2025
2024-12-06
İran məktəblərində yerli xalqların ana dillərinin öyrətməyə icazəsini Türkiyənin və Azərbaycanın fəal iştirakı və himayəsi ilə bəzi millətçi dairələr tərəfindən istifadə edilir. Bu barədə Tehranın Xərəzmi, Əllamə Tabatabai universitetlərinin tədqiqatçıları və ekspert analitikləri danışıblar.
İranlı ziyalılara görə, ölkədə tarixi, mədəni, dini saxta və uydurma “faktlara” əsaslanan kitablar və məqalələr dərc olunur, beləliklə İranda yerli xalqlar üçün “tarix” və “ədəbiyyat” yaradırlar. Bu proseslər xüsusilə də atropatenalılar arasında həyata keçirilir. Bakı və Ankara, saxta mədəni kimliyi təbliğ etməkdən başqa, atropatenalıları İran mədəni ümumiliyindən və digər İran xalqlarından ayırırlar.
İranlı alimlərin öz narahatlıqlarını ifadə etdiyi işçi görüşü (2024-cü il, 27 noyabr, Tehran) İran İslam Respublikasının Konstitusiyasının 15-ci maddəsinə-tarixi və hüquqi məsələlərinin müzakirəsinə həsr olunmuşdu, həmin işçi görüşə alimlər, müxtəlif universitetlərin müəllimləri, ekspertlər və tələbələr iştirak edirdi. Qeyd edilən məqaləyə görə, “İran xalqının rəsmi dili və yazısı fars dilidir. Rəsmi sənədlər, mətnlər, dərsliklər həmin dil və yazı ilə olmalıdır. Lakin fars dilindən başqa, yerli və milli dillərin mətbuatda, publisistika sahəsində istifadəsi, məktəblərdə həmin dillərdə yaradılmış ədəbiyyatın öyrətməsi azaddır”.
Alimlərin və ekspertlərin iddia etdiyinə görə, Konstitusiyanın qeyd edilən maddəsini istifadə edərək bəzi dairələr gənclər arasında milliətçilik ideyalar yayırlar. Bu proseslər kənar müdaxiləsi və himayəsi ilə baş verir- xüsusilə də İranın azəri əhalisi və ya atropatenalılar arasında. Onların fikrincə, bazən bu məsələlərə səthi məna verilir, lakin hətta milli təhlükəsizliyi təhdid etməklə cəmiyyətdə dərin kök salır və bütün bunlar iranlıların milli-mədəni kimlik məsələlərinə daha çox diqqət yetirdiyi bir şəraitdə baş verir. Problemin həll etməsi üçün alimlər və ekspertlər fars dili və ədabiyyatı kafedrallarının və tədris mərkəzlərinin fəaliyyətinə yenidən baxılması və islah etməsi, çap olunan ədəbiyyatına saxta və qəsdən matrialların daxil edilməsinə dözümsüzlük məsələsini xüsusilə vurğuladılar.
Onların dediyinə görə, fars dili yerli dilləri birləşdirən və İran milli birliyini təmin edən vasitə olmağa davam etməlidir.
Alimlər İranın bütün xalqların milli kimliyini və hüquq bərabərliyini təmin edən İran İslam Respublikasının Konstitusiyasının 15-ci maddəsinin vacibliyini vurğulayaraq, çoxmillətli əhalisi olan qonşu dövlətlərin konstitusiyalarında (Azərbaycan, Türkiyə) “bir kimlik və bir millət” müddəasının təsbit edildiyini də xatırladıblar.
Mənbə. مرجعیتسازی جعلی فرهنگی، تمدنی، هویتی و تاریخی وحدت کشور را تهدید میکند – ایسنا