2025

Yelizavetpol quberniyasının Şuşi qəzasının Qarin tak (Daşaltı) kəndi

Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Artsvanik, Yelizavetpol qəzasının Getaşen (Çaykənd), Şuşi qəzasının Qarin tak (Daşaltı) erməni kəndləri barədə «Сборник материалов для описания местностей и племен Кавказа» dövri mətbuatının 1898-ci ilin nəşrinin (25-ci nəşri) ikinci bölməsində məlumatlar var.

Qarin tak (Daşaltı) kəndinin tarixini Getaşen (Çaykənd) kəndin məktəbinin müəllimi G. Osipov təqdim edir.

Onun dediyinə görə, Qarin tak (Daşaltı) Şuşi qalasının yaxınlığında yerləşir. Məqalə müəllifi kənd adının mənşəyini və yaranma tarixini təqdim edərək, qeyd edir ki, tatar mənşəli “Daşaltı” adı erməni Karin tak adının hərfi tərcüməsidir, “daşlı” anlamı var. 19-cü əsrin əvvəllərində Zəngəzur qəzasının Xozaberd kəndinin sakinləri xanlar tərəfindən təqiblərə məruz qalaraq indiki Daşaltı kandinin ərazisinə köçüblər. Həmin köç barədə məqalə müəllifinə yerlilər bildiriblər. Onlara görə, Xozaberddə 700 ev olub. G. Osipov yazır ki, Xozaberd (ermənicə-Xtsaberd) adı iki şəkildə izah olunur-“dişləmək, dişləyən qala” və ya “ciddi, möhkəm qala”. Kənd hündür dağlarla əhatə olunub, sakinləri isə həmişə qonşulara qarşı müharibələr aparırdı. Kürd aliyanlu (Алиянлу) tayfasına vergi ödəmək istəməyərək onlara qarşı müharibə aparıblar. Kənddə sağ qalan sakinlərin bir hissəsi Karin takda (Daşaltıda) məskunlaşıblar.

1873-cü ildə keçirilmiş siyahıyaalınmasına görə, Karin tak (Daşaltı) kəndində 147 ev olub-823 sakin, 1886-cı ildə-165 ev olub-944 sakin[1]. Məqalə müəllifi qeyd edir ki, kəndin əhalisi sülhsever, qonaqpərvər və zəhmətkeş idi, lakin kobud və mövhumatçı idi. G. Osipov kənd sakinlərin silaha çox düşkün olduğunu fərq edir.

Kənddə Surb (Müqəddəs) Astvatsatsin kilsəsi fəaliyyət göstərirdi, iki dindarı var idi.

Məqalə müəllifi qeyd edir ki, düzgün qulluq və tibbi xidmət göstərilmədiyindən kənddə yoluxucu xəstəliklər tez-tez yayılırdı.

Nəhəng mağara kəndin görəmli yerlərindən biridir. Müəllif yazır ki, orada bütöv bir kənd gizlənə bilər.

Dövrün növbəti şahidin qərəzsiz və həqiqətə uyğun sənədləri (fakt) ermənilərin bölgədə qədim və yerli olduğunu sübut edir, onların etnik imicinə hətta kənar ölkələrin hökmdarları təsir etməmişdir.

Karin tak (Daşaltı) kəndi 2020-ci ildən Azərbaycan Respublikasının nəzarəti altındadır.

[1]1886-cı il, ailəsiyahılarına görə, 1886-cı il 164 ev 906 sakin. Свод статистических данных о

населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г., издан по

распоряжению Главноначальствующаго гражданскою частию на Кавказе Закавказским

статистическим комитетом, Тифлис, Тип. И. Мартиросиянца, 1893, с. 269.

Telegram kanalımıza abunə olun