2025
Sovet ittifaqının dağılmasından sonra, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Azərbaycan müstəqilliyə nail olduğunda, türk dünyasını ortaq mədəniyyət, dil, siyasi və iqtisadi baxımdan birləşməsinə dair türk vizyonu böyük əhəmiyyət qazanmağa başladı. Türkiyə regionda öz təsirini artırmaq üçün yumşaq güc siyasətini (pantürkizm də mühüm rol oynayır) də tətbiq edərək həmin ölkələrlə fəal şəkildə əməkdaşlıq etməyə başladı. Türkiyə türk dünyasında lider mövqe tutmağa çalışır, lakin bu, yuxarıda qeyd olunan ölkələrdə, xüsusən də Qazaxıstanda qətiyyən qəbul edilmir. Hər iki dövlətin türk ölkələrinin birləşməsinin tərəfdarı olduğuna, müxtəlif türk təşkilatlarının çərçivəsində fəal şəkildə əməkdaşlıq etdiyinə baxmayaraq, həmin məsələyə yanaşmaları əhəmiyyətli dərəcədə fərqlənir, bu da münasibətlərində müəyyən gərginlik yaradır. Bu fərqlər tarixi irsdən, dil fərqlərindən, geosiyasi strategiyadan və türk dünyasında liderlik uğrunda rəqabətdən qaynaqlanır.
Türkiyə ortaq oğuz-türk irsini vurğulayaraq pantürkizm konsepsiyasını dəstəkləyir. Pantürkizm ideologiyası Osmanlı imperyasından kənarda, Rusiya imperiyası ərazisində yaşayan türklər arasında yaransa da, Ankara Osmanlı və Səlcuq irsinə arxalanaraq özünü türk dünyasının mədəni və siyasi lideri kimi görür. Bu layihənin həyata keçirməsi üçün Türkiyə Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dəyanət işləri üzrə rəhbərliyi (Diyanet), Türk Dövlətləri Təşkilatı (OTS) kimi qurumların və bir sıra digər strukturların fəaliyyətinə böyük sərmayə qoyur. Bundan başqa, Türkiyə həm də türkcə əsasında linqvistik dil birliyinə nail olmağa çalışır.
Qıpçaq-türk ənənələrinə malik olan Qazaxıstan türk birliyinə ehtiyatla və praqmatizmlə yanaşır. Türk əməkdaşlığı ideyasını dəstəkləyərək, Qazaxıstan çöl-köçəri ənənələrini və türklərin vətəni-tarixi Türküstanın əsasən Qazaxıstanın ərazisində yerləşdiyini vurğulayır. Bu baxımdan Qazaxıstan öz qıpçaq köklərini və Qızıl Orda irsini vurğulayaraq özünə türk dünyasını birləşdirən dövlət kimi qəbul etməyə imkan verir. Qızıl Orda həm də əsasən türk köçəri tayfaların yaşadığı indiki Qazaxıstanın çöl torpaqlarını əhatə edirdi. Qazaxıstan Qızıl Ordanın hakimiyyəti dövrünü türk xalqlarının birləşməsi dövrü kimi hesab edir.
2018-ci ildə Cənubi Qazaxıstan Türküstan adlandırıldı və həmin bölgənin Türküstan şəhəri türk əməkdaşlığının əsas nöqtəsinə çevrildi. 2021-ci ildə bu şəhər türk dünyasının mədəniyyət mərkəzi kimi tanındı. Qazaxıstan iki ildən bir keçirilən sözdə köçəri oyunlarını da təbliğ edir.
Məşhur sufi, şair Əhməd Yəsəvinin irsi qazax mədəniyyətinin bir hissəsi kimi təqdim olunur. Yəsəvinin yaşadığı və fəaliyyət göstərdiyi Türküstan şəhəri mədəni və mənəvi mərkəzə çevrilmişdir. Yəsəvinin məzarı da burada yerləşir, UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmişdir.
Dil birliyinə nail olma məsələsinə gəlincə, qeyd etməyə dəyər ki, türkcə-oğuz, qazax dili isə qıpçaq qrupuna aiddir. Türkiyə həm də latın əlifbasına əsaslanan vahid türk əlifbasının qəbul edilməsinin tərəfdarı kimi çıxış edir, bu da Orta Asiya ölkələrini rus yazısının-kiril əlifbasının təsirindən uzaqlaşdırır. Dil birliyini təşviq etmək səyləri xüsusilə türklərin xeyrinədir. Qazaxstanın müqavimət göstərə biləcəyi mədəni üstünlük anlayışına gətirib çıxarır.
Türkiyə yumşaq gücdən istifadə etməklə Qazaxıstanda böyük təsir əldə etdiyinə baxmayaraq, yuxarıdakı çox vektorlu xarici siyasət aparır, beləliklə xüsusilə böyük dövlətlər Rusiya və Çinlə balanslı əlaqələr qurmağa çalışır. 2016-cı ildə, Türkiyədə dövlət çevrilişinə çəhd təşkil ediləndə prezident Ərdoğan Gülən hərəkatını günahlandırdı, Qazaxıstanda Gülən məktəblərinin bağlanmasını tələb etdi. Türkiyənin təzyiqlərinə baxmayaraq, Qazaxıstan məktəblərin yerli yurisdiksiyaya tabe olan qazax qurumları olduğunu əsas gətirərək müqavimət göstərdi.
Qeyd etməyə dəyər ki, Qazaxıstana türk əməkdaşlığı əsasən ticarət, infrastruktur və regional inkişafı üçün bir vasitədir. Türkiyədə və Qazaxıstanda gərginliyi idarə etmək üçün mexanizmlər işləyib hazırlamışlar, “Türk Dövlətləri Təşkilatı” kimi, yuxarıdakı liderliyə balanslaşdırılmış yanaşmanı təşviq edir, təşkilatın məqsədlərinin formalaşması məsələsində bütün türk xalqlarının səsini təmin edir. Qazaxıstanın Xoca Əhməd Yəsəvi adına Qazax-Türk Beynəlxalq Universitetinin intellektual və mədəni əlaqələrin inkişafına dəstəkləmək məqsədi var. Astanada Beynəlxalq Türk Akademiyası fəaliyyət göstərir, türk dünyası ilə bağlı elmi araşdırmalar aparmaq məqsədi ilə 2010-cu ildə yaradılıb, türk ölkələrini birləşdirən əsas strukturlardan birinə çevrilmişdir. Bütün bunlara baxmayaraq, demək lazımdır ki, Qazaxıstanda hələ də rus dilinin təsiri hökm sürür.
Beləliklə, Ankaranın oğuz adət-ənənələrinə önəm verməsi Qazaxıstanın Qıpçaq kimliyinə kölgə salır, türk dünyasında təmsilçilik və təsir üstündə qarşıdurma yaradır. Hər iki ölkənin əməkdaşlığı dərinləşdirməyə çalışdığına, “qardaş” ölkə olması faktını tirajlamağa çalışdığına baxmayaraq, xüsusilə də ideoloji səviyyəsində türk dünyasının birləşməsinə türk və qazax yanaşmaları bir-birinə ziddir və liderlik məsələsində rəqabət yaradır.