2026

“Abzas Media”nın timsalında Azərbaycan təcridxanalarında qadın jurnalistlərə qarşı qeyri-insani rəftarı

2025-02-06

Azərbaycanın hazırki hakimiyyəti müstəqil jurnalistlərə qarşı repressiyaları ilə həmişə seçilib. Bakıda jurnalistlərə qarşı təqiblər o qədər böyük həddə çatıb ki, jurnalistləri müdafiə edən beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini həbs olunan jurnalistləri dərhal azad etməyə və müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Hələ 2023-cü ildə “Abzas Media”-nın direktoru Ülvi Həsənli saxlanılıb. Onun evində və “Abzas Media”nın ofisində axtarış aparmışlr, təhlükəsizlik qüvvələrinin yaydığı açıqlamaya görə, 40 min avro tapılıb. Daha sonra direktor müavini Məhəmməd Kəkalov saxlanılıb, ertəsi gün isə xaricdən qayıdarkən hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Qeyd etməyə dəyər ki, həmin cinayət işi ilə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs ediliblər.

Jurnalistlərə qarşı cinayət məcələsinin bir sıra maddələri ilə-cinayət yolu ilə əldə olunan əmlakın leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslərdən heç biri özünü təqsirli bilməyib, iddia ediblər ki, həbslər onların peşə fəaliyyəti ilə bağlıdır.

Azərbaycan təcridxanalarında qadınlara qarşı repressiya xüsusi diqqətə layiqdir. Bu yaxınlarda Azərbaycan müxalifət saytları yazıblar ki, Bakı İstintaq Təcridxanasının qadın korpusunun rəisi Ədalət Qurbanov 48-ci kamerada saxlanılan altı qadın məhbusu döyüb. Bu barədə “Abzas Media”nın həbsdə saxlanılan baş redaktoru Sevinc Vaqifqızı məlumat verib. Jurnalistin bildirdiyinə görə, təcridxananın qadın korpusunun rəisi döyülmədən sonra onları vəziyyəti daha pis olan kameralara yerləşdirib.

Baş redaktor ham də qeyd edib ki, məhbus qadınlara hədə-qorxu gələrək tapşırılıb ki, döyülməkləri barədə heç nə deməsin.

Qadın junalistlərin saxlanma şəraitinin pis olduğu haqqında onların vəkilləri də danışıblar.Sevinc Vaqifqızının vəkili öz müsahibəsində qeyd edib ki, saxlama yerlərdə istilik sistemi xarab olduğu üçün ümumiyyətlə istilik yoxdur.

“Abzas Media”nın digər bir əməkdaşı Nərgiz Absalamovanın vəkili öz növbəsində bildirib ki, şərait pis olduğu üçün müdafiə etdiyi şəxsin səhhətində problemlər yaranıb.

 

Faktlarla sübut olunduğu kimi Azərbaycan Respublikasında jurnalistlərin müstəqil fəaliyyət hüququ yalnız həbslərlə məhdudlaşmır. Jurnalistlər təcridxanalarda qeyri-insani rəftara məruz qalırlar. Diqqətəlayiqdir ki, qadın jurnalistlər də zorakılıq və işgəncə qurbanlarıdır. Bu yolla Əliyev hakimiyyəti ölkəni müstəqil jurnalistlərdən təmizləməyə çalışır, beləliklə Azərbaycanda diktatura rejimini daha da gücləndirməyə çalışır.

Telegram kanalımıza abunə olun