2025

Sistemli anti-fransız təbliğatı Azərbaycanda

2024-12-03

Son illər ərzində, Ermənistan-Fransa münasibətlərinin iknkişafı və Fransanın Azərbaycanı açıq şəkildə tənqid etməsi ilə əlaqədar Bakı müxtəlif platformalarda Parisə qarşı təbliğat kampaniyası aparır. Çox qatlıdır və iki əsas məzmun istiqamətinə malikdir.

  • Ermənistan-Fransa münasibətlərinin hədəflənməsi və Fransanı Cənubi Qafqazda qeyri-sabitliyi qızışdırmaqda ittiham etməsi.
  • Fransa adresinə müstəmləkəçilik siyasəti və insan hüquqlarının pozulması ittihamları.

Ant-fransız təbliğatı ən yüksək dövlət səviyyəsində və aydın planla həyata keçirilir, bunu əsas səbəbi Cənubi Qafqazda Fransanın apardığı siyasətidir. Bu çərçivədə Azərbaycan Parisə qarşı aşağıdakı təbliğat tezislərini yayır (1, 2, 3, 4).

  • “Fransa Ermənistanı silahlandırır və Azərbaycana qarşı təxribata hazırladır.
  • Fransa Cənubi Qafqazda sabitliyi pozur.
  • Paris beynəlxalq qurumlarda Azərbaycana qarşı fəaliyyət göstərir”.

 Növbəti istiqamət sözdə “Fransanın müstəmləkəçillik siyasətinə mübarizədir”. Bu durumda Azərbaycan həm də “Qoşulmama” hərəkatına öz sədirliyindən istifadə edib.

2023-cü ilin iyul ayında Bakıda “Qoşulmama” Hərəkatının Koordinasiya Bürosunun nazirlər toplantısı çərçivəsində “Müstəmləkəçiliyin tam aradan qaldırılması istiqamətində” adlı tədbir təşkil olundu, həmin tədbirdə “Fransanın müstəmləkəçilik siyasətinə qarşı mübarizəsinin Bakı təşəbbüs qrupunun yaradılması” barədə elan edilib. Yarandığı gündən qrup Fransa əleyhinə müxtəlif tədbirlərin təşkili ilə məşğul olub, həmin tədbirlərə Fransanın dəniz kənarındakı ərazilərinin nümayəndələri, Afrika ölkələrinin müxtəlif fəal hərəkatları, dövlət strukturlarının nümayəndələri daxil olur.

Azərbaycan prezidenti İlham Əliyev də xüsusilə Afrika ölkələrinin nümayəndələri ilə görüşlərində çıxışı gündəliyinə neokolonializm mövzusunu daxil edib. 2024-cü il aprel ayında Konqo Respublikasının prezidenti ilə görüş zamanı Əliyev elan edib.“qoşulmama Hərəkatına sədirliyimiz dövründə neokolonializmlə mübarizə prioritetlərimizdən biri idi. Bu sahə xarici siyasətimizin sahələri arasında xüsusi əhəmiyyət kəsb edir”.

“Neokolonializmdən” başqa Azərbaycan insan haqlarının pozulmasında da Fransanı ittiham edir, o halda ki, Bakı bu istiqamətdə beynəlxalq institutların təsnifat cədvəllərində sonuncu pillələrdə yer tutur.

Əslində, Fransanın Azərbaycana qarşı ədalətli mövqeyindən qəzəblənmiş Bakı Fransaya müxtəlif ocaqlarda problemlər yaratmaq üçün xeyli vəsait yatırır. Həmin siyasətdə Azərbaycan özünü “işğal altında əziyyət çəkmiş”, “azadlığa can atan xalqlara dəstəkləmək” istəyən və bu soruda “qabaqcıl” kimi təqdim edir. Azərbaycan o qədər uzağa gedib ki, mətbuatda təbliğat çərçivəsindən çıxıb, həm də əməli addımlar atır, məsələn-etiraz aksiyaların qızışdırılması.

Diqqətəlayiqdir ki, Niderland tərəfindən erməni hərbi əsirləri azad etmək çağırışları fonunda, eyni prinsiplə Azərbaycanda anti-Niderland təbliğatı aktivləşib.

Telegram kanalımıza abunə olun