2025
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu konfransı bu il Azərbaycanda keçirildi. Keçirilən tədbiri Azərbaycan öz imicini artırmaq üçün istifadə etməyə çalışdığına baxmayaraq, tədbir ərzində Azərbaycanda və müxtəlif xarici ölkələrdə etiraz aksiyaları keçirilirdi, həmin aksiyalar Bakı hakimiyyətinin apardığı siyasətinə qarşı yönəlmişdi.
Belə ki, Almaniyanın Bonn şəhərində, BMT qərargahında COP29-la bağlı etiraz aksiyası keçirilib. Bir qrup mühacir fəallar Azərbaycandakı siyasi repressiya şəraitində COP 29-un Azərbaycanda keçirilməsinə Beynəlxalq ictimaiyyətin diqqətini cəlb ediblər.
Tədbir iştirakçıları Azərbaycanda həbsdə olan jurnalistlər və siyasi fəallar məsələsini, həm də 44 günlük müharibəsinin iştirakçı hərbçilərinin sosial vaziyyətini, sosial şəraitə görə intiharların artırması kimi mühüm məsələləri qaldırıblar.
Qeyd etməyə dəyər ki, buna oxşar tədbir Almaniyanın Gisen şəhərində də keçirilib. Aksiya iştirakçıları Azərbaycan hakimiyyətindən həbsdə olan 300-dən çox siyasi fəalın və dini inanclı şəxslərin azadlığını tələb ediblər.
Etiraz aksiyalar yalnız xaricdə deyil, ham də Bakıda keçirilmiş.
Fəhlə İsmayıl Cəfərli COP29 tədbiri çərçivəsində etiraz aksiyası keçirib, iddia edərək ki, Azərbaycanda işçi qüvvəsi istismara məruz qalır, onlara nə normal maaş, nə də vəd edilən bonusu verilir. Yerli mühafizəçilər etirazçını çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər. Cəfərli həm də həmin aksiyadan sonra özünə və yaxınlarına təzyiqlər olacağını istisna etməyib.
COP29 tədbiri zamanı heyvan haqları fəalı Kamran Məmmədli də saxlanılıb. Fəal Azərbaycanda küçə itlərinin öldürülmasinə qarşı etiraz edib. O qeyd edib ki, Azərbaycan hakimiyyəti küçə itlərini güllələyir. Kamran Məmmədli mühafizəçilər tərəfindən zorakılıqla saxlanılıb.
Azərbaycanda avtoritar rejiminin gərginləşən siyasətini yumşaltmaq, hakimiyyətin iş üslubunu pisləmək üçün sadə insanların belə nüfuzlu tədbirlərdə öz səslərini eşitdirməkdən başqa çərəsi yoxdur.