2025

Vartaşen erməni tarixi yaşayış məntəqələri. Otmanlı

1918-ci ilə qədər Otmanlı Vartaşen rayonunun (1989-cu ildən Oğuz) ermənilərin məskunlaşdığı kəndlərindən biri idi. Rayon mərkəzindən 8-9 km cənub-qərbdə, məşhur Calut kəndindən 6 km cənubda yerləşirdi. Kəndin sakinləri buraya Şəki rayonunun Paşncağ kəndindən köçüblər.

Görkəmli kilsə xadimi və topoqrafı Sargis arxiyepiskopu Calalyantsın verdiyi məlumatlarına görə, 19-cu ilin ortalarında Otmanlıda 30 ev var idi (yalnız ermənilər yaşayırdı). Makar arxyepiskopu Barxudaryantsın ziyarəti zamanı-1888-ci ildə, kənddə erməni sakinləri ilə 25 ev var idi (112 sakin), 1908-ci ildə-203, 1914-cü ildə-126 erməni sakini ilə.

1918-ci ildə Otmanlı türk qoşunları və müsavat üzvlərinin hücumuna məruz qalaraq ermənilərdən boşaldılıb. Qırğınlardan xilas olmuş kəndlilər sonradan Calut kəndində məskunlaşıblar.

Orta əsr memarlığı üzrə mütəxəssisi Samvel Karapetyanın ziyarəti zamanı-1980-ci illərdə, kənd yerinin şimal tərəfində19-cu əsrdə tikilmiş Surb (Müqəddəs) Astvatsatsin kilsəsinin qalıqları qorunub saxlanılırdı. Həyətində kiçik qəbiristanlıq aşkar edilmişdir, orada xidmət etmiş din xadimlərinin cəsədləri dəfn edilmişdir. Məzar daşları yerindən tərpənərək sındırılmış vəziyyətdə idi.

S. Karapetyan orada qorunan yerli keşiş Mkrtiç Ter Astvatsatryanın məzar daşının kitabəsini nəşr etdi.

“Bu məzarda

Sargis arxyepiskopu tərəfindən 19 aprel 1870-ci ildə dini rəhbərlik rütbəsi almış

Və 1901-ci ilin fevral ayında ölmüş keşiş Mkrtiç-Astvatsatryanın cəsədi dəfn edilmişdir

Bunu oxuyan desin-Tanrı rəhmət eləsin”.

Qəbirüstü kitabədən aydın olur ki, o dövrdə Surb Astvatsatsin fəaliyyət göstərən kilsə idi.

Hazırda Otmanlı yaşayış olmayan kənd yeridir.

Ədəbiyyat

Barxudaryants M. Albaniya ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999-cu il.

Karapetyan S. Albaniyanın erməni litoqrafiyaları, Yerevan, 1997-ci il.

Calalyants S. Böyük Ermənistana səyahət, 2-ci hissə, Tiflis, 1858-ci il, s. 376.

Telegram kanalımıza abunə olun