2025

Bakıda katolik kilsəsi tikiləcək, Artsaxın erməni kilsələri isə dağıdılmağa davam edəcək

Vatikanın Dövlətlərlə əlaqələr üzrə katibi arxyepiskop Paul Riçard Qallager Müəddəs 2-ci İoann Pavelin şərəfinə tikiləcək kilsəsinin yerləşəcəyi ərazinin təqdisetmə mərasiminə iştirak etmək üçün Bakıya səfər edib.

Bakıdakı Vatikanın rəsmisi Azərbaycan prezidenti İlham Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşüb.

Arxyepiskop ilə görüş zamanı Paşazadə “Azərbaycanın tolerantlığından”, hökumət tərəfindən “Bakı mərkəzində yerləşən erməni kilsəsini bərpa etdiyi və qoruyub saxladığından, eləcə də Qarabağdakı, Şuşidəki qədim alban apostol kilsələrindən” bəhs etdi. Paşazadə Qallageri “mədəni soyqırıma məruz qalan ərazilərdə dini-mənəvi irsinin bərpa işləri ilə tanış olmağa” Artsaxa səfər etməyə çağırıb. Azərbaycan tərəfinin yaydığı məlumatlarına görə, Qallager də “Azərbaycanın multikulturalizmini və tolerantlığını” vurğulayıb.

Mənəvi, təhsil və peşə fəaliyyəti ilə əlaqədar yəqin ki, Vatikanın yüksək rütbəli məmuru Artsaxın dini və mədəni irsinin tarixi və mənsubiyyəti ilə tanışdır. Bəlkə də 2020-ci ildən sonra azərbaycanlıların erməni mədəni irsinə “münasibətindən” xəbərdardır.

Görəsən Vatikan nümayəndələri son vaxtlar azərbaycanlılarla yaşanan tez-tez təmaslarında bu məsələni müzakirə edirlərmi? Deyəsən qədim xristian millətlərindən birinin-ermənilərin zəngin irsini dağıtmamağa, sökməməyə, mənimsəməməyə çağırırlar mı? Ən azından rəsmi məlumatlarda belə bir xəbər yoxdur.

“Geğard” fondu deəfələrlə bu məsələyə toxunub. Azərbaycanın Vatikana maliyyə ianələri katolik kilsəsinin mərkəzinin Azərbaycan cinayətlərinə göz yummasına səbəb olmamalıdır. Vatikan erməni irsinin kimliyini dəyişmək üzrə Azərbaycanın ardıcıl siyasətinə töhfə verməməlidir.

Hesab edirik ki, Vatikan Azərbaycanın erməni dini-mədəni irsinin məhv edilməsi və təhrif edilməsi siyasətini pisləməlidir. Azərbaycan təbliğat kampaniyasının və Bakı hakimiyyətinin cinayətlərinin bir hissəsi olmamalıdır.

Telegram kanalımıza abunə olun