2025
“Geğard” elmi-analitik mərkəzi Tehranın Əllamə Təbatəbai universitetinin tədqiqatçı-analitik Ehsan Movahedian ilə Türkiyə və Azərbaycanın İran yük maşınları üçün yaratdığı yanacaq böhranı, həmin ölkələrin nəqliyyat dəhlizi proqramları barədə söhbət edib.
Movahediana görə, “İranın öz üzərinə götürdüyü yanacaq qaçaqmalçılığı ilə mübarizəsində Türkiyə problemlər yaradıb, Azərbaycan da buna qoşuldu. Yuxarıdakı Türkiyə ilə əməkdaşlıq edərək Naxçıvan-İran sərhəd keçid məntəqəsini bağlayıb, beləliklə İran yük maşınlarının Naxçıvanın tranzit yolundan istifadəsinə icazə vermir”. İran “Bak-e pur (tam benzin çəni)” qanunu icra edir, yuxarıdakının məqsədi Türkiyə yük maşınları vasitəsilə yanacaq qaçaqmalçılığının qarşısını almasıdır. İrana cavab olaraq, Türkiyə 115 faiz xüsusi istehlak vergisi tətbiq edib, onu İran yük maşınları ödəməlidir, Azərbaycan isə İran yük maşınlarına Astaranın (İran-Azərbaycan) və Puldəştin (İran-Naxçıvan) sərhəd keçid məntəqələrini bağlayıb.
Yanacaq qaçaqmalçılığının olduqca uzun tarixi var-son 50-60 ildə İrandan Azərbaycana gedən (indi isə həm də Türkmənistana gedirlər) Türkiyə yük maşınları İranın ərazisində ucuz və güzəştli yanacaq alırdılar və əlavə yanacaq qaçaqmalçılıq yolu ilə satırdılar. İndi “Bak-e pur” qanunu ilə İranın hökuməti tələb edir ki, İran sərhədindən çıxan hər türk yük maşını beynəlxalq yanacaq qiymətlərinə uyğun olaraq tam bir çən benzini ekvivalentini ödəsin. Bu addımla İranın Neft Nazirliyinin qaçaqmalçılığın qarşısını almaq məqsədi var. Buna cavab olaraq Türkiyənin prezidenti hər İran yük maşınından alınan hər litr benzin üçün 27 litrə bərabər gömrük rüsumu (təxminən 600 dollardır) tələb etməsinə qərar verib. Təbii ki, İran yük maşını sürücüləri üçün bu çox puldur və benzinin İrandan qat-qat baha olduğu Türkiyə ərazisinə daxil olmaq sərfəli deyil.
Təbii ki, bu hərəkətlərin məqsədi İrana maneələr yaratmaqdır, İran yük maşınları Türkiyə və Azərbaycan ərazisindən Avropaya keçə bilməsin. Həmin hadisələr həm də onu göstərir ki, İran üçün Ermənistan və Gürcüstan vasitəsilə Avropaya nəqliyyat əlaqəsi təmin etmək həyati əhəmiyyət kəsb edir. Qeyd etməyə dəyər ki, problem Türkiyə ilə bağlı olduğuna baxmayaraq, Əliyev bu hadisələrə birbaşa müdaxilə edib, İran yük maşınlarının Azərbaycan yollarından istifadə etməməsi üçün İranla sərhəd məntəqələrini bağlayıb. Bu onu göstərir ki, Türkiyə ilə Azərbaycan arasında razılaşma var-İran üçün iqtisadi problemlər yaradaraq siyasi planlarının həyata keçirilməsinə nail olmaq, xüsusilə İranın razılaşmadığı saxta “Zəngəzur dəhlizi” planına İranı razılaşmağa məcbur etmək. Vurğulamağa dəyər ki, İranın hökuməti və xalqı bu məsələdə həmfikirdir, İran yük maşınlarının sürücülərinin hüquqlarını qoruyurlar. Hazırda danışıqlar aparılır və məsələnin yekun həllinə qədər, Türkiyəyə daxil olan İran yük maşınlarına güzəştli qiymətə 800 litr dizel yanacağı verilməsi planlaşdırılır, Türkiyədən keçərək başqa ölkələrə gedən İran yük maşınlarına isə 1400 litr.
Bu Azərbaycan və Türkiyənin İran yük maşınları üçün yaratdığı çətinlikləri müvəqqəti olaraq neytrallaşdıracaq. Qeyd etməyə dəyər ki, İran xalqı arasında maraqlı hərəkat başlayıb-iranlılar o cümlədən atropatenalılar Türkiyə ərazisində müxtəlif təzyiqlərə məruz qalan iranlı sürücülərini qoruyaraq türk yük maşınlarına yanacaq satmırlar. Bu da iranlılara Türkiyə və Azərbaycanın, eləcə də pantürkistlərin “İran üçün Ermənistan sərhədinin heç bir ciddi əhəmiyyət kəsb etmir, çünki bu iki ölkə İranın Avropa ilə nəqliyyat əlaqəsi üçün ən uyğun tranzit şəraiti yaradıb” iddialarının boşluğunu göstərir. İranlılara aydındır ki, bu əslində Türkiyənin və Azərbaycanın daha dərin məqsədlərinin kəşfidir-İranın nəqliyyat əlaqələri də daxil olmaqla regional yollara nəzarət və idarə edilməsi.
Bu tezis İran xalqına açıqdır. Hikmətli bir İran deyimi var, ona görə-düşmən məhz öz hərəkətləri ilə özünü göstərir. Burada qeyd etmək vacibdir ki, bu hadisələr Türkiyə və Azərbaycanın regionda nəqliyyat qovşaqları və tranzit yolları ilə bağlı birgə layihələri kontekstindədir. Xüsusilə bunlara Qətər-Türkiyə-Avropa qaz nəqli, İraq Əl-Fav limanı-Türkiyə-Avropa, Orta Asiya-Xəzər dənizi-Cənubi Qafqaz yolu layihələri daxildir. İran-Ermənistan-Gürcüstan tranzit yolu Türkiyənin nəzarətindən kənarda qalır, ona nəzarət onların uydurduğu “Zəngəzur dəhlizi” ilə mümkündür. Düşünürəm ki, buna nail olmaq üçün hərbi təcavüzdən belə əl çəkməyəcək”.