2026

1920 il Şuşi ermənilərinin qırğını

2024-03-25

1920 il mart 22-26-da Azərbaycan Respublikasının hakimiyyəti çiçəklənən erməni şəhərini kabusa çevirərk Şuşi erməni əhalisinin qırğını təşkil etdi.

Marieta Şahinyan Şuşi qırğınlarının nəticələrini təsvir edərək qeyd edib.«Mən Şuşinin skeletini gördüm. Qarşıma evlərin skeletləri ilə düzəlmiş iki təpə dayanmışdı. Heçnə qalmadı... damlar, qapılar, qapı çərçəvələri yoxdur... sadəcə daşlar, daşlar və daşlar, anatomik skeletin təmizlənmiş, qırılmış, qurudulmuş sümükləri kimi. Gözəl memarlığın şahidi olan kilsə skelet kimi görünür...».

Qırğınlardan sonra çiçəklənən və aktiv şəhəri «kabusa çevrilən» Şuşidə M.Şahinyana şəhərin səssizliyi ürküdücü idi.«Mən heç yerdə belə dəhşətli səssizliklə qarşılamamışdım və səssizlik qeyri-təbii görünür,birdən səssizliyin mızıldandığını, daşların pıçıldaması, titrəməsi, xışıltısı, başınızın üstündəki saçların uc-tutmasını təsəvvür etməyə başlayırsan».

Bu qanlı hadisələri hələ 1919 il İngilis generalı Tomsonun zəmanətiylə Qarabağda general-qubernator təyin edilən Xosrov bəy Sultanov dövründə hərtərəfli hazırlanmışdı. 1919 il iyun ayında Sultanov Azərbaycan qoşunlarının və Kürd dəstələrinin Şuşiyə girişini təmin edib. İyun ayının 4-də Sultanovun əmri ilə Şuşinin erməni məhəlləsinin bombalanması, dağıdılması, talanlaması başlayır. Onlarla erməni vəhşicəsinə öldürülür. Şiddətləri və hücumları sonrakı günlərində iyun ayının 5-7-də Şuşinin ətrafıdakı kəndlərində Qaybalı, Qarin tak (Daşaltı), Daşuşen (Daşkən), Krkjan (Kərkicahan), Pahlur, Camilu daxil olmaqla davam edilirdi. 70 evi olan Daşuşen (Daşkənd) kəndi bir gün ərzində külə çevrilir, yüzlərlə insan qətlə yetirilir, böyük əksəriyyəti uşaqlar, qadınlar və yaşlılar. «...qırğının əvvəlcədən Sultanov tərəfindən planlaşdırılmış olduğunu qəbul olunmalıdır»,-ingilis komandanlığı tərəfindən Şuşiyə gedən polkovnik Glaterberg etiraf edib.

1919 il avqust ayının 14-də Sultanov erməni məhəlləri istiqamətinə topların yerləşdirilməsini əmr edir və Artsax ermənilərə ultimatum təqdim edərək 48 saat ərzində Azərbaycan hakimiyyətini qəbul etməyi tələb edir. Yenidən qan tökülməsinin qarşısını almağa çalışaraq Artsax ermənilərinin 7-ci qurultayı güzəştə gedir və 26 bənddən ibarət müvəqqəti sazişini qəbul edir, buna görə Qarabağın bəzi rayonları müvəqqəti olaraq Azərbaycan sərhədlərinə daxil olur Paris Sülh Konfransında məsələnin yekun həllinə qədər.

Amma Azərbaycan tərəfi müqavilənin şərtlərini ardıcıl olaraq pozur. 1920 il fevral ayının 19-da Sultanov Artsax Erməni Milli Şurasından «Artsaxın tamamilə Azərbaycana tabe edilməsi məsələsinin» həllini tələb edir. Fevral ayının 28-də Artsax ermənilərinin 8-ci qurultayı Sultanovun tələbini rədd edir və Azərbaycan tərəfindən təkrarlanan pozuntularından müqavilənin qüvvəsinin itirməsini sonunda tanıyır.

1920 il mart 20-də Novruz bayramı günü şənlik adı altında Sultanov qoşunları erməni əhalisini tərksilah edir və sonrakı günlərində  Şuşi yenidən döyüş meydanına çevirirlər. Mart ayının 22-də səhər saatlarında azərbaycan və kürd qoşunları Şuşiyə hücum edirlər və bir neçə gün mart 26-a qədər ermənilərin qırğını həyata keçirirlər. Çiçəklənən şahər parçalanmış həyatların və xəyalların qalıqları ilə dolu dağıntılara çevrilir. «Külə çevrilən şəhər» haqqında öz «xatirələrində» deputat Abraham Kilisbekyan, G.Orconokidze ifadə edibdir, 1920 il may ayında Qırmızı ordu ilə birlikdə Şuşiyə ziyarət edərək bildirib. «dəhşətli mənzərənin şahidi olduq, Şəhər dağıntıları, quyularda asılmış qadın və uşaqların meyitləri».

Bu şiddətli hadisələr Şuşidə silinməz iz qoyublar, orada hətta onilliklər sonra da qırğınların nəticələri və «ölüm nəfəsi» qorunub saxlanılır. Rus yazıçı Osip Mandelştam qırğınlardan illər sonra Şuşini ziyarət etdiyində gördüyü dəhşətləri haqqında öz «Faytonçu»  şeirində təsvir edib.«...Mən Qarabağı dağlıq gördüm, yırtıcı Şuşi şəhərini gördüm, ölümün dəhşətini dadmışam...».

Azərbaycan tərəfindən qəbul etdiyi soyqırım siyasəti təkcə Şuşi qırğınlar ilə qurtarmadı. 1988-90-cı illər ərzində Bakıda, Sumqayıtda, Gandzakda (Gəncə), Marağada və Artsaxın diğər yaşayış məntəqələrində erməniləri vəhşiliklərə və qırğınlara məruz qoyublar. 1920 il Şuşi qırğınlarından bir əsr sonra 2020 il sentyabr ayında Azərbaycan Artsaxa qarşı geniş miqyaslı hücuma keçdi və erməniləri məcburi deportasiyaya məruz qoyub. Müharibə ərzində erməni mədəni və dini simvollarından biri Şuşinin Müqqəddəs Xilaskar Kafedralını (Qazançetsots Kilsəsi) hədəfə alındı və atəşə tutuldu.

Bir əsr əvvəl Şuşidə yaşanan hadisələr haqqında Marieta Şahinyan yazıbdı.«gözəl memarlığının şahidi kilsəsi kabus kimi görünür, onun titrək skeleti qalır və ölür kimi bu zühurdan (xəyal) deşilmiş gözləri qarşısında...». Bir əsr əvvəl Şuşidə yaşanan hadisələr bugün də aktualdır.

Telegram kanalımıza abunə olun