2025

Milli azlıqlar Azərbaycan hakimiyyətinin hədəfində

2025-02-07

Azərbaycan Respublikasında yaşayan milli azlıqların hüquqlarının pozulması barədə bir çox hallar qeydə alınıb. Məsələn, öz dilində təhsil almaq imkanının olmaması, yeni doğulmuş uşaqlar üçün etnik azlıqlara xas ad və soyad seçməkdə maneə, talış və ləzgi dillərində televiziya kanallarının buraxılışlarına, qəzetlərin və kitabların nəşrinə problemlərin yaradılması və s.

Talış xalqının bayraq və simvollarına qarşı aqressiya təkcə Azərbaycan hakimiyyətinə deyil, həm də iqtidaryönlü mediaya xasdır.

Belə ki, milliyətcə talış Mirismayıl Mirismayılov, 2018-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində talışların bayrağını qaldırdığı üçün Azərbaycana qayıdınca terrorizm, narkotik qaçaqmalçılığı və milli düşmənçiliyin salınması ittihamı ilə həbs edilib.

Gəncin hava limanında zorakılığa məruz qalmasına baxmayaraq, Azərbaycan mətbuatı və hüquqmüdafiəçiləri hadisəyə münasibət bildirməyib. Mirismayıl Mirismayılov yalnız beynəlxalq qurumların müdaxiləsindən sonra azadlığa buraxılıb. Talış informasiya mənbələrinə görə, hadisədən sonra Mirismayılovu sadəcə susmağa məcbur ediblər.

Azərbaycanda sadə insanların, xüsusən də milli azlıqların nümayəndələrinin öz sosial səhifələrində Artsax və ya Ermənistan haqqında paylaşdığı yazılara görə cinayət məsuliyyətinə cəlb edilməsi halları qeydə alınıb.

Belə ki, hələ 2023-cü ilin sentyabr ayında milliyətcə talış Ruslan Vahabov sosial şəbəkə hesabında etdiyi paylaşım səbəbilə polislər tərəfindən oğurlanıb.

Sual/ nə qazandıq 24 saat 43 dəqiqəyə?

Xankəndində bravo tezliklə tikiləcək yoxsa yox?

Oğurlanmış Vahabovdan ona qarşı irəli sürülən 3 ittihamdan birini qəbul etməyi tələb ediblər-“İranın xeyrinə casusluq”, “qanunsuz silah saxlama” və “narkotik vasitələrin daşıması”. Ruslan Vahabov həmin saxta ittihamları boynuna götürmədiyi üçün polis bölməsində ağır işgəncə və psixoloji təzyiqlərə məruz qalıb. İttihamların saxta olduğuna baxmayaraq Vahabov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə-satış məqsədi olmadan külli miqdarda narkotik vasitələrin qanunsuz yolla əldə edilməsi və saxlanılması ittihamı ilə 4 il azadlıqdan məhrum edilib.

Faktlar bunu sübut edir ki, Azərbaycan hakimiyyəti yerli xalqlara qarşı assimilyasiya siyasətini həyata keçirməyə davam edir. Milli azlıqlara maneələr yaradaraq hakimiyyət orqanları onların maddi, mənəvi və mədəni dəyərlərinin qorunub saxlanmasına və inkişafına mane olurlar.

Telegram kanalımıza abunə olun