2025

Nuh Peyğəmbər məqbərəsinin azərbaycan mənimsənilməsi

Naxçıvan adı Müqəddəs Kitabda (Bibliya) qeyd olunan qlobal daşqınla əlaqələndirilir, Naxçıvan şəhəri isə Nuh Peyğəmbər tərəfindən Ermənistanda təməli qoyulmuş ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Rəvayətə görə, Nuh Tanrının izni ilə tufandan xilas olunaraq Ararat (Ağrı) dağının zirvəsinin yaxınlığındakı düzənliyə enir və sonradan Naxçıvan (“ilkin-yerləşmə”) adlanan həmin yerdə məskunlaşıb. Nuh Peyğəmbərin məhz Naxçıvanda dəfn edildiyi barədə çoxlu hekayələr var. 13-cü əsrin erməni tarixçisi Vardan Areveltsi yazır. “Böyük Peyğəmbər Nuh Naxçıvanda, Noyemzar isə Mərənddə dəfn edilmiş[1]”.

Hesab olunur ki, Nuh məqbərəsi Naxçıvan şəhərinin cənub tərəfində-qədim erməni qəbiristanlığında yerləşirdi. Məqbərə ikimərtəbəli idi. Naxçıvan şəhər məktəbinin nəzarətçisi, pedaqoq K.A. Nikitin qeyd edib ki, məqbərə şəhərin cənub tərəfində-qədim qalanın qalıqları yaxınlığında yerləşirdi. İndiki formada farslar tərəfindən bərpa edilmişdir. Keçmişdə burada kilsə var idi, həmin kilsə sonradan dağıdılıb, lakin ibadətgah keçmiş kilsənin qalığıdır. Kilsənin içi mağaraya bənzəyir-ortada tağlarla əsaslanan daş sütunlu. Erməni əfsanəsinə görə, Nuh Peyğəmbərin qalıqları[2] buradadır. Məşhur rus yazıçısı və səyyahı Yevgeni Mrkov qeyd edir ki, erməni inanclarına görə, Nuh Peyğəmbərin yaşadığı, ondan sonra isə hələk olduğu yeri məhz Naxçıvandadır, “Naxçıvan” sözü isə qədim ermənicə, sözün əsl mənasında “ilk yaşayış məntəqəsi” demək idi[3]. Tarixçi və etnoqraf İvan Şopen[4] də Nuh Peyğəmbər məqbərəsindən bəhs edir.

1852-ci ildə nəşr olunan “Qafqaz təqvimində” qeyd edilir ki, bir çox erməni abidə müsəlmanlar tərəfindən dağıdılıb. Erməni xristian tikinti hesab olunan Nuh məqbərəsi ayaqda qalıb.

1930-cu illərdə Naxçıvanın azərbaycan hakimiyyəti ibadətgahı dağıdıb. Lakin 2006-cı ildə azərbaycanlılar həmin abidəni “xatırlayıblar”, müsəlman abidələrinə xas üslubda onu bərpa etmişlər.

Qeyd etməyə dəyər ki, Nuh məqbərəsi Naxçıvandakı digər erməni abidələri kimi tamamilə sadəcə ona görə dağıdılmayıb ki, müsəlmanlar Nuhu da böyük peyğəmbər hesab edirdilər. Əlavə edək ki, hazırda azərbaycan təbliğat maşını sübut etməyə çalışır ki, məqbərə müsəlman mədəniyyət abidəsidir, ermənilərin müqəddəs yeri, ziyarətgahı olması, məhz ermənilərin sayəsində əsrlər boyu ayaqda qalması ilə bağlı aşkar faktları və sübutları təkzib edirlər.

[1] Vardan Areveltsi, “Aşxarhatsuyts”, Hayk Beknazaryanın nəşri, Paris, 1960-cı il, s. 12.

[2] К. А. Никитин, Город Нахичевань и Нахичеванский уезд, «Сборник материалов для описания

местностей и племен Кавказа», (СМОПМК), вып. II, отд. I, Тифлис, 1882, с. 112–113.

[3] Евгений Марков, Русская Армения, «Вестник Европы», № 6, том III, июнь,1901, с. 490․

[4] И. Шопен, Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к

Российской империи, Санкт-Петербург, 1852, с. 320–321.

Telegram kanalımıza abunə olun