadın məhbusların məruz qaldıqları hüquqsuzluqdan, fiziki və psixoloji zorakılıqlardan, qeyri-insani rəftardan söz açıb. “1 saylı Bakı İstintaq Təcridxanasının (BİT) idarəçilik sisteminin Azərbaycanın idarəçilik üsulu ilə oxşar tərəfləri çoxdur. Necə ki, ölkədə vətəndaşların hüquqları pozulur, eləcə də BİT-də saxlanılan şəxslərin hüquqları tapdalanır. Qanunla azadlıqları əllərindən alınmış bu şəxslər həm də müəssisədə qanunsuz məhrumiyyətlərlə üzləşir. Bir çox xüsusiyyətli ilə 21-ci əsrdə olduğumuzu unutduran bu təcridxanada şəraitsizliklə yanaşı, hüquq pozuntuları hökm sürür”.

Həbsxana etikasına istinad edərək, jurnalist vurğulayıb ki, “Qadın məhbuslara qarşı ayrı-seçkilik edilir təcridxana işçilərin əksəriyyəti məhbuslarla kobud və alçaldıcı şəkildə danışır, bəzən məhbuslar psixoloji və ya fiziki zorakılığa məruz qalırlar və bütün bunları həyata keçirən işçilər nəinki öz əməllərinə görə cavabdehlik daşımırlar, əksinə, işləməyə davam edirlər. ... Bundan başqa işçilər dəyənəklərdən və qandallardan profilaktika vasitəsi kimi deyil (qanunla nəzərdə tutulduğu kimi. Maddə 45.2.1 və maddə 45.2.2), qorxutma vasitəsi kimi istifadə edirlər”.

Saxlanılan qadınların pozulmuş hüquqlarını sadalayarkən Qasımova qeyd edir ki, özü və başqaları haqqı olan mallarla təmin edilmirlər, təcridxananın “Daxili intizam qaydaları” ilə belə tanış deyilik, qadın məhbusların bütün telefon zəngləri dinlənilir, saxlanılan qadınların telefon danışığı hüquqları məhdudlaşdırılmışdır, qaynar xəttə, hüquq müdafiəçisi ofisinə, prokurorluğa və ya digər qurumlara zəng etmək işçilər tərəfindən qadağan edilir. Saxlanılan şəxsləri cinayətkar adlandırmaqla “təqsirsizlik prezumpsiyası” pozulur. Jurnalist yazır. “Bunlar BİT-də saxlanılan qadınların pozulan hüquqlarının sadəcə bir hissəsidir. Onları hüquqlarının pozulmasına etiraz edəndə, çox vaxt bu cavabı eşidilir “Mən xahiş etmişdim cinayət törədib tutulasan?” ”

Bir sıra ölkənin və çoxlu beynəlxalq insan haqları təşkilatlarının Bakı hakimiyyətini siyasi təqiblərə son qoyulduğuna və həbsdə olan jurnalistləri, fəalları azad etdiyinə çağırış etməyə davam etdiklərinə baxmayaraq, Azərbaycan prezidenti bəyan etməyə davam edir ki, “Azərbaycanda media azadlığı təmin edilir və jurnalistlərin həbsi qanun çərçivəsində həyata keçirilib...”.Şübhəsiz ki, Qasımova və digər siyasi məhbuslar Qərbə “Demokratik Azərbaycan”ı təqdim edirlər.

Telegram kanalımıza abunə olun