2025

“Demokratik” Azərbaycan “Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının hesabatında

2025-01-23

Rəsmi Bakı, adətən, beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında onun barəsində yazılan tənqidləri qəbul etmir və onları qərəzli hesab edir. Bundan başqa, müxtəlif tribunalardan Azərbaycanda siyasi baxışlarına görə heç kimin təqib olunmadığı, ona görə də ölkədə siyasi məhbus olmadığını bildirir. Lakin bir neçə gün əvvəl “Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatı “Qlobal Hesabat 2025”i dərc edib. Həmin hesabatda həm də Azərbaycana istinad edilib, hesabat 4 hissəyə bölünüb-“Hökuməti tənqid edənlərin təqibi”, “Söz və KİV azadlığı”, “İşgəncə və pis rəftar”, “Cinsi oriyentasiya və cinsi kimlik”.

Hesabata görə, Azərbaycan hökuməti hətta noyabr ayında BMT İqlim dəyişikliyi üzrə COP29 konfransına ev sahibliyi edərkən yerli tənqidçilərə göstərilən təzyiqi gücləndirib. Hesabatda vurğulanıb.“Konfransdan bir neçə il əvvəl hakimiyyət orqanları onlarla insan həbs ediblər, o cümlədən, siyasi səbəblərlə jurnalistləri, hüquq müdafiəçiləri və fəalları. Onlar söz və sərbəst toplaşmaq hüquqlarına müdaxilə etməyə davam edirlər...təcridxanalarda işgəncə və pis rəftarı da davam edilib”.

Sənəddə həm də 2024-cü ilin fevral və sentyabr aylarında Azərbaycanda keçirilmiş prezident və növbədənkənar parlament seçkilərinə istinad edilib. Hesabata görə, bunlar azad və ədalətli seçki standartlarına uyğun deyil. “Beynəlxalq müşahidəçilər bunu “tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə keçirilmiş” və “rəqabətsizhesab etdilər.

Hesabatın müəllifləri həm də Artsax ermənilərinin qayıdış hüququ üzrə Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərinə istinad ediblər. “Üzərinə götürdüyü öhdəliklərinə baxmayaraq, Azərbaycan 2023-cü ilin sentyabr ayında Dağlıq Qarabağı tərk etmiş etnik ermənilərin təhlükəsiz və ləyaqətli qayıtmaq hüququnu təmin etmək və yə mülkiyyət hüquqlarını bərpa etmək üçün əməli addımlar atmamışdır”.

Hüquq-müdafiə təşkilatı xatırladıb ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) keçən ilin yanvar ayında Azərbaycan hökuməti əsas öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan nümayəndə heyətinin mandatını ratifikasiya etməyib.

Prezident İlham Əliyevin siyasi opponentlərinə, fəallara və müxalif fikirli jurnalistlərə istinad edərək, təşkilatın hesabatında deyilir ki, 2024-cü ildə hakimiyyət yuxarıdakılara qarşı əsassız və saxta ittihamlar irəli sürüb, beləliklə repressiyaların və həbslərin yeni dalğasına başlayıb. Bundan başqa, 2024-cü ilin may ayında Azərbaycan prezidenti amnistiya sazişi imzalayıb, lakin siyasi səbəblərlə həbs edilən heç bir şəxsin adı siyahıya salınmayıb.

2023-cü ilin noyabr ayından etibarən Bakı hakimiyyəti ən azı üç müstəqil media platformasını hədəfə almış-Abzas Media, Toplum TV və Kanal 13, jurnalistləri həbs ediblər.

Hesabatda qeyd olunub.“2024-cü ilin avqust ayında hakimiyyət “Abzas Media”ın jurnalistlərinə qarşı cinayət işləri açıb, o cümlədən vergidən yayınması, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulması... Mart ayında prezident seçkilərindən həmən sonra, polis “Toplum” televiziya şirkətinin ofisinə soxulub...”.

Beynəlxalq insan haqları təşkilatı məhbuslara verilən işgəncələrdən bəhs edərək, polisin məhbuslara və məhkumlara qarşı kobud rəftarını, elektrik cərəyanı və hədə-qorxu ilə ifadə verməsini, vəhşicəsinə döymələrini xatırladıb.

Sənədə görə, təkcə müxalif fikirli şəxslər deyil, həm də fərqli cinsi oriyentasiyaya malik olanlar həbslərə, işgəncələrə, zorakılığa məruz qalıblar. Yuxarıdakılar illər boyu “Azərbaycanda dövlət və qeyri-dövlət subyektləri tərəfindən pis rəftar, qəsb, özbaşına həbs və ayrı-seçkiliklə üzləşmişlər...Onlar polisin hədəfində olmaqda davam edirlər”.

2025-ci ilin əvvəlində Azərbaycan hakimiyyətyönlü KİV-ə verdiyi müsahibəsində İlham Əliyev keçən ili “böyük uğurlar ili” adlandırdığına baxmayaraq, qeyri-hökumət mətbuatı ölkədəki zorakılıqlar, müxalifət xadimlərinin həbsləri, saxta ittihamlarla saxta məhkəmələri qeyd edərək Azərbaycanın reallığı ilə üzləşir. Azərbaycan barədə çoxlu beynəlxalq hüquq-müdafiə təşkilatının, o cümlədən “Human Rights Watch”ın (HRW) təqdim etdiyi hesabatları əliyev rejimi tərəfindən həyətə keçirilən repressiyaları və vətəndaşların azad söz hüququndan məhrum olduğunu yenidən sübut edir.

Telegram kanalımıza abunə olun