2025

Azərbaycan SOCAR-ın və dövlət mediasının Gürcüstanda keçirilən seçkilərə müdaxiləsi

2024-11-29

Gürücüstanda 2024-cü ilin parlament seçkiləri zamanı Marneulidə yerləşən seçki dairələrindən birində seçki qutusuna bülletenlərin atılması faktı qeydə alınıb. Bir neçə gün sonra ölkənin DİN-i iki şəxsin həbs edilməsi barədə bəyan edib, onlardan biri milliyyətcə azərbaycanlı, yerli özünüidarə orqanında “Gürcü arzusu”nun nümayəndəsi Rövşən İsgəndərov idi. Mərkəzi Seçki komisiyasının həmin seçki məntəqəsinin səslərini ləğv etdiyinə baxmayaraq, hakim “Gürcü arzusu” partiyası azərbaycanlıların yaşadığı rayonda səslərin böyük əksəriyyətini alıb.

Ənənəvi olaraq, Gürcüstan milli azlıqların nümayəndələri əsasən hakim gücə səs verirlər. Lakin digər milli azlıqlardan fərqli olaraq, azərbaycanlıların yaşadığı rayonlarda həmişə istər Azərbaycanın hökumət çərçivəsi, istərsə də Gürcüstanın ən böyük sərmayədarı olan dövlət neft şirkəti SOCAR müdaxilə edir. Qeyd etməyə dəyər ki, son illər ərzində Gürcüstanda keçirilmiş bütün seçki proseslərində və təşviqat dövrlərində azərbaycan tərəfinin iştirakı hakim partiya üçün əhəmiyyətli idi. Müxalifət öz növbəsində, həmin elektoratı öz ətrafında səfərbər etməyə çalışıb. 2024-cü ildə parlament seçkilərindən əvvəl Gürcüstanın keçmiş prezidenti, müxalif, “Vahid Milli Hərəkat” partiyasının qurucusu Mixail Saakaşvili ölkədəki milli azlıqlara, o cümlədən azərbaycanlılara müraciət etmişdir. O heç nədən qorxmamağa və 5 nömrəyə səs verməyə çağırıb. Saakaşvili demişdi.“Sizin səsinizin əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək deyənlərə inanmayın”.

Seçki qutusuna bülletenlərin atılması faktı ilə bağlı ölkə başçısı Salome Zurabişvili bəyan edib ki, “seçkiləri saxtalaşdırmaq üçün milli azlıqdan istifadə etmək ayıbdır”. Diqqətəlayiqdir ki, 2018-ci ildə keçirilmiş prezident seçkilərində Azərbaycanın vasitəçiliyi ilə yerli milli azlıq məhz Zurabişviliyə dəstək verib.

Son dövrdə Gürcüstanda keçirilmiş demək olar ki, bütün seçki proseslərində Azərbaycan,  xüsusilə SOCAR şirkətinin vasitəçiliyi ilə həm hökumətyönlü nümayəndələrin irəli sürülməsi prosesinə, həm də təşviqat zamanı hökumət namizədlərinin dəstəklənməsinə cəlb olduğu barədə müzakirələr fəallaşır.

Azərbaycan dövlət mediası müxalifət namizədlərinə istinad etmədən 2024-cü ildə keçirilmiş Gürcüstan parlament seçkilərində hakim partiya sıralarına daxil olan azərbaycanlı deputatları fəal şəkildə işıqladırırdılar “Gürcü arzusu”nun azərbaycanlı deputatlarının seçkiqabağı kampaniyaları Azərbaycanın Azərtac xəbər agentliyi yerindəcə işıqlandırırdı. Verilişlərin birində “Gürcü arzusu”na səs vermək üçün açıq çağırış olub. Gürcüstanda azərbaycanlı hüquq müdafiəçiləri və müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvləri Gürcüstanda keçirilən seçkilərə müdaxiləsi üçün Azərbaycanı ittiham edərək bu mövzunu qaldırdılar.

Gürcüstanda belə hadisələr yeni bir şey deyil. Son illər ərzində Azərbaycan tərəfi media, SOCAR və ya digər nüfuzlu şəxslər vasitəsilə etnik azərbaycanlıları həmişə hakim gücə dəstək olmağa istiqamətləndirib.

Gürcüstanda yaşayan azərbaycanlı analitik Kəmrən Səmədov qeyd edib ki, “Vahid Milli Hərəkatı” daha yaxşı nəzarətə malik idi və xarici yardıma ehtiyacı yox idi.

Əslində, Azərbaycanın Kvemo-Kartlidə keçirilmiş seçkilərdə dolayı rolu var. 2016-cı ildə parlament seçkiləri zamanı  “Vahid Milli Hərəkatı”nın namizədi Əhməd İmamquliyev idi, “Gürcü arzusu” partiyasının namizədi isə, Tamaz Naveriani idi. Seçkilərin birinci mərhələsindən sonra, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri, eləcə də həmin ölkənin hökumətinin üzvülərindən biri Marneuliyə səfər ediblər, yerli əhali ilə görüşüblər. O zaman Naveriani öz Facebook səhifəsində yazıb ki, həmin səfər onu sübüt edir ki, yuxarıdakılar ona və “Gürcü arzususna” dəstəkləyirlər. Səfirin və nazirin səfərindən sonra, yerli azərbaycanlılarla həm də “SOCAR”ın nümayəndələri görüşüblər.

2018-ci ilin prezident seçkiləri ərəfəsində də belə bir hal qeydə alınıb. O vaxt “Gürcü arzusu” hazırki prezident Salome Zurabişvilini dəstəkləyirdi, “Vahid Milli Hərəkatı”nın namizədi isə Qriqol Vaşadze idi. Seçkilərə 5 gün qalmış Azərbaycan SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Gürcü arzusunun” əksər deputatlarının müşayiəti ilə Marneuliyə səfər etmişdir. O zaman müxalifət nümayəndələri Azərbaycan tərəfinin 2016-cı ildə olduğu kimi seçki prosesinə cəlb oluna biləcəyindən ehtiyat etdiklərini bəyan etmişdilər.

2019-cu ilin aprel ayında Yerli özünüidarə seçkilərinə 1 ay qalmış Azərbaycan və Gürcüstan hökumətinin üzvləri, Azərbaycanın Gürcüstandakı səfiri Marneuliyə səfər etmişdilər. Tədbir “inteqrasiya mərkəzi”nin açılışı idi, lakin bir neçə gündən sonra, azərbaycan mediası Marneuli meri vəzifəsində Zaur Darğalını dəstək etməsi ilə bağlı nəşr yaydı. Azərbaycan tərəfi seçkilərdə cəlb olunduğu barədə iddialarını inkar etmişdir, lakin yerli fəallar vurğulayırdılar ki, Bakının seçkilərə daxil olması həmin dövrdə Gürcüstan sisteminin bir hissəsinə çevrilib.

Rövnəq Abdullayev də “Gürcü arzusu” nümayəndələri ilə 2020-ci ilin parlament seçkilərinə 10 gün qalmış Marneulidə idi. Bu dəfəki rəsmi açıqlama qazlaşdırma layihələri ilə tanışlıq idi. 2021-ci ilin yerli özünüidarə seçkilərinə günlər qalmış Abdullayev, Gürcüstanın o zamankı baş naziri İrakli Qaribaşvili ilə birlikdə Marneulinin kəndlərindən birində idman kompleksinin açılış mərasimində iştirak edirdilər. Burada Qaribaşvili vurğulayıbdır ki, “Azərbaycan təkcə qonşu ölkə deyil, azərbaycanlılar qardaşlarımızdır və bizim əla münasibətlərimiz var. Biz strateji tərəfdaşlarıq, bir çox layihələr həyata keçiririk”.

İ. Qaribaşvili səmərəli əməkdaşlığa görə SOCAR-a təşəkkürünü bildirib.

Diqqətə layiqdir ki, qeyd olunan bütün görüşlər, rəsmi dəqiqləşdirmələri ilə yanaşı məhz seçkiqabağı dövründə həyata keçirilmişdir.

Gürcüstanda SOCAR-ın dəstəyi ilə yeni infrastrukturların istismarı, layihələrlə tanışlıq da seçki prosesləri ilə üst-üstə düşüb.

Telegram kanalımıza abunə olun