2025
2024-11-26
Sovet dövrü tarixinin tədqiqatçıları üçün SSRİ tərkibində Sovet İttifaqı respublikaları və SSRİ konstitusiyasında nəzərdə tutulmuş digər milli-ərazi vahidlərinin statusu məsələsi aktual olmağa davam edir. Məsələnin aktuallığı həm də beynəlxalq ictimaiyyəti tərəfindən Dağlıq Qarabağın (Artsax) erməni əhalisinin öz müqəddəratını təyinetmə hüququnun tam tanımaması ilə əlaqədardır.
Dağlıq Qarabağ Muxtar Vilayətinin elan edildiyində bölgədə demək olar ki, yalnız ermənilər (90 faizdən çox) yaşayırdı və Artsax erməniləri sovet dövründə vilayətin muxtariyyət statusundan istifadə etdi, bu təkcə partiya və sovet icra hakimiyyəti orqanlarının qərarları ilə deyil, həm də Sovet Azərbaycan tərəfindən təsdiq edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 1924-cü il konstitusiyasında (nizamnamə) rəsmi şəkildə təsbit edilmişdir.
1917-ci ildə Rusiya imperiyasının dağılmasından sonra, Dağlıq Qarabağ (aydın sərhədləri olmadan) “de-fakto suveren dövlət vahidi kimi təmsil edilirdi[1]” və milli idarəetmə orqanları tərəfindən idarə olunurdu. 1920-ci ildə regionun sovetləşdirilməsindən sonra, bölgə partiya rəhbərliyi orqanının- Rusiya Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun 2021-ci il iyul ayının 5-də qəbul edilmiş qərarı ilə Dağlıq Qarabağ Sovet Azərbaycanın tərkibində qalıb və ona “geniş vilayət muxtariyyət”[2] verilir. Sonradan bölgəni Azərbaycan SSR digər inzibati ərazi vahidlərinə daxil etmək üçün Sovet Azərbaycanın hakimiyyəti qərarı icra etməyə tələsmirdi. Azərbaycan Kommunist (bolşevik) Partiyasının təşkilat bürosu və siyasi bürosunun 1921-ci ilin sentyabr ayının 26-da MK-nın katibinin Sergey Kirovun sədirliyi ilə keçirilən iclasında qərar verilir. “Qafqaz Bürosundan Dağlıq Qarabağı ayırmaq qərarına yenidən baxmağı və o vaxta qədər muxtariyyəti ayırmamağı xahiş etmək”[3]. Lakin Ermənistan SSR-nın və Zaqafqaziya Federasiyasının faktiki sədri, Zaqafqaziya Ölkə Komitəsinin katibi Aleksandr Myasnikyanın davamlı və ardıcıl səyləri sayəsində Sovet Azərbaycanın hakimiyyəti iki illik inadkar müqavimətdən sonra, geri çəkilməyə məcbur oldu və Dağlıq Qarabağa muxtariyyət verdi. 1923-cü ilin iyul ayının 1-də Azərbaycanın Kommunist (bolşevik) Partiyasının mərkəzi komitəsinin sədrliyi Sovet Azərbaycanın Mərkəzi İcraiyyə Komitəsinə Dağlıq Qarabağın muxtariyyətinin elan edilməsini və “Qarabağ Muxtar Vilayətinin”[4] yaratmasını təklif edir. İyul ayının 4-də Azərbaycan Mərkəzi İcraat komitəsinin sədrliyi müvafiq qərar qəbul edir, bunun nəticəsində də 1923-cü ilin iyul ayının 7-də “Dağlıq Qarabağ Muxtar Vilayəti” (DQMV, rus dilində «Автономная область Нагорного Карабаха» (АОНК))[5] yaradılması haqqında Azərbaycan Mərkəzi İcraat Komitəsinin fərmanı dərc olunur. Fərmanda qeyd edilir. “Dağlıq Qarabağın erməni hissəsindən Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi olaraq muxtar vilayət yaratmaq...”. Vilayətin nizamnaməni hazırlamaq, onun inzibati vahidlərini faktiki təhvil vermək, muxtar vilayətinin sərhədlərini müəyyən etmək üçün xüsusi komissiya yaradılacaq.
Dağlıq Qarabağ, Muxtar Vilayət olaraq ayrılması, ərazisini və inzibati sərhədlərini müəyyən edilməsi prosesinə paralel olaraq Dağlıq Qarabağ Müxtar Vilayətinin konstitusiyanın hazırlanma işləri həyata keçirildi. Xüsusi komissiyası tərəfindən hazırlanan konstitusiya Azərbaycanın Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin sədrliyinin 1924-cü ilin iyul ayının 3-də keçirilən iclasında təsdiqləndi. Azərbaycanın Mərkəzi İcraiyyə Komitəsinə “tez bir zamanda layihəni sovet qaydasında həyata keçirdiyini və Konstitusiyanı türk, erməni və rus dillərində dərc etməyi”[6] təklif edildi. Beləliklə, “Muxtar Vilayəti Dağlıq Qarabağın Konstitusiyası” elan edilir.
Dağlıq Qarabağ Muxtar Vilayətinin konstitusiyası 4 bölmdən (17 maddə) ibarət idi. Konstitusiyaya görə, Muxtar Dağlıq Qarabağda kargüzarlıq, məktəblərdə təhsil, məhkəmə prosesi ana dilində aparılırdı və Muxtar Dağlıq Qarabağ Azərbaycan Sovet Sosialist Respublikasının bütün qurumlarında müqayisəli şəkildə iştirak edirdi. Vilayətə daxil olan əyalətləri, şəhərləri və kəndləri, yəni- inzibati-ərazi sərhədləri müəyyən edilir. Vilayətin rəhbər orqanları, şuraların qurultayı, Mərkəzi İcraiyyə Komitəsi, Yerli qurultayı idi. Xalq Komissarlığı da seçilirdi, vilayətin idarəçiliyini həyata keçirirdi. Muxtar Vilayətin Xalq Komissarlığını və hakimiyyətin yerli orqanlarının quruluşunu təsdiqlənirdi.
Dağlıq Qarabağ Muxtar Vilayətinin Konstitusiyası ilə müəyyən edilmiş bütün Sovet dövründə qorunan muxtar vilayəti statusu Artsax ermənilərə sovet illər ərzində Azərbaycan təxribatlarına və milli ayrı-seçkilik siyasətinə müqavimət göstərmək, öz doğma torpaqlarını tərk etməmək imkanı verdi. Məhz bunun sayəsində idi ki, bölgənin erməniləri 1991-ci ilin sentyabr ayının 2-də “beynəlxalq hüququn bütün normalarına və SSRİ-nin mövcud qanunlarına uyğun olaraq öz müqəddəratını təyin etmə hüququndan istifadə etdilər”[7].
Beləliklə SSRİ-nin tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin Sovet Azərbaycan tərəfindən təsdiqlənmiş Konstitusiyası, bununla tanınmış muxtariyyəti, təsdiqlənmiş inzibati-ərazi sərhədləri, ali və yerli hökumətin qanunverici və icraedici orqanları var idi. Dağlıq Qarabağ Muxtar Vilayətinin konstitusiyası rəsmi olaraq Sovet Azərbaycanın hakimiyyəti tərəfindən qanunsuz ləğv edildiyinə, 1929-cu ilə qədər qüvvədə idi.
[1] Манасян А., Карабахский конфликт: Ключевые понятия и хроника, Е., 2005, с. 161.
[2] Нагорный Карабах в 1918–1923 гг.: Сборник документов и материалов, отв. ред. В.А. Микаелян,Е., 1992, с. 650.
[3] К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР․ 1918-1925: Документы и материалы. Баку, 1989, с. 96-97.
[4] Eyni yerdə, s. 149-150:
[5] 1936-cı ildə qəbul edilmiş SSRİ-nin yeni konstitusiyası ilə vilayətin adı «АОНК»-dan «НКАО»-in «Нагорно-Карабахская автономная область»-ə dəyişdirildi.
[6] К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР․ 1918-1925: Документы и материалы. Баку, 1989, с.248-249․
[7] Мелконян А.А., Хачатрян К.Г., Крючков И.В. Проблемы советского национально-государственного строительства (историко-критический анализ на примере Армении) // Oriental Studies, 2023, т. 16, № 2, с. 348.