2025

Türkiyə 44 günlük Artsax müharibəsində ‘Azərbaycanın qələbə imtiyazını’ rəsmən mübahisələndirir

2020-ci ilin 44 günlük Artsax müharibəsi ərzində Türkiyənin hərbi dəstəyi Azərbaycanın qələbəsində həlledici rol oynadı. Heç bir türk əsgərin döyüşlərdə birbaşa iştirak etmədiyini bildirdiyinə, Türkiyə Azərbaycanı yalnız müasir silahlarla (xüsusi ilə də Bayraktar TB2 PUA) təmin etdiyini, yalnız hərbi təlim keçirdiyini iddia etdiyinə baxmayaraq, döyüş əməliyyatlarında türk hərbçilərinin də iştirak etdiyinə dair faktlar üzə çıxıb. Beynəlxalq nüfuzlu “The Guardian” qəzeti (dövri mətbuat) hətta Türkiyə xüsusi xidmət orqanlarının Azərbaycana yardım etmək üçün muzdlular cəlb etdiyi barədə məlumatlar yayıb. Lakin həmin faktlar türklər və azərbaycanlılar tərəfindən inkar edilirdi.

Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə öz çıxışında qeyd edib ki, Türkiyə Qarabağa, Liviyaya daxil olduğu kimi İsrailə də girəcək və beləliklə Fələstini dəstəkləyəcək. Ərdoğan bu bəyanatı İsrail-Fələstin münaqişəsinin (Qəzza zolağında və İsrail cənubunda İsrail və “HƏMAS” arasında qenişmiqyaslı hərbi əməliyyatlar) konteksində verib, həmin bəyanat Azərbaycanda qəzəb dalğasının baş qaldırmasına səbəb olmuşdu, çünki rəsmən müharibədə “Azərbaycanın üstünlüyünü” mübahisələndirilir. Bu bəyanatdan sonra, Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması yayıldı, həmin açıqlamada qeyd edilib ki, Artsax müharibəsində Azərbaycan ordusu zəfərə məhz onların (türk) əsgərləri sayəsində nail oldu. Vurğulanırdı ki, Azərbaycan prezidenti Türkiyəyə göstərdiyi hərbi və siyasi dəstəyinə dəfələrlə təşəkkür edib, lakin başqa hər hansı ölkənin əsgəri müharibəyə iştirak etməyib. Ərdoğanın bəyanatından iki gün sonra, Azərbaycanın rəsmi “Azərbaycan” qəzeti də Ankaraya təpki göstərib. “Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan ordusudur” məqaləsində, Ərdoğanın bəyanatına istinad edərək, qeyd edilir ki, “erməni dəyirmanını su ilə doldurur” və ya “qardaş qardaşına göstərdiyi köməyini məzəmmət məqsədilə xatırlatmaz”, “sağ əlin nə etdiyini sol əl bilməməlidir” və s.

Məqalə müəllifinə görə, “hər bir sursatın dəyərini son qəpiyinədək ödənilmişdi”. Məqalədə Azərbaycan tərəfindən Türkiyə xeyrinə atdığı addımları barədə xatırladılıb- məsələn müxtəlif diplomatik platformalarda Azərbaycanın Türkiyəyə göstərdiyi dəstəyi, İlham Əliyevin türk dövlətlərinin təşkilatı üçün göstərdiyi səyləri, işğal olunmuş Artsaxda Türkiyənin inşaat təşkilatlarının cəlb edilməsi və s. sonra isə vurğulanıb ki, “qardaşlıq qarşılıqlı öhdəliklər tələb edir”.

Türkiyə tərəfi əvvəlcə Azərbaycanın narazılıqlarına məhəl qoymamağa çalışıb, lakin bu nəşrdən qısa müddət sonra, Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasının məzunlarının buraxılış mərasimi zamanı Ərdoğan növbəti dəfə Dağlıq Qarabağ müharibəsinə istinad edərək bəyan edib. “Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə düşmənin qüvvələrini tamamilə məhv etdik”, yenə də bu zəfərdə Türkiyənin böyük rolunu vurğulayıb.

Beləliklə, Ərdoğanın açıqlaması, “bir millət, iki dövlət” ideyasının əsasında duran müəyyən mürəkkəblikləri vurğulayaraq, Türkiyə-Azərbaycan münasibətlərində 44 günlük Artsax müharibəsində Azərbaycanın qələbəsi ilə əlaqədar mövcud olan ziddiyyətləri ortaya qoydu.

Telegram kanalımıza abunə olun