2025
1988-ci ilin fevral ayında Sumqayıt qırğınlarından sonra, Azərbaycanda tətbiq edilən anti-erməni zorakılıqların zirvəsi 1990-cı il yanvar ayında həyata keçirilmiş Bakının erməni əhalisinin qırğınları oldu. Burada Sumqayıt qırğınlarından sonra, millətlərarası münasibətlər gərginləşib. 1988-ci ilin fevral-mart aylarında Bakının Lenin adına prospektində aksiyalar başlayıb, həmin aksiyalar zamanı “Ermənilərə ölüm”, “Sumqayıt Bakıda təkrarlanacaq”, “Ermənilər, gedin, yoxsa sizi öldürəcəyik” anti-erməni çağırışları[1] edilirdi. 1988-ci ilin may ayından “Varlıq” təşkilatının[2] rəhbəri Nemət Pənahlı[3] Bakıda erməni əleyhinə mitinqlərin təşkilini[4] öz üzərinə götürdü. İfrat millətçi baxışları olan bu lider azərbaycanlılar istəsə, ermənilərin başından “ikinci Ararat”[5] edəcəklərini söyləyərək çıxışlar edirdi. Şəhərdə ermənilərə qarşı ayrı-ayrı zorakılıq hadisələri[6] olub.
Anti-erməni zorakılığının növbəti dalğası 1988-ci ilin payızında Bakıda başlayıb. Noyabr ayının 17-dən Dağlıq Qarabağ Muxtar Vilayətinə Sovet mərkəzi hakimiyyətinin apardığı siyasətinə[7] qarşı kütləvi aksiyalar keçirilirdi. Şuşinin yaxınlığındakı “Topxana” adlanan ərazisində erməni köçkünlər üçün yataqxana tikmək planı xəbəri[8] vəziyyətin gərginləşməsinə səbəb oldu. Dağlıq Qarabağ Muxtar Vilayətində Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi komitəsinin nümayəndəsi Arkadi Volski tikintinin dayandırılmasını əmr etdi, lakin Bakıda mitinqlər davam etdi. Noyabrın 24-dən 25-nə keçən gecə sovet qoşunları Bakıya daxil oldular və fövqəladə vəziyyət[9] elan edildi. Dekabr ayının 5-də izdiham dövlət idarələrinə, fabriklərə və evlərə hücum etdilər. Silah və sursatları ələ keçirmək üçün ayrı-ayrı hərbçilərə, Daxili İşlər Nazirlitinin regional idarələrinə və ov dükanlarına hücuma cəhd edilib. Sovet Silahlı Qüvvələri vəziyyəti ancaq günün sonunda[10] sakitləşdirə bildilər. 1989-cu ilin iyul-avqust[11], sonra isə noyabr ayında[12] Bakıda anti-erməni zorakılıqların növbəti dalğası yayıldı.
Azərbaycanda 1989-cu ilin dekabr ayının 1-də Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqındakı Ermənistan SSR Ali Şurasının və Dağlıq Qarabağ Milli Şurasının birgə qərarı ermənilərə qarşı nifrətin qızışdırmasının növbəti səbəbi oldu. Qeyd olunan qərarından sonra, Bakının erməni əhalisinin qırğını və deportasiyası həyata keçirildi. 1990-cı ilin yanvar ayının 11-dən Bakıda Azərbaycanın Xalq Cəbhəsi[13] tərəfindən təşkil olunmuş aksiyalar başlayıb, “Ermənilərə ölüm”, “Yaşasın Sumqayıt qəhrəmanları”[14] şüarları səsləndiriblər. Yanvar ayının 12-də Xalq Cəbhəsi əhalini səfərbər edərək yerli erməniləri qırmaq üçün[15] Milli Müdafiə Komitəsi yaratdı (təşkil etmək). Yanvar ayının 13-də aksiyalar kütləvi xarakter aldı. Dağıdıcı dəstələr ayrıldı və onlar şəhərin küçələrində erməniləri axtarıb öldürməyə başladılar. SSRİ ali hakimiyyəti Bakıda fövqəladə vəziyyət elan etdi və sadəcə yanvar ayının 20-də[16] sovet silahlı qüvvəsi daxil etdirdi. Şəhərin demək olar ki, bütün erməni əhalisi Azərbaycan ərazisini tərk etmək məcburiyyətində qaldı, əsasən bərələrlə Türkmənistanın Krasnovodsk[17] şəhərinə köçüblər.
Yanvar ayının 13-19-da Bakıda həm də Azərbaycanın başqa rayonlarında həyata keçirilmiş erməni əhalisinin qırğınları mütəşəkkil xarakter daşıyırdı. Xüsusilə, qırğınlardan əvvəl məqsədyönlü şəkildə anti-erməni əhval-ruhiyyəsi qızışdırıldı, kütləvi aksiyalar təşkil edildi, şəhərin erməni əhalisinin ünvanları və ermənilərin yaşadığı rayonlarının xəritələri tərtib edilmişdir, lazımi alətlər və silahlar hazırlanaraq təchiz edilmişdir, dağıdıcı dəstələr yaranmışdır[18]. Qırğınlar zamanı hüquq-mühafizə orqanları cinayətkar hərəkətsizlik nümayiş etdirib, bir sıra ifadələrə görə də həm də iştirak[19] ediblər. SSRİ Daxili İşlər Nazirliyinin hərbçiləri ermənilərə qarşı törədilən cinayətlər barədə xəbərlərə reaksiya vermədən yalnız şəhərdə partiya və hökumət binalarının mühafizəsini həyata keçirirdilər. Azərbaycanın ermənilərin yaşadığı başqa rayonları kimi Bakıda da həyata keçirilmiş qırğınlarında hələk olanların dəqiq sayı məlum deyil[20]. Qırğınlardan sonra, cinayət təşkilatçılarının və iştirakçılarının istintaqı, müəyyən edilməsi və cəzalandırılması aparılmayıb. İnsan itkisi ilə yanaşı, Bakıda törədilən qırğınlar nəticəsində erməni əhalisinə böyük maddi ziyan verildi, çünki məqsədyönlü hücumlar zamanı ermənilərin əmlakı dağıdılıb, zədələnib və ya talan edilib.
Bakının erməni əhalisinin qırğınlarının azərbaycan manipulyasiyaları
Yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakıya daxil oldular, onlarla toqquşma nəticəsində azərbaycanlılar arasında itkilər[21] olub. Bakının erməni əhalisinin qırğınlarının azərbaycan manipulyasiyalarının araşdırmasından aydın olur ki, bunlar Azərbaycan tərəfinə görə, iki əsas istiqamətində irəliləyirlər.
Bakının yanvar hadisələrinin manipulyasiyalarında sözdə “erməni izi” xüsusi vurğulanır. Belə ki, 1990-cı ilin yanvar ayının 24-də Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində öz çıxışında yazıçı İsmayıl Şıxlı bəyan etdi ki, Bakı hadisələri ermənilər tərəfindən[22] diqqətlə hazırlanmış və qızışdırılmışdı. “Erməni təxribatının” versiyası Azərbaycan manipulyasiyalarında ilk növbədə daxili auditoriyaya və azərbaycan icyimaiyyəti arasında ermənilərə nifrət və düşmənçilik qızışdırılmasına yönalmişdir. Bu məqsədlə hər il 20 yanvar barədə xəbər məqalələrdə, müsahibələrdə “ermənilərin günahı” daim vurğulanır, Azərbaycan cəmiyyəti arasında 20 yanvar hadisələri daha çox ermənilərlə bağlayırlar.
Bakının yanvar hadisələrinin Azərbgaycan manipulyasiyalarının ən mühüm müddəalarından biri “Azərbaycan müstəqilliyi uğrunda mübarizənin təzyiqidir”. Bu istiqamətdə aparılan təbliğat xüsusi ilə son illər ərzində fəallaşıb, yuxarıdakının ünvançısı ilk növbədə xarici auditoriyadır. 20 Yanvar sovet mərkəzi hakimiyyəti tərəfindən Azərbaycanın müstəqilliyi və Azərbaycanlı xalqının azadlığı uğrunda aprılan mübarizənin təzyiq günü kimi təqdim edilir. Bu kontekstdə sovet ordusunun Bakıya daxilini təmin etmək üçün erməniləri təxribatçı qüvvə kimi qeyd edirlər. Azərbaycan tərəfi heç vaxt 20 yanvardan əvvəlki dövrdə şəhərdə yaşayan erməni əhalisinə qarşı kütləvi qırğınların təşkili və həyata keçirilməsi haqqında danışmır.
Sovet mərkəzi hakimiyyəti tərəfindən Sumqayıt erməni əhalisinin qırğınları hüquqi və siyasi cəhətdən düzgün qiymətləndirilməməsi ona gətirib çıxardı ki, Azərbaycanda anti-erməni yeni zorakılıqlar və ermənilərə nifrəti daha da genişlənməsi dalğası başladı.
[1] Обыкновенный геноцид, Геноцид длиною в век: Бакинская трагедия в свидетельствах очевидцев (книга первая), Ереван, Центр общественных связей и информации, 2016, с. 39, 123.
[2] 1988-ci ilin yayında Bakıda bir qrup azərbaycanlı ziyalı “Bakı şəhəri alimlər klubu” yaradırlar, bunun əsasında Xalq Cəbhəsinin təşəbbüs qrupu yaradılıb. 1988-ci ilin oktyabr ayında Xalq Cəbhəsinin təşəbbüs qrupu “Varlıq” millətçi qrupu ilə birləşərək “Azərbaycan Xalq Cəbhəsi” partiyası yaranır. Daha ətraflı bax-Hayrapetyan T., “Azərbaycan Xalq Cəbhəsi” partiyasının yaranması və fəaliyyəti (1988-1990-cı illər), Şərqşünaslığın sualları, N7, 2014, S. 140-144.
[3] Mənbələrdə həm də Pənahlı soyadı ilə rast gəlir.
[4] Гребенников Е., Народный фронт азербайджана 1988-1989 гг.: Проблема объединения либерального и националистического направлений, Историческая и социально-образовательная мысль. Toм 8, N 5/2, 2016, с. 56-57; Обыкновенный геноцид, Геноцид длиною в век (книга первая), с. 39.
[5] Гребенников Е., Народный фронт азербайджана 1988- 1989 гг.: Проблема объединения либерального и националистического направлений, с. 56.
[6] Обыкновенный геноцид, Геноцид длиною в век: Бакинская трагедия в свидетельствах очевидцев (книга вторая), Ереван, Центр общественных связей и информации, 2017, с. 18, 24, 40, 176.
[7] Noble J., Kohn M., Danielle Systermans. Lonely Planet. Georgia, Armenia & Azerbaijan, 3rd Ed., London,
Lonely Planet, 2008, p. 296.
[8] Зверев А., Этнические конфликты на Кавказе, 1988-1994, Contested Borders in the Caucasus, ed. Bruno Coppieters, VUB University Press, 1996․
[9] Eyni yerdə.
[10] Гуров В., Вооруженные силы СССР в армяно-азербайджанском (Карабахском) вооружённом конфликте (1988-1991 гг.), Известия Самарского научного центра Российской академии наук, т. 14, N 3, 2012, с. 111-112.
[11] Обыкновенный геноцид, Геноцид длиною в век (книга первая), с. 60, 129, 161.
[12] Eyni yerdə, s. 22, 39, 57, 85, 159.
[13] 1989-cu ilin iyul ayında Azərbaycanda yaranmış Xalq Cəbhəsi Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlaya bilmədiyi üçün Sovet rejimini sərt şəkildə tənqid etdi. Müxalifətdən və onun tələblərindən Azərbaycanın Sovet rejimi Moskvaya təzyiq göstərməyə istifadə etdi. Зверев А., Этнические конфликты на Кавказе, 1988-1994.
[14] Обыкновенный геноцид, Геноцид длиною в век (книга первая), с. 13, 35, 98.
[15] Keller B., , Upheaval in the East Soviet Union: Force as a Last Resort: Armed Power Salvages Moscow Facing Authority, “The New York Times”, 28 January 1990.
[16] Corbachev M., On my Country and the World, Foreword by Taubman W., 20 th Anniversary Edition, United States of America, Columbia University Press, 2019, p. 96.
[17] Hazırda Türkmənbaşı.
[18] Bakı qırğınları barədə daha ətraflı bax-Mosesova İ., Hovnanyan A., Bakı qırğınları, rəsmi sənədlər, şahid ifadələri və digər materiallar, 1990-cı ilin yanvarın 13-19-da faciəli hadisələrə lazımi şərhlərlə, Yerevan, Narekatsi, 1992-ci il.
[19] Human Rights Watch/Helsinki, Conflict in the Soviet Union: Black January in Azerbaidzhan, p. 7, Mosesova İ., Hovnanyan A., Bakı qırğınları, s. 110, s. 188, s. 218. Обыкновенный геноцид, Геноцид длиною в век (книга первая), с. 152; Обыкновенный геноцид, Геноцид длиною в век (книга вторая), с. 13, 43.
[20] Müxtəlif məlumatlara görə, Bakının erməni əhalisinin hələk olanlarının sayı 150-400 nəfər idi. Мелик-Шахназаров А., Нагорный Карабах: факты против лжи. Информационно-идеологические аспекты нагорно-карабахского конфликта, Москва, Волшебный фонарь, 2009, с. 454; Mosesova İ., Hovnanyan A., Bakının qırğınları, s. 36. Stepanyan G. Bakı şəhərinin ermənilərinin tarixi (tarixi demoqrafik tədqiqat), Yerevan, Ermənistan Respublikasının Milli Elmlər Akademiyasının Tarix institutu, 2011, s. 514.
[21]Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçova görə, yanvarın 19-20-də Bakıda Xalq Cəbhəsi və sovet ordusunun toqquşması nəticəsində 83 azərbaycanlı öldürüldü. Corbachev M., On my Country and the World, p. 96: Azərbaycanın rəsmi məlumatlarına görə, 20 yanvar hadisələri nəticəsində 147 nəfər hələk olub.
[22] Управление делами Президента Азербайджанской Республики, Обращения, Заявления, Мероприятия, Президентская Библиотека, Доклад заместителя Председателя Верховного Совета Азербайджанской Республики Афияддина Джалилова от 18 января 1994 года, с. 54․