2025

Kond. Bakıdan yeni səs-küy və köhnə ittihamlar

Rusiyalı bloqer, səyahətçi Maks Vernik təxminən bir ay əvvəl öz “Youtube” kanalında “Yerevan. Kond qədim məhəlləsi və fars məscidi” adlı bir video yayımladı. Həftələr sonra, həmin video azərbaycan mediasının diqqət mərkəzinə düşdü. Səs-küyə Təpəbaşı və ya Abbasqulu xanın əvəllər məscid olan bina səbəb olub.

“Qərbi Azərbaycan” icması, azərbaycan KİV-i səs-küy salaraq, erməniləri “Azərbaycan məscidi”ni dağıtmaqda ittiham edib. “Ərazinin erməni sahibinin orada restoranı var və orada hətta şarab da verilir” deya qəzəbləndiyini bildirib. Azərbaycanın İrandakı səfiri erməni əleyhinə əhvəl-ruhiyyəni qızışdırmağa çalışaraq mövzunu davam etdirib. “Ermənistan Yerevandakı Azərbaycan məscidinə qarşı hörmətsizlik nümayiş etdirir-turistlərə spirtli içkilər təklif edərək”.

Bütün bu səs-küy Yerevan şəhəri və Kond məhəlləsinin azərbaycan olması barədə saxta iddialarla müşayiət olunur.

Bu və Yerevanda keçmişdə olan məscidləri Azərbaycan adlandırmağa canlı təxəyyül lazımdır. Digər tərəfdən-bütün bunlar tarixi, dini, mədəni dəyərlərini və binalarını mənimsənilməsi azərbaycanın apardığı dövlət siyasətinə və Ermənistana qarşı qanunsuz iddialar irəli sürdüyü strategiyasına uyğundur..

Təpəbaşı və bir sıra digər kilsələr Yerevanın Fars hakimiyyəti tabeliyində olduğu zaman tikilmişdir. Bunlar şiə, fars məscidləridir və azərbaycan mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur.

Məscid barədə çox məlumət yoxdur. 2022-ci ildə nəşr olunan “Yerevanın şəhərsalma xüsusiyyətləri Fars hakimiyyəti dövründə” adlanan məqalədə Təpəbaşı məscidi barədə qeyd olunur. “Kond (Təpəbaşı) məscidinin əsası 1687-ci ildə-Yerevanda qoyulub, qismən qorunan məscidlərdən biridir, indi yaşayış evi kimi istifadə olunur. Abbasqulu xan adlı məscidi kimi də tanınır. Kond məscidinin iki günbəzi var idi-böyük və kiçik. Kərpic üzlükləri var idi-rombvari ornamentlərlə. Məscid tamamilə kərpicdən tikilmişdir”.

Azərbaycan təbliğat resurslarının birində də məscidə istinad edilir, həmin istinadda məscid Azərbaycana xas kimi qeyd olunmur. Abbasqulu xan da azərbaycanlı olaraq təqdim edilmir.

Azərbaycan hakimiyyətinin təbliğat alətlərində güzgü ittihamları və hərəkətləri geniş şəkildə istifadə olunur.

Ermənistan tərəfi, eləcə də beynəlxalq mediası, ictimai təşkilatları Azərbaycanın Artsaxda erməni mənəvi-mədəni irsinin məhv etməsi və mənimsənilməsinə (alban və ya azərbaycana xas olduğu kimi təqdim edərək) dair çoxsaylı sübutlar təqdim ediblər. Son illər ərzində Azərbaycan Şuşinin Yaşıl kilsə, Berdzorun Surb (Müqəddəs) Hambardzman və digər kilsələri dağıdıb, qəbiristanlıqlar məhv edib. Naxçıvanda erməni xaçkarlarının məhv etməsi Azərbaycan vandallığının bariz nümunələrindən biridir. Bu və digər məsələlər ilə bağlı Ermənistan tərəfi dəfələrlə UNESCO və başqa beynəlxalq təşkilatlara müraciət edib.

Azərbaycan tez-tez Ermənistana qarşı saxta ittihamlar irəli sürür. Kond məscidi barədə “Qərbi Azərbaycan icması” təşkilatının bəyanatında qeyd edilir. “...Ermənistan tərəfindən azərbaycan mədəniyyət abidələrinin məhv etməsi beynəlxalq hüququn pozulmasıdır, 1954-cü ilin Haaqa Konvensiyası, UNESCO-nun müvafiq qərarları daxil olmaqla... UNESCO-u və başqa beynəlxalq təşkilatları təxirəsalınmaz addımlar atmağa, Ermənistana təzyiq etməyə çağırırıq...”.

Amerikalı alim, hüquqşünas Kennet Markus öz əsərlərindən birində “güzgü ittihamı” termini müzakirə edir. Markus qeyd edir. “güzgü ittihamının əsas ideyası çox sadədir-təbliğatçılar nə edəcəklərini düşmənə aid edirlər”. Ritorik texnikadır, bununla da tərəflərdən biri digərə qarşı özünün edəcəyi hərəkətləri üzrə saxta ittihamlar irəli sürür. Kennet Markus qeyd edir. “soyqırım təşəbbüskarlarının əlindəki güzgü ittihamının soyqırımının həyata keçirilməsində əsas mexanizmlərdən biri olduğu sübut edilmişdir”.

Azərbaycan müharibəyə başlamaq, Artsaxı ermənilərdən boşaltmaq, mədəni soyqırım törətmək üçün “güzgü ittihamı”ndan istifadə edib. Bakı erməni mədəniyyət irsinin məhv etməsini ört-basdır etmək üçün qışqırmağa və Ermənistanı uydurma Azərbaycan obyektlərini məhv etməkdə ittiham etməyə başlayır.

Ermənistan tərəfini Azərbaycan məscidini məhv etməkdə ittiham edən Bakı çox vaxt öz ərazisindəki məscidlərə qayğıkeş münasibət göstərmir. “Geğard” fondu bu mövzuya istinad edib.

Son onilliklərdə bu ölkədə müxtəlif səbəblərdən çoxlu məscid bağlandı, misal üçün- “Cuma”,Əbu Bəkr”, “Şəhidlər”, “Ləzgi”,Əhli-Sünnə” və s. Bir sıra məscidləri də dağıddılar, o cümlədən Xəzər dənizinin sahilində “Neft daşları” adlanan yerdə - Lerik rayonu Peştatük kəndinin məscidi. 2017-ci ildə Azərbaycanda “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı qərar geniş narazılığa səbəb olub. Camaatın müqaviməti və narazılığına nail olmamaq üçün məscidi gecə saatlarında dağıdıblar. Buna paralel olaraq, bir sıra mascidlər də sadəcə olaraq sahibsiz vəziyyətdədir. Misal üçün-Abşeron rayonunun Görədil kəndinin məscidi, kənardan məscidə oxşamır, içərisi isə təmirsiz və bərbad vəziyyətdir.

Bəzi məscidlər dağılmaq üzrədir və ya fəaliyyət göstərmədiyi nəticəsində müxtəlif məqsədlərlə istifadə olunur. Məsələn, Novxanının “Şah Sultan Hüseyn” məscidi yarı dağılmış vəziyyətdədir. Həmin məscid narkomanların cəmləşdiyi yerə çevrilib. Məscidin ətrafının bir hissəsi isə zibilxanaya çevrilib, digər hissədə isə heyvanlar otlayır.

Xülasə əvəzinə

Bu günlərdə, Azərbaycanda əsassız səs-küy salanda, məlum oldu ki, azərbaycanlılar Artsaxın Hadrut rayonunda Mariamadzor kəndini məhv ediblər, Surb (Müqəddəs) Minas kilsəsi (1601-cı il) həmin kənddə yerləşir.

Telegram kanalımıza abunə olun