2025

Azərbaycanın qaz oyun kartı Avropada

Azərbaycanın Energetika Nazirliyi 2024-cü ilin qaz ixracı göstəricilərini yayıb. Ötən il ərzində göstərici 5.8 % ilə artıb və 25,2 milyard kubmetr təşkil edib. Bunun təxminən yarısı-12,9 milyard kubmetri Avropaya ixrac edilib, 2023-cü ildə isə artım 9% ətrafında olub.

Azərbaycan qazı Avropanın cənubuna və şərqinə Cənub qaz dəhlizi vasitəsilə Türkiyənin və Gürcüstanın ərazisindən çatır. Avropada Azərbaycan qazının ən böyük qaz istehlakçısı İtaliyadır. 2024-cü ildə Avropanın 8 ölkəsi-İtaliya, Yunanistan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Xorvatiya, Sloveniya Bakıdan qaz alıb.

Azərbaycanın xarici siyasətində Şərqi Avropa ölkələri ilə əlaqələrinin inkişafına mühüm yer verilir və əlaqələrin dərinləşməsinə Bakının göstərdiyi səyləri qaz tədarükündən daha əvvəl başladığına baxmayaraq, enerji əlaqələri Azərbaycanla bu ölkələr arasında iqtisadi və siyasi əlaqələrin əsasını təşkil edir.

Neft-qaz aləti və ondan əldə olunan gəlirləri Azərbaycanın xarici siyasətinin ən mühüm komponentlərindəndir. Rusiya-Ukrayna müharibəsinin başladığından etibarən Avropaya Rusiyanın enerji daşıyıcılarına alternativ kimi Azərbaycanın enerji daşıyıcılarının əhəmiyyəti daha da artdı. 2022-ci ildə Bakıda Aİ və Azərbaycan arasında qaz təchizatı üzrə strateji əməkdaşlıq sənədi imzalanıb.

Türkiyə ilə münasibətlərindən başqa, son iki il ərzində Rusiya-Azərbaycan siyasi əlaqələri daha da sıxlaşdı. Rusiya qazının Azərbaycandan Avropaya tranziti ilə bağlı çoxlu yazılar dərc olunub. Son illər ərzində Bakı qaz tədarük etdiyi ölkələrlə daha sıx əlaqələr qurur. Həmin Avropa ölkələri öz növbəsində enerji idxalı mənbələrini şaxələndirməyə çalışırlar, bunlardan biri də Azərbaycan qazıdır.

Son 4-5 il ərzində İlham Əliyevin və Azərbaycanın digər rəsmilərin səfərləri əsasında Bakının xarici siyasət prioritetləri barədə təsəvvür əldə etmək olar. Qonşu ölkələr istisna olmaqla-Türkiyə, Rusiya, Gürcüstan- türk və Şərqi Avropa ölkələri Azərbaycanın maraq dairəsindədir, Azərbaycan onlarla olan enerji ticarəti şəraitindən siyasi əlaqələrini gücləndirmək üçün istifadə etməyə çalışır. Bunun yollarından biri strateji tərəfdaşlıq sənədlərinin imzalanmasıdır. Hazırda İtaliya, Macarıstan, Rumıniya, Bolqarıstan da daxil olmaqla Azərbaycan Avropa İttifaqına üzv 9 ölkəsi ilə oxşar sənədlər imzalayıb. 2024-cü ildə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Qara dənizin dibi ilə Şərqi Avropaya elektrik təchizatı infrastrukturunun yaradılması haqqında sənəd imzalayıblar. 2024-cü ildə regionun digər bir dövləti Serbiya ildə 400 milyon kubmetr həcmində Azərbaycan qazı almağa başlayıb. Lakin 2025-ci ilin yanvar ayının əvvəlində, rəsmi versiyaya görə, Azərbaycanın “Şahdəniz” yatağında yaranmış problemlə əlaqədar Serbiyaya tədarük qeyri-müəyyən müddətə dayandırılıb.

Avropada Abşeron qazının ən böyük alıcısı İtaliyadır və Bakı ona Əlcəzairdən sonra ikinci ən böyük qaz tədarükçüsüdür. 2024-cü ildə İtalyanın xarici işlər nazirinin müavini Fransanı tənqid etmişdir, ona görə ki, yuxarıdakının xarici işlər naziri bildirib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünə şübhə altına alır. İtaliyanın XİN nümayəndəsi bunu sülhə maneə kimi qiymətləndirib. 2024-cü ildə Macarıstan Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın verilməsinə mane olub, Azərbaycana da vəsait ayrılmasını tələb etdi, baxmayaraq ki, Bakı dəstək üçün fonda belə müraciət etməyib. İtaliya və Macaristan Bakıdakı səfirlikləri Azərbaycanın 8 noyabr Qələbə Gününü təbrik edən Avropa ölkələri arasındadır.

Azərbaycan İtaliyadan və Serbiyadan silah alır. 2023-cü ildə Azərbaycan və İtaliya hərbi-nəqliyyat təyyarələrinin alınmasına dair müqavilə imzalayıblar, Serbiya ilə isə Bakı 2024-cü ilin fevral ayında özüyeriyən haubitsaların və mərmilərin alınması haqqında təxminən 300 milyon dollar dəyərində müqavilə imzalayıb.

Bakı həm də qeyd edilən ölkələri Artsaxda həyata keçirilən “bərpa işlərinə” daxil etməyə çalışır. 2022-ci ildə Əliyev İtaliya KİV-dən birinə verdiyi müsahibəsində bildirib ki, türk şirkətlərindən sonra işlərin həcminə görə İtaliya şirkətləri ikinci yerdədir. Macarıstan da bu siyasətdə iştirak edir.

Eləcə də qeyd etməyə dəyər ki, Avropada Azərbaycandan qaz alan ölkələrin rəhbərləri 2024-cü ilin noyabr ayında COP29 BMT-nin iqlim dəyişmələri konfransına iştirak etmək üçün Bakıya səfər ediblər. Macarıstanın baş naziri Viktor Orban 2024-cü ildə həm də Şuşiyə səfər edib və Türk Dövlətləri Təşkilatının iclasına iştirak edib.

Beləliklə, bəzi Avropa ölkələrinin enerji zəifliyindən istifadə edərək, Bakı enerji oyun kartları vasitəsilə Avropada öz siyasi gündəmini və narrativlərini irəli sürməyə çalışır.

Telegram kanalımıza abunə olun