2025

Qızılvəng monastırı və ya Müqəddəs Stepanos monastırı

Tarixi saxtakarlıqlara qarşı aparılan mübarizədə 19-cu əsrdə yaşamış müəlliflərin qeydləri xüsusi yer tutur. Yuxarıdakıların verdiyi məlumatları birbaşa və ya dolayı yolla erməni xalqının tarixinin müxtəlif məsələlərinə dair saxtakarlıqları inkar edir.

Naxçıvan qəzasının Çahukun (Cəhri) iki sinifli məktəbinin nəzarətçisi A. Ter Margarov Qızılvəng monastırı barədə məqalə[1] («Монастырь Кармир-ванк») nəşr edib.

Məqalə müəllifi qeyd edir ki, Qızılvəng monastır kompleksi Yerevan quberniyasının Naxçıvan qəzasında-eyni adlı kəndindən ayrı təpədə, Araz çayının sol sahilində yerləşir. 5-ci əsrdə- cilalamış qırmızı daşdan tikilmiş, yəqin ki, adını bundan almışdır. Ondan sonra Avarayr döyüşündən (451-ci il may ayının 26) sonra yaralıların monastıra aparıldığı zaman, həyətin və monastıra aparan bütün pilləkənlərin qana boyanması (buna görə də Qırmızı monastır adlandırıldı) haqqında xalq əfsanəsini təqdim edir. Həmin monastır kompleksi Surb (Müqəddəs) Stepanos şərəfinə adlandırılıb. Bundan başqa məqalə müəllifi qeyd edir ki, Qırmızıvəng kəndinin (Кармир-ванки-кег) əsası 35-40 il əvvəl qoyulub və erməni əhalisi olan 14 ev var.

Monastırı həm yerli sakinlər, həm də qonşu kəndlərdən və Naxçıvan şəhərindən, bəzən də Şərur-Dərələyəz qəzasından zəvvarlar ziyarət edirlər.

Ter-Margarovun dediyinə görə, monastırın divarlarında məbədin təmsirçisi və 10-cu əsrdə yaşamış Hakob Mets tərəfindən aparılmış tikinti işləri barədə qeydlər var. Eləcə də 1617-ci ildə Hovsep arxyepiskopu və 1832-ci ildə Astabad yeparxiya lideri Nikoğayos keşişinin apardıqları təmir işləri qeydə alınıb.

Məqalə müəllifi yazır ki, burada məktəb var idi. Monastırın divarlarında hələ də Krikor Lusavoriçin, Surb (Müqəddəs) Hakobun və digər müqəddəslərin təsvirləri qorunub saxlanılırdı. Xüsusilə də kilsənin şimal divarı diqqət çəkir, həmin divarda iki yerdə Xilaskarın çarmıxa, çəkilməsi, Surb (Müqəddəs) Stepanos-əlində xaç, onun yanında monastır təsviri, iki yüksək xaç və s. həkk olunub. Hakob keşişinin məzarı (1672-ci il) kilsənin cənub tərəfində yerləşir. 1205-ci ildə yazılmış dəri cildli İncili kilsədə qorunub saxlanılır. Monastırda eləcə də Surb (Müqəddəs) Stepanosun, Surb (Müqəddəs) Krikorun oğlu Aristakesin, Surb (Müqəddəs) Hovhannes Mkrtiçin və bakirə Varvaranın qalıqları qorunub saxlanılır. Kilsənin zəng qülləsi olub, yuxarıdakı 1840-cı ildə baş vermiş zəlzələ nəticəsində çökmüşdü.

Qızılvəngin cənubi divarının yaxınlığında kiçik hovuz yerləşirdi, burada qədim zamanlarda xristianlığı qəbul edənləri vəftiz edirdilər. Araksın (Arazın) sol sahilində-Qızılvəng monastırının yaxınlğında Astabadın xaraba Surb (Müqəddəs) Vardan kilsəsi yerləşirdi. Müəllif yazır ki, Astabad sözü ermənicə “ast” (тут) və “pat” (пат) sözlərindən törəmişdir, çünki yaralı Vardanı kilsəyə aparıblar, orada onu çarşafla örtüblər.

Qızılvəng monastırı (Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Abasabad (Astapat) yaşayış məntəqəsi) həm də Naxçıvan bölgəsinin digər erməni abidələri 1997-2003-cü illər ərzində Azərbaycan hakimiyyəti tərəfindən məhv edilib.

[1] «Сборник материалов для описания местностей и племен Кавказа», выпуск 27, Тифлис, 1900, отдел I, с. 53-64․

Telegram kanalımıza abunə olun