2025
2025-01-30
Türk ölkələri arasında əməkdaşlıq çərçivəsində Türkiyə ilə Özbəkistan arasında əlaqələr önəmlidir, lakin münasibətlər heç də həmişə hamar olmayıb. Bunlar ən çox 2000-ci illərdə kəskin şəkildə özünü göstərib. İki ölkə arasında onilliklər boyu mövcud olan gərginlik Orta Asiyada Türkiyə təsirinin genişlənməsinin qarşısındakı əsas maneələrdən biri idi.
Əvvəlcə bu iki ölkə arasında qonşuluq münasibətləri olub. Özbəkistanın müstəqilliyinin tanınmasından sonra, ölkə başçısı İslam Kərimov birincisi Türkiyəyə rəsmi səfərə gedib və qeyd edib. “Türkiyə bizi dəstəkləsə bundan sonra özbəkləri heç kim özünə tabe edə bilməz... Atatürkün prinsipləri bizim Özbəkistanda etmək istədiklərimizlə paraleldir. Mən Atatürkə heyranam və ümid edirəm ki, Mərkəzi Asiya xalqları da onun Türkiyədə əldə etdiklərinə nail olacaqlar. Mən türk xalqının birlik ideyasını dəstəkləyirəm, bu birlik mütləq həyata keçirilməlidir. Siyasi birlik əvəzinə iqtisadi birlik yaradıla bilər. Bunu ümumi türk bazarı da adlandırmaq olar”.
Bundan sonra iqtisadi, mədəniyyət, siyasi, təhsil və digər sahələrdə iki ölkə arasında fəal əməkdaşlıq inkişaf etdirilmişdir. Çoxlu özbək tələbə təhsil almaq üçün Türkiyəyə getmişdir. Lakin oxşar isti münasibətlər uzun sürmədi. 1993-cü ildə Özbəkistan prezidenti İslam Kərimovun hökumətinin müxalifət xadimləri, xüsusilə müxalifət lideri Məhəmməd Saleh(dini baxışları ilə tanınır) Türkiyəyə sığındıqda, vəziyyət daha da pisləşdi. Türkiyə onu Özbəkistana ekstradisiya etməkdən imtina edib, bu da öz növbəsində iki ölkə arasındakı münasibətlərinin pisləşnəsinə səbəb olub. Bundan sonra, 1994-cü ildə Özbəkistan hakimiyyəti Türkiyədə təhsil alan tələbələrini müvəqqəti olaraq geri çağırıb.
Özbəkistanda xüsusilə Türkiyənin din siyasətinə hər zaman şübhə ilə yanaşmışlar, bu da iki ölkə arasında mövcud olan münasibətlərdə gərginlik mənbəyi olub (olmağa davam edir). Türkiyənin baş naziri Nəcməddin Ərbakanın islamyönümlü siyasəti Özbəkistan hakimiyyətini bu məsələdə ayıq-sayıq olmağa vadar edib.
1999-cu ilin fevral ayında İslam ekstremist qüvvələri tərəfindən Daşkənddə həyata keçirdiyi terror aktından sonra (prezident Kərimov da yuxarıdakının hədəfində idi) Özbəkistan hakimiyyəti hesab edirdi ki, Türkiyənin Özbəkistan radikal İslam qüvvələrinin maliyyələşdirilməsi də ekstremist qüvvələrin fəallaşmasına səbəb olub. Saleh də həmin terror aktını təşkil etməkdə ittiham olunurdu. Özbəkistanın onun ekstradisiyası ilə bağlı müraciəti yenidən rədd edilib. Həmin hadisədən sonra, Özbəkistanda Türkiyənin bir çox müəssisəsi və məktəbi bağlanıb, xüsusilə Fəthullah Gülənin adı ilə bağlı olanlar. Həmin məktəblərə Özbəkistan Orta Asiya ölkələrindən ən şübhli və ehtiyatlısıdır, onları ölkədə İslamın böyünməsinə və Türkiyənin rolunu artmasına töhfə verən alətlər hesab edir. 2001-ci ildə Özbəkistanda fəaliyyət göstərən bütün Gülən məktəbləri bağlanıb.
Türkiyənin Avropa İtifaqının Özvəkistanı pisləyən bəyanatına qoşulması ilə vəziyyət daha da pisləşdi. 2005-ci ildə Əndicanda baş vermiş hadisələri (Özbəkistanın şərqində-Əndicanda iğtişaşlar, bunun ərzində yüzlərlə insan, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları hələk olub) ilə bağlı idi. Ümumilikdə Kərimovun prezidentliyi dövründə Dəşkənddə Türkiyənin xaici siyasəti region üçün mənfi, qeyri-sabitliyin təhrik mənbəyi hesab olunub.
Vəziyyət yalnız 2016-cı ildə Kərimovun ölümündən sonra Şavkat Mirziyoyev hakimiyyətə gələndə dəyişib. O 2017-ci ildə Türkiyəyə səfər edib. 2020-ci ildə iki ölkə arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb. 2018-ci ildə Özbəkistan Türk Şurasına üzv olmaq istədiyini bildirib, 2022-ci ildə isə “Türk Dövlətlərinin Əməkdaşlıq” təşkilatına qoşulub. İki ölkə hazırda həm də iqtisadi və təhlükəsizlik sahələrində fəal əməkdaşlıq edirlər.
Buna baxmayaraq, Özbəkistan hakimiyyəti ölkədə Türkiyənin təsirinin həddindən artıq genişlənməsininh qarşısını almağa çalışır. 2019-cu ildə Özbəkistanda televiziyada türk seriallarının nümayişinə qadağa qoyuldu, dini təhsilin verilməsində türk təhsil təşkilatlarının fəaliyyəti nəzərətə götürüldü. Özbəkistan hakimiyyəti türkcəyə əsaslanan ortaq türk əlifbasına keçməkdə ehtiyatlı yanaşır. Bundan başqa, Özbəkistan Türkiyəyə balanslaşdırılmış xarici siyasət aparır, Rusiya və Çinlə də fəal əməkdaşlıq edir.