2025

Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi fonunda Əliyevin “tarixi vətəninə” qayıtmaq illüziyaları

Azərbaycanda, xüsusilə də 2020-ci il 44 günlük müharibəsindən sonra, qondarma “Qərbi Azərbaycan” narativi olduqca çox dövriyyəyə buraxılır. Belə çıxış aydın məzmuna malikdir, bunu Azərbaycan dairələri gizlətməyə belə cəhd etmirlər. “Qərbi Azərbaycan” termini Ermənistan Respublikasının suveren ərazisini nəzərdə tutur, yuxarıdakının ərazi-inzibati vahidlərinə Bakı tərəfindən saxta və uydurma adlar verilir, bunların tarixi reallıqla heç bir əlaqəsi olmadığı aydındır. Azərbaycan KİV tərəfindən dövriyyəyə buraxılan hər hansı bir məlumat və ya təhlil dövlət nəzarətinin verdiyi “həqiqatı” daşıyır, yuxarıdakının müəllifi məhz Azərbaycanın diktatura rejimidir.

Xüsusilə də son iki il ərzində israrla yayılan Azərbaycan saxta tezisləri öz uzunmüddətli məqsədlərini güdürlər. İlk növbədə söhbət “Qərbi Azərbaycan-a Ermənistanı tərk edən azərbaycanlıların qayıdışından gedir. Prezident Əliyevin dediyinə görə, Ermənistanın indiki ərazisi Azərbaycan ərazisidir və azərbaycanlıları sözdə “tarixi vətəninə” qayıdış hüququnu təmin etməlidir.

Həmin saxta tezisləri həm də beynəlxalq ictimaiyyəti çərçivəsində yaymağa cəhd edilir, “Qərbi Azərbaycan” mövzusu ilə təkcə Azərbaycanda deyil, müxtəlif ölkələrdə də sərgilər və tədbirlər təşkil edirlər.

Azərbaycan bu uydurma ideyalarının həyata keçirilməsi üçün böyük maliyyə vəsaiti xərcləyir. Bundan başqa, bu günlərdə Azərbaycanın parlamentində “Qərbi Azərbaycan”a qayıdışla bağlı təşəbbüs qrupu yaradılıb.

Hələ 2024-cü il may ayının 1-də Bakıda “Qərbi Azərbaycan” adlı televiziya şirkəti açıldı, yuxarıdakının əsas məqsədi daha geniş təbliğat aparmasıdır. “Qərbi Azərbaycan icması”nın rəhbəri Əziz Ələkbərli Televiziya şirkətinin açılış mərasimində bildirib ki, “Qərbi Azərbaycan Televiziya şirkəti son 200 ildə öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətlə qayıtması, həm də Azərbaycan xalqının irsi haqqında həqiqətləri çatdırmaq üçün həyata keçirilən tədbirlərini yaxından dəstəkləyir”.

2023-cü il oktyabr ayında Bakı dövlət universitetində “Qərbi Azərbaycan” araşdırmalar mərkəzi açılıb, həmin mərkəzin yaradılmasına Azərbaycan prezidenti İlham Əliyevin “Qərbi Azərbaycana” qayıtmaqla bağlı ifadə etdiyi fikirləri və ideyaları əsas olub. Universitetin açıqlamasında bildirilir. “mərkəzin fəaliyyətinə beynəlxalq konfransların, elmi seminarların, debatların keçirilməsi, kitabların nəşri və “Qərbi Azərbaycan İcması” ilə intensiv əlaqələrin təmin edilməsi daxildir”.

Hələ 2022-ci il dekabr ayının 24-də Azərbaycan prezidenti İlham Əliyev “Qərbi Azərbaycan İcması”nın inzibati binasına səfər etdiyində bildirib. “Qarabağdan deportasiya olunanlar artıq öz torpaqlarına qayıdırlar. əminəm ki, gün gələcək, Qərbi Azərbaycandan olan Soydaşlarımız, onların qohumları, övladları, nəvələri tarixi torpağımıza- Qərbi Azərbaycana qayıdacaqlar”.

Azərbaycanlıların Ermənistana qayıdış konsepsiyası Azərbaycan yüksək rütbəli rəsmiləri tərəfindən həm də beynəlxalq ictimaiyyət arasında müzakirə olunur. Rəsmi Bakı tərəfindən bütün bunlar Ermənistan hakimiyyəti və beynəlxalq ictimaiyyəti tərəfindən Artsaxdan deportasiya edilmiş ermənilərin öz vətəninə qayıdış mövzusunun bağlanmasına həyata keçirilir.

Lakin, beynəlxalq ictimaiyyət başa düşür ki, bu iki məsələni bir-birinə bağlamaq məntiqsizdir. Belə ki, aylar əvvəl Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə artıq sabiq xüsusi nümayəndəsi Toivo Klaar həm məcburi köçkün ermənilərin Artsaxa qayıdışından, həm də 1990-cı illərdə Azərbaycanın müxtəlif şəhərlərindən minlərlə erməninin deportasiya edilməsindən danışaraq, qeyd edib. “bəzən bu kontekstdə başqa məsələlər də qaldırılır, sözdə “Qərbi Azərbaycan” məsələsi kimi. Mənim üçün bunlar tamamilə fərqli məsələlərdir, onları qarışdırmaq olmaz. Birincisi, Qarabağ ermənilərinin öz ata-baba yurdlarına qayıdışına töhfə verməsidir, bu Azərbaycanın öhdəliyidir. İkincisi, Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Bakıda yaşamış ermənilərin və ya Ermənistanda yaşamış azərbaycanlıların məsələsidir. Təbii ki, özlərinin və ya ailələrinin yaşadıqları yerləri ziyarət edə bilməlidirlər, istədiyi halda isə, ora qayıda biməlidirlər, bu da tənzimləmənin nəticəsi olmalıdır, lakin bu bambaşqa məsələdir”.

Fakt odur ki, Ermənistan Respublikasının suveren ərazisini öz “tarixi vətəni” hesab edən Azərbaycana hətta indiki ərazisi də tarixi vətən sayıla bilməz. Bakının əsassız və uydurma saxta təbliğatı zəngin tarixi-coğrafi bazaya malik olan anti-təbliğatla üzləşməlidir, beləliklə, yalnız İlham Əliyevin xəyallarında və illüziyalarında qalsın.

Diqqətəlayiqdir ki, bütün bunlar Bakı İrəvanla münasibətlərin nizamlanması və sülhün bərqərar olmasına yönəlmiş danışıqlar prosesində həyata keçirir.

Telegram kanalımıza abunə olun