2025

Qaşqaylar Türkiyə-Azərbaycan separatçı hərəkatlarının hədəfində

2025-02-04

İran telegram kanalları xəbərdarlıq edir, ekspertlər isə haqlı narahatlığını bildirirlər o barədə ki, Ankara və Bakının himayəsindən istifadə edən separatçı qruplar, xüsusilə də Türkiyədə yaradılmış “Qayı” (Kayı partisi) partiyası İran qaşqayları arasında saxta kimlik, tarix və mədəniyyət ideyaları yayırlar, bununla separatçı əhval-ruhiyyəni aşılamaq məqsədi daşıyırlar. Bu partiya 2021-ci ildə yaradılıb və türk “qayı” tayfasının adını daşıyır, əsasən Osmanlı dövlətinin qurucusu Osmanın sülaləsi ilə eyniləşdirilir. Partiya türk əsilli xalqlar arasında millətçilik ideyalarını yayır. İranın qaşqayları da onların diqqət mərkəzinə düşüb və iran mədəni, siyasi kimliyinə malik olan bu türk qəbiləsi arasında anti-iran ideyaları yaymağa çalışırlar.

Qaşqaylar kimdir?

Qağqaylar hazırda İranın sayı ən çox olan türk qəbiləsidir-altı tayfadan ibarətdir. Onlar, bəlkə də, ən mühafizəkar, mütəşəkkil şia tayfalarından biridir, adət-ənənələrinə, mədəniyyətlərinə ciddi şəkildə bağlıdır. Qaşqaylar yarı köçəri həyat tərzi keçirirlər, İranın Fars vilayətində cəmləşmişdir. İranlılar arasında onlar həm də öz şən, gözəl və rəngarəng bayramları ilə seçilirlər. Qaşqaylar qərbi-oğuz türk ləhcəsində danışırlar, həmin ləhcəni onlar “türki” adlandırırlar. Onların əcdadlarının Hülakü xanın və ya Əmir Teymurun qoşunları ilə Türküstandan İrana gəldiyinə inanırlar. Lakin 11-ci əsrdə oğuz-türk tayfalarının hərəkəti zamanı İrana gəldikləri versiyası qəbul edilir. Çox güman ki, onlar əvvəlcə İranın şimal-qərb bölgələrində məskunlaşıblar, ondan sonra tədricən İranın Fars vilayətinə köçdülər. Son vaxtlara qədər onların arasında Moğanlu tayfası olub, adı Ərdəbilin şimalındakı Muğan düzünün adından yaranmışdır. Bundan başqa Qaşqaylar Ərdəbili çox vaxt “ata-baba yurdu” adlandırırlar. Qaşqaylar arasında yayılmış başqa bir ənənəyə görə, onların əcdadları vilayəti portuqallardan qorumaq üçün səfəvi Şah İsmayıl (1501-1524-cü illərdə) tərəfidən İrana köçürülmüş. Tarixi mənbələrdə isə ilk dəfə 18-ci əsrə aid “Fars qələntər Məhəmmədin gündəliyi” əsərində qaşqaylar haqqında qeyd edilib. Qaşqay adının etimologiyası da nəzəriyyə səviyyəsindədir. Məşhur şərqşünas və akademik Vasili Vladimiroviç Bartold tayfanın adı türkcə qašqā ilə izah edir, mənası “alında ağ köstəbək olan at”dır, iranlı müəllif Həsən Fəsanın irəli sürdüyü başqa bir nəzəriyyəyə görə isə tayfa adı türkcə qāčmaq feilindən yaranmışdır.

Öz türk mənşəyini dərk edərək, qaşqaylar əslində özlərini İranın etnik xəritəsinin tərkib və ayrılmaz hissəsi hesab edirlər.

Telegram kanalımıza abunə olun