2025
Böyük Sokutlu və ya Urekan kəndi bölgənin ermənilərin ən sıx məskunlaşdığı kəndlərindən biri idi. Rayon mərkəzi Vartaşendən (1989-cu ildən Oğuz) 30 km cənubda yerləşir. Erməni biblioqrafiyasında ilk dəfə 1434-cü ildə qeyd edilmişdir.
18-ci əsrin 30-cu illərində kənddə həm də Artsax köçkünləri məskunlaşıblar.Qandzasar katolikosu Yesai Həsən Cəlalyan buna şahidlik edir. “Barseq adlı bir yerli qarabağlı keşişi də orada idi, O Xaçen torpağından, melik qəbiləsindən idi. Köç edən xalqla o da öz nəsil ilə getmişdir. Sokutlu kəndi bərpə edib orada yaşayırdı, çünki kəndlər arasında ondan yaxşısı yox idi”.
Məşhur topoqraf Makar yepiskopu Barxudaryantsın səfəri zamanı-1888-ci ildə, kənddə 350 evdən ibarət erməni əhalisi var idi-2107 sakini. 1908-ci ildə kənddə 2464 sakin var idi. 1914-cü ildə kənddə yalnız ermənilər yaşayırdı-2800 sakin. Böyük Sokutlu 1918-ci ildə türk qoşunlarının və müsavat üzvlərinin hücumuna məruz qalıb.
Azərbaycanın sovetləşdirilməsindən sonra, qırğınlardan sağ çıxan kəndlilər doğma kəndlərində məskunlaşıblar. 1986-cı ildə Böyük Sokutluda təxminən 40 ev erməni əhalisi, 80 ev malakan, 5 ev kürd və 2 ev-azərbaycanlılar yaşayırdı. Ermənilərdən boşaldığına qədər-1988-ci il, Böyük Sokutlu Vartaşen rayonunun ermənilərin yaşadığı 3 kəndindən biri idi-rayon mərkəzi və Calut ilə birlikdə.
Surb Astvatsatsin adlı kilsəsi Böyük Sokutlu kəndində yerləşirdi, yuxarıdakı 1920-ci illərin əvvəlində məhv edilib. Kilsə hələ Ümumerməni katolikosu Hakob Calalyants və Alban (Qandzasar) katolikosu Simeonun dövründə 1671-ci ildə tikilmişdir. Makar yepikopu Barxudaryantsın dərc etdiyi tikinti kitabəsi buna sübutdur.
“Surb (Müqəddəs) Astvatsatsin kilsəsi
Ter Hakobun patriarxlığı
Ter Simeonun katolikosluğu və
Şamaxılı Möhtərəm Vlasın rəhbərliyi düvründə tikilmişdir (1671-ci il)”.
Başqa bir litoqrafiya qeydinə görə, Surb Astvatsatsin kilsəsi 18-ci əsrin ortalarında Ter Hovsepin göstərdiyi səyləri nəticəsində yenilənib.
“Mən-Ter Hovsep, Surb Astvatsatsin kilsəsini
təmizlədim.
Orada 7 qarış zibil var idi, Hacı Çələbənin dövrü idi (1751-ci il)”.
Orta əsr memarlığı üzrə mütəxəssisi Samvel Karapetyanın ziyarəti zamanı-1980-ci illərdə kəndin böyük erməni qəbiristanlığı qorunub saxlanılmışdır, 3000-ə yaxın qəbir daşı ilə, onların arasında orta əsrlərə aid məzar daşları da qorunub saxlanılmışdır.
Hazırda kənd Böyük Söyüdlü adlanır və azərbaycanlılarla məskunlaşdırılmış.
Ədəbiyyat
Barxudaryants M. Albaniya ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999-cu il.
Karapetyan S. Albaniyanın erməni litoqrafiyaları, Yerevan, 1997-ci il.
Yesai Həsən-Cəlalyan Alban ölkəsinin qısa tarixi, Yerevan, 1997-ci il, s. 26.
15-ci əsrin Erməni əlyazmalarının xatirələri (kolofon), tərtib edən L. Xaçikyan, Yerevan, 1955-ci il, s. 439.