2025
«Сборник материалов для описания местностей и племен Кавказа» dövri mətbuatının 1893-cü ilin sayında[1] Yelizavetpol quberniyasının Cavanşir qəzasının Kasapet kəndinin məktəbinin nəzarətçisi G. Osipov qəzanın Bərdə kəndi barədə məqalə yazmış.
Məqalə müəllifinə görə, kəndin Bərdə adı əhali arasında “bir-də” olaraq izah edilir, yəni “bir daha, yenə, yenə də”. Ondan sonra müəllif “tarixi abidələr, Bərdənin dağıdılması barədə əfsanə” başlığı altında onun keçmişdə Partav[2] adlandığını qeyd edir. Bununla da yaşayış məntəqəsinin türk mənşəli olduğunu inkar edilir.
G. Osipov eləcə də qeyd edir ki, şəhər Alban krallığın paytaxtı idi. Qədim şəhərin qalıqlarından “imam” adlanan dua yeri qeyd olunur. O yazır ki, yerli ermənilərin dediklərinə görə, “İmam” kilsə idi, lakin tatarlar onu məscidə çeviriblər, yazıları və daxili divarların üzərindəki müqəddəslərin təsvirləri məhv ediblər. Müəllif qeyd edir ki, tatarların Pənəh xan tərəfindən İrandan köçürülən müqəddəs İmam Əlinin oğlunun qalıqları buarada olduğu haqqında dediklərinə baxmayaraq İmam məscidin daxili quruluşu və memarlığı ilə qədim erməni kilsəsinə bənzəyir. Onların dediklərinə görə, məscid dəfn olunmuş qalıqların yerində tikilmişdir.
Bu faktlar da Partavda erməni izinin mövcud olduğunu sübut edirlər.
Hazırda da Bərdə adlanır. Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati mərkəzidir.
[1] Сборник материалов для описания местностей и племен Кавказа dövri nəşri, 1893-cü il, 17-ci sayı.
[2] Redaktor-701-ci ildə Ərəb xilafətinin Arminia inzibati vahidi yaradılmışdır (Ermənistan, Virk (İberiya çarlığı), Albaniya, Xəzərönü), yuxarıdakının mərkəzi əvvəldən Dvin, 8-ci əsrin sonlarından isə Partav idi.