2025

Əkrəm Əylisli Azərbaycanda ermənilərə nifrətçilik siyasətinin qurbanı

Əkrəm Əylisli[1], “Daş yuxular”[2].“əgər zorakılıqla öldürülən hər erməni üçün bir şam yandırılsaydı, o şamların parıltısı ay işığından daha parlaq olardı. Ermənilər hər şeyə dözüblər, lakin onlar heç vaxt inanclarını dəyişməyə razı olmadılar. O insanlar əzab və zorakılıqdan yorulublar, lakin onlar kilsələrini tikməyi, kitab yazmağı, əllərini göyə qaldıraraq Tanrılarına dua etməyi heç vaxt dayandırmadılar”.

2012-ci ildə Rusiyada nəşr olunan «Дружба народов» jurnalında “Daş yuxular” romanının çap olunduğu Azərbaycanın xalq yazıçısı Əkrəm Əylisli üçün dönüş nöqtəsi oldu. Bakının[3] ermənilərin qırğınlarını, 1919-cu ildə Əylisdə türklər tərəfindən həyata keçirilmiş ermənilərin qırğınlarını təqdim edərək Əylisli azərbaycan hakimiyyətinin ermənilərə qarşı həyata keçirdiyi qətliam siyasətinin həqiqiliyini təsdiqlədi. H. Əliyəv tərəfindən Azərbaycan ali dövlət mükafatları “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmiş yazıçı romanının çap olunduğundan sonra xalq düşməni elan edildi, fəxri təqaüddən, dövlət mükafatlarından və titullarından məhrum edildi. Azərbaycan prezidenti İ. Əliyev bəyan etdi ki, roman “ölkə tarixini qaraladır” və Əkrəm Əyisliyə, onun ailəsinə qarşı dövlət tərəfindən dəstəklənən kampaniya başladı. Əylisli Azərbaycan Yazıçılar ittifaqından qovuldu, oğlu və arvadı işdən çıxarılıb. Yazıçının kitabları Bakıda, Gəncədə və Əylislidə, başqa yerlərdə yandrıldı. 2013-cü ilin yanvar ayında bir qrup gənc ölkəni tərk etmək tələbi ilə yazıçının evinin yaxınlığında onun fotolarını yandırıblar. “Yeni Azərbaycan” partiyasının fəalları Bakı küçələrində yazıçının kitabları nümayişkaranə şəkildə dəfn etdilər. Azərbaycan Yazıçılar İttifaqı Əylislinin vətəndaşlığından məhrum edilməsini tələb etdi. Roman Hətta Milli Məclisdə müzakirə olunub və yekdilliklə pislənilib, Milli Məclisinin sabiq sədri Oqtay Əsədov isə bəyan edib ki, yazıçını müdafiə edənlər şübhəli mənşəlidir. Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Mahmud Kərimova görə, Əyislinin kitabı Azərbaycan xalqını alçaldır. Hətta Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazade yazıçının əleyhinə danışdı, onu xain, mürtəd, bidətçi adlandırıb. İqtidaryönlü “Müasir Müsavat” partiyası Əylislinin sağ qulağını kəsən şəxsə 10 min manat mükafat təyin edib...

Əylisliyə qarşı dövlət səviyyəsində qızışdırılan bu vəhşiliklər təkcə yazıçıya deyil, həm də erməni xalqına nifrət doğurdu. Bəzi deputatlar nifrət və irqçiliklərini gizlətmədən yazıçını “erməni” adlandırıblar. 2013-cü ildə parlamentdə Milli Məclisin deputatı Nizami Cəfərov bəyan etdi. “Mənim fikrimcə Əkrəm Əylisli Azərbaycan vətəndaşlığından məhrum edilməlidir. Getsin hansısa erməni kilsəsində vəzir kimi xidmət etsin”.

Əkrəm Əylisli Macarıstan Ramil Səfərovu Azərbaycana yeni ekstradisiya etdiyi bir vaxtda romanını çap etdirmək qərarına gəlib. Səfərovun qəhrəmanlaşdırdığı fonunda Ermənilərə qarşı nifrətçilik daha da dərinləşdi. Əylisli yazır. “sərsəm reaksiyanı və ermənilərlə azərbaycanlılar arasında sərhəd tanımadan düşmənçiliyinin qəsdən alovlandığını görəndə romanı nəşr etmək qərarına gəldim”.

Bir qrup rus yazıçılar, digər rus və beynəlxalq media, təşkilatlar Əylislini müdafiə etdilər.

Lakin yazıçıya qarşı tətbiq olunan təqiblər davamlı idi. 2016-cı ildə Azərbaycan Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə Ə. Əylisliyə qarşı xuliqanlığa görə cinayət işi açılıb. Yazıçı Bakı Hava Limanında 35 yaşlı əməkdaşını döyməkdə ittiham olunur. Bu hadisə onun ölkədən çıxışına qadağa qoyulmasına səbəb olub. Yazıçını susdurmaq üçün növbəti yolu idi. Əylisli məcburən şəxsən prezident İ. Əliyevə müraciət etdi, ona qarşı cinayət təqiblərinə son qoymağa çağıraraq əlavə etdi. “hakimiyyətin siyasəti bu qədər qüsursuz olsaydı, kiçik bir ədəbi əsər bütöv bir ölkənin həyatına təsir edə bilməzdi”.

Ə. Əylisliyə tətbiq edilən təqiblər bir daha sübut edir ki, ermənilərə nifrətçilik Azərbaycan dövlət siyasətinin bir hissəsidir, erməni öldürməsi milli qəhrəman adına layiqdir. Qonşu ölkədə bütün bunların o qədər dərin kökləri var ki, üsyan hətta H. Əliyev tərəfindən dövlət mükafatlarına layiq görülmüş xalq yazıçına bağışlanmadı. Ermənilərə qarşı nifrətçiliyini dərinləşdirərək, əliyev rejimi reallıqla üzləşməyə (əsl tarixini təqdim etmək) cəsarət edən hər kəsi düşmən hesab edir.

[1] Azərbaycan xalq Yazıçısı Əkrəm Əylisli 1937-ci ildə Naxçıvanın Əylis kəndində anadan olub. 1962-ci ildən bir sıra qəzet və jurnalların redaktoru olub, 1988-1989-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir, bir sıra dövlət mükafatları və titullarına layiq görülmüşdür.

[2] Əkrəm Əylisli, “Daş Yuxular”, Yerevan, 2013-cü il, s. 181.

[3] Romanın əsas hadisələri Bakıda yaşanır, 1988-1990-cı illər.

Telegram kanalımıza abunə olun