2025
Rusiya-Azərbaycan münasibətləri həmişə dalğalanmalarla fərqlənib. Müxtəlif sahələrdə sıx əməkdaşlığa baxmayaraq, zaman-zaman o münasibətlərdə gərginliklər olur.
2024-cü ilin dekabr ayının 25-də Qazaxstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava yolları”na (“Azeri Arilines”) məxsus təyyarənin qəzası ilə bağlı rəsmi araşdırmanın başa çatması Rusiya-Azərbaycan münasibətlərində növbəti gərginliyə gətirib çıxardı. Moskva və Bakı eyni zamanda öz səfirlərini Xarici İşlər Nazirliyinə dəvət ediblər. Rəsmi araşdırmanın nəticələrinin dərc edilməsi Azərbaycan mətbuatında anti-Rusiya əhval-ruhiyyəsinə səbəb olub. Rusiya Federasiyası prezidenti V. Putin təyyarə qəzasına görə üzr istəsə də, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanı birbaşa ittiham edib. Rəsmi Bakı “AZAL” aviaşirkətin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyaya qarşı Beynəlxalq Məhkəməsində iddia qaldırmağa hazırlaşır. Azərbaycan KİV-ə görə, bu məsələdə Rusiya ilə dialoq qapıları açıq qalır, lakin Moskva “günahını açıq etiraf etməli və məsuliyyətə cəlb olunmalı”. Bakı eyni zaman Rusiya tərəfinə Azərbaycan ərazisində «Россотрудничество» agentliyin nümayəndəliyi “Rus evi”nin fəaliyyətinə xitam verilməsi barədə rəsmi bildiriş göndərib. 2025-ci ilin yanvar ayında «Россотрудничество» agentliyinin rəhbəri Yevgeni Primakov Azərbaycan “Baku TV” telekanalı məhkəmə ilə hədələyib. O, hökumət mediasının hazırladığı reportajdan danışıb, həmin reportaj Bakıda- Rus mədəniyyət mərkəzinin qarşısında çəkilib. Azərbaycanlı jurnalist öz çıxışında “Rus evi” “casusların və separatçıların yuvası” adlandırıb, bu da Primakovun qəzəbinə səbəb olub. Yuxarıdakı qeyd edib ki, telekanal Azərbaycan hökunəti tərəfindən maliyyələşdirilir. “İndi “Baku TV” fəaliyyətinin casusluq və ya qeyri-qanuni olduğunu sübut etsin”.
Rusiya Federasiyasının Dövlət Dumasının “Yedinaya Rossiyya” partiyasının deputatı Nikolay Valuyev Azərbaycan təyyarəsinin qəzaya uğradıqdan sonra Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsinə və Azərbaycanda “Rus evi”nin fəaliyyətini dayandırılmasına istinad edərək, qeyd edib ki, Moskvanın reaksiyası eyni olmalıdır. Valuyev Rusiyadakı diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılması, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, Rusiya Federasiyasında qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi kimi təkliflər səsləndirib. 2025-ci ilin fevral ayının 10-da məlum olub ki, Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub. Xarici İşlər Nazirliyinin mətbuat katibinə görə, rusiyalı deputat Azərbaycan xalqı və dövləti əleyhinə təhqiramiz ifadələr, təhdid xarakterli fikirlər səsləndirib. Bu səbəbiylə də onun adı Bakıya arzuolunmaz şəxslər siyahısına salınıb.
Lakin Azərbaycandakı anti-Rusiya dalğası fonunda rus ekspertlər düşünürlər ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər müttəfiqlər səviyyəsinə çatıb. Buna həm də Rusiya Federasiyasının prezidentinin 2024-cü ilin avqust ayının 18-19-da Bakıya dövlət səfəri öz töhfəsini verdi, bu, 8-ci rəsmi səfər idi. Ümumiyyətlə, Rusiya-Azərbaycan əməkdaşlığı geniş spektri əhatə edir, siyasi, kommersiya və iqtisadi, humanitar və hərbi sahələri daxil edir. Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında 2022-ci ilin fevral ayında Kremldə imzalanan 43 bənddən ibarət müttəfiqlik əməkdaşlığı barədə bəyannaməsi də töhfə verib.
Rusiya və Azərbaycan münasibətlərində neft və qaz sənayesi sektoru çox vacibdir. Bu sahədə münasibətlər Rusiya-Ukrayna müharibəsi ərzində Qərbin sanksiyalarından sonra-Moskva Avropa ölkələrinə qaz ixracını dayandırdığı zamanı daha da möhkəmləndirilib. Həmin dövrdə Azərbaycan Avropa İttifaqı ilə müqavilə imzaladı, bununla da Rusiya qazından məhrum qalan Avropa ölkələrinə qaz ixracını artırıb. Paralel olaraq, Bakı və Moskva alqı-satqı müqaviləsi imzalayıblar və bu müqavilə ilə Rusiya qazının Azərbaycana tədarükünə başlandı. “Qazprom” və “SOCAR” arasında imzalanan sənədə əsasən Rusiyanın “Qazprom”u 2023-cü ilin mart ayına qədər Azərbaycana 1 milyard kubmetr qaz tədarük edib.
Bu iki ölkə arasında dövlət səviyyəsində belə sıx əməkdaşlığa paralel olaraq, Azərbaycan cəmiyyətində zaman-zaman əhval-ruhiyyələr əks istiqamətdə dəyişir. Azərbaycan KİV-in nəşrlərində hətta elmi təhriflərə də rast gəlinir. Belə ki, Bakının Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov qeyd edib ki, tarixə məlum olan “Rus-Fars müharibləri” ifadəsi reallığa uyğun gəlmir və onun adı dəyişdirilərək “Rusiya-Azərbaycan müharibələri” adlandırılmalıdır.
Anti-Rusiya əhval-ruhiyyəsi Azərbaycanda 2020-ci ilin 44-günlük Artsax müharibəsindən, rus sülhmərəmlıları Artsaxa yerləşdirilməsindən sonra daha açıq şəkildə özünü göstərib.
Rus ekspertlər qeyd edirlər ki, Azərbaycan mediyasının rusafob mövqeyi var. 2022-ci ildə Azərbaycan mətbuatında olan anti-Rusiya əhval-ruhiyyəsinə Azərbaycandakı Rusiya səfiri istinad edib. “Azərbaycan hakimiyyətinin diqqətini dəfələrlə yerli mediada hökm sürən anti-Rusiya isteriyasına cəlb etməyə məcbur olduq”-Bakıda keçirilən mətbuat konfransında Boçarnikov bildirib. Bu kontekstdə Azərbaycanın XİN-in keçmiş əməkdaşı Tamerlan Vaqabovun iddiası maraqlıdır. “Azərbaycanda indiki anti-Rusiya kampaniyası düşünülmüş hökumət strategiyasının bir hissəsidir”.
Vurğulamağa dəyər ki, Moskvanın apardığı siyasətindən demək olar ki, həmişə narazı olan Azərbaycan, rusdilli KİV-in sayına görə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında aparıcıdır. Azərbaycanda 50 rusdilli çap nəşri və 7 xəbər agentliyi var. Rəsmi səviyyədə Rusiya və Azərbaycan arasındakı ikitərəfli əməkdaşlıq siyasi və iqtisadi maraqlara görə inkişaf etməyə davam etdiyinə baxmayaraq, göz qabağındadır ki, hazırda Azərbaycan cəmiyyətində Rusiyaya etimadsızlıq var və zaman-zaman partlayıcı hala gəlir.