2025

İran mədəniyyəti hesabına Azərbaycan saxta mədəniyyəti. iranlı miniatürçü Kəmaləddin Behzadın azərbaycanlaşdırılması

Şəkildə Kəmaləddin Behzadın miniatürü- “Xavarnaq qalasının tikilişi”, 1495-1496-cı illərdə, Nizami Gəncevinin “İsgəndərnamə” poemasından

Azərbaycan saxta mədəniyyəti tamamlamaq üçün azərbaycanlı “ziyalılar” həm də uydurma “Azərbaycan miniatür rəssamlığı məktəbi” yaradırlar. “Milli bədii mədəniyyət” yaratmaq və tarixi formalaşdırmaq üçün iran miniatür ustası Kəmaləddin Behzad hədəfə alınıb, onun mirası azərbaycanlı tədiqatçılar Azərbaycan mədəniyyət tarixi kitablarında və dərsliklərdə təqdim edirlər. Əgər 12-ci əsri dövrün iranlı müəlliflərinin ədəbi irsini başlanğıc nöqtəsi kimi qəbul edərək “Azərbaycan ədəbiyyatının yüksəliş dövrü hesab edirlər”, onda İranın zəngin və qiymətli miniatür irsini mənimsəyərəq 16-cı əsri “Azərbaycan miniatür rəssamlığının yüksəliş” dövrü hesab edirlər.

İran incəsənət tarixində öz üslub xüsusiyyətləri ilə seçilən 14-cü əsrdə əsası qoyulan Təbriz məktəbi “Azərbaycan miniatür rəssamlığının məktəbi” kimi təqdim edilir. Qeyd etməyə dəyər ki, sahənin tədqiqatçıları erməni miniatür rəssamlığının Təbriz miniatür rəssamlığı məktəbinə olan təsirini əhəmiyyətli hesab edirlər.

Əlyazma kitab miniatür ustası, iranlı miniatürçü Kəmaləddin Behzad Heratda anadan olmuş və Teymuri Höseyn Bayqaranın hakimiyyəti dövründə (1470-1506-cı illər) fəaliyyət göstərmiş. 1486-cı ildə Herat kitabxanasının müdiri oldu. 1506-cı ildə Səfəvi Şah İsmayıl Heratı ələ keçirdiyində Behzad da Təbrizə köçür və şah kitabxanasının müdiri təyin olunur. Azərbaycanlı tədqiqatçılar Behzadı “azərbaycan miniatür rəssamlığının” görkəmli nümayəndəsi hesab edirlər, lakin Kəmaləddin Behzad iran rəssamlığına böyük töhfələr vermiş və özünəməxsus üslub məktəbi yaradan sənətkarlardan biri olmuşdur. Dövrün məşhur tarixçiləri onun ustalığı fars ədəbiyyatında rəssamlıq ustası Mani ilə müqayisə ediblər. Çoxsaylı əlyazma illüstrasiyaları və fərdi rəsmlər Kəmaləddin Behzada aid edilir, bunlar hazırda dünyanın nüfuzlu kitabxanalarında və muzeylərində saxlanılır. Bunlardan ən məşhuru 13-cü əsrin müəllifi Sədinin “Bustan”ın illüstrasiyalarıdır, Qahirədə-Milli Kitabxanada saxlanılır.

Telegram kanalımıza abunə olun