2025
Azərbaycanda müxalif fikirli insanlar daim təqiblərə məruz qalırlar. Hazırda Bakı hakimiyyəti tərəfindən aparılan siyasəti nəticəsində həmin şəxslər Azərbaycanda qalaraq ya dəmir barmaqlıqlar arxasına düşür, ya öldürülür, ya da ölkəni tərk etməyə məcbur edilir (xaricdə məskunlaşır). Bu siyasəti əliyev ailəsi hakimiyyətə gəlişinin məhz ilk illərində qəbul etdi, daha qəti şəkildə isə İlham Əliyevin hakimiyyəti dövründə həyata keçirilməyə davam edir.
Hələ 2005-ci ildə “Monitor” jurnalının təsisçisi və redaktoru Elmar Hüseynov yaşadığı evinin qarşısında qətlə yetirilib. Hasdisədən sonra, prezident İlham Əliyevin bu qətli dövlətin imicinə vurulan “qara ləkə” adlandırdığına və cinayətin tez bir zamanda üstünü açılması və günahkarları cəzalandırmaq üçün hər şeyin ediləcəyini bildirməsinə baxmayaraq bu istiqamətdə ciddi addımlar atılmayıb. İstintaq jurnalistin qətlində iki Gürcüstan vətəndaşını ittiham edib, lakin qətlin səbəbləri ilə bağl heç nə aşkarlanmadı. Fəalların dediyinə görə, qətlin səbəbi Hüseynovun peşəkar fəaliyyəti ola bilər, yuxarıdakı hakimiyyətə qarşı tənqidi münasibəti ilə tanınırdı.
Qeyd edək ki, Hüseynov hələ 1995-ci ildən etibarən jurnalist fəaliyyəti ilə məşğul olmağa başlamış. Yuxarıdakının qətlindən sonra arvadı və azyaşlı uşağı Norveçə mühacirət etmişdi.
Digər bir siyasi fəal Tofiq Yaqublu 1992-ci ildən “Müsavat” partiyasının üzvüdür. Onun siyasi fəallığı müxtəlif vaxtlarda hakimiyyətin diqqət mərkəzində olmasına səbəb olub. Hələ 2013-cü ildə Yaqublu Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə təqsirli bilinib, ondan sonra 5 il azadlıqdan məhrum olunub. 2016-cı ildə İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə həbsdən azad edilib.
Tofiq Yaqublunun vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş əks-səda doğurdu. 2021-ci il dekabrın 1-də Səbail rayonunda Yaqublu yürüşdə iştirak edib, həbsdə olan və aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə təşkil olunub. Fəal Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən döyülərək fiziki və mənəvi təzyiqlərə məruz qalıb, bu da ictimaiyyətdə böyük əks-səda tapdı. Öz müsahibələrindən birində müxalifətçi qeyd edib ki, tutulduqdan sonra polis bölməsinə aparıblar və vəhşicəsinə döyməyə davam ediblər. Hadisədən sonra fiziki zorakılığa məruz qalan müxalifətçinin Tofiq Yaqublunun fotoları (bunlar sübut edir ki, müxalifət xadimi fiziki zorakılığa məruz qalıb) sosial şəbəkələrdə fəal şəkildə yayılmağa başlasa da Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublunun döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır.
Fransada məskunlaşan Azərbaycanın digər bir müxalifətçisi Vidadi İsgəndərli 2024-cü ilin sentyabr ayında öz yaşadığı evində qətlə yetirilib. Evinə üç maskalı şəxs daxil olaraq onu bıçaqlayıblar.
İsgəndərli uzun illər ədliyyə orqanlarında çalışıb, daha sonra isə Azərbaycanda “Demokratiyanın Müdafiəsinə Yardım” adlı təşkilatına rəhbərlik edib.
Vidadi İsgəndərli Azərbaycan hökumətinin tənqidçilərindən biri olub. Qardaşı Oqtay İsgəndərli BBC-yə verdiyi müsahibəsində qeyd edib ki, qardaşının Azərbaycan hakimiyyəti ilə “münaqişəsi” hələ 2010-cu il parlament seçkilərindən sonra başlayıb.
2010-cu ildə İsgəndərli Göyçəy-Ağdaş seçki dairəsindən deputatlığa namizəd olub, ondan sonra barəsində “seçicilərin səsvermə hüququna mane olma və xuliqanlıq”, “oğurluq” (seçki komissiyası üzvlərinin qızıl-ziynət əşyalarını qutudan oğurlamaqda) ittiham olunub, daha sonra oğurluq ittihamı ləğv olundu. Ancaq digər ittihamlar üzrə, o, 2011-ci ildə həbs olundu. 2013-cü ildə Azərbaycan prezidentinin əfv sərəncamı ilə azadlığa çıxıb. Müxalifətçi 2015-ci ildə Gürcüstana, iki il sonra isə Gürcüstandan Fransaya gedib və orada siyasi mühacir statusu alıb.
Qeyd etməyə dəyər ki, Vidadi İsgəndərli sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini sərt tənqid etməsi ilə, “YouTube” platformasında əliyevlər ailəsi ilə bağlı videolar paylaşmaqla tanınırdı.
Bu faktların sübut etdiyi kimi, Azərbaycanda diktatura rejiminin göstərdiyi fəaliyyəti şəraitində nəinki müxalif fikirli insanların, sadə vətəndaşların söz və ifadə azadlığı da pozulur. Öz fiziki təhlükəsizliyini təmin etmək üçün müxalif fikirli şəxslər sadəcə olaraq ölkəni tərk edib xaricdə məskunlaşırlar.