2025

Naxçıvan Muxtar Respublikasında Türkiyə-Azərbaycan maraqlarının toqquşması

Türkiyə ilə Azərbaycanın bir çox sahələrdə əməkdaşlıq etdiyinə baxmayaraq, onların uzunmüddətli strateji maraqları heç də həmişə üst-üstə düşmür. Azərbaycan Respublikası ilə birbaşa quru əlaqəsi olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi və ünsiyyət baxımından daha çox Türkiyə ilə sıx bağlıdır. Naxçıvan Muxtar Respublikasında da yuxarıdakının varlığı yalnız iqtisadi deyil, həm də mədəni sahələrində getdikcə artır. İran da Naxçıvanda öz təsirini artırmağa çalışır. Bütün bunlar öz nəzarətini saxlamağa çalışan və ya daha uzaq bir proqramı olan Muxtar Respublikasının statusunu tamamilə məhv etmək istəyən Azərbaycan hakimiyyətini narahat edir.

Bir çox ekspertlərin fikrincə, Naxçıvan Muxtar Respublikasının uzun müddət yeganə lideri olan Vasif Talıbovun vazifədən uzaqlaşdırması bu istiqamətdə atılan addımdır. Bu barədə Azərbaycan Milli Məclisin deputatı Fazil Mustafa çıxış edərək qeyd edib. “ölkənin bəzi yerlərində fərqli qaydalar tətbiq edilməməlidir, xüsusilə də indi Naxçıvanda “Nə xan, nə də sultan var” ”.

Türkiyədən Naxçıvan Muxtar Respublikasının iqtisadi asıllığı yüksəkdir. Yuxarıdakı Naxçıvan Muxtar Respublikasının enerji tələbatının böyük hissəsini təmin edir və əsas ticarət tərəfdaşıdır. İğdir-Sədərək quru yolu, Naxçıvan-İstanbul avia uçuşları və s. bütün bunlara töhfə verdi. Türkiyə-Naxçıvan Muxtar Respublikası sərhədində hələ 1993-cü ildən etibarən Dilucu keçid məntəqəsi fəaliyyət göstərir, xüsusilə son illərdə kifayət qədər böyük həcmdə ticarət dövriyyəsi baş verib, sərhəd ticarəti inkişaf etdirildi. 2022-ci il vəziyyəti ilə Türkiyədən 87.947.048 ABŞ dollar dəyərində mal idxal edilib, Naxçıvan Muxtar Respublikasından isə Türkiyəyə 18.308.367 ABŞ dollar dəyərində mal ixrac edilib.

2023-cü ildən eləcə də Türkiyədən Naxçıvan Muxtar Respublikasına İğdir-Naxçıvan qaz borunun tikintisi başlanıb, bu da Türkiyenin Naxçıvandakı mövqeyini daha da gücləndirəcək. Hazırda İran ərazisindən keçən qaz boru ilə Naxçıvana qaz verilir. Bütün bunların Naxçıvanın inkişafına töhfə verməsinə baxmayaraq, eyni zamanda Türkiyədən onun asıllığını böyüdür, bundan da Azərbaycan çəkinir. Sosial şəraitə görə Naxçıvan sakinlərinin əksəriyyəti Türkiyəyə işləməyə getdiyindən də regionda Türkiyənin təsiri artır. Bu mühacirətin nisbəti o qədər yüksəkdir ki, İstanbulun məhəllələrindən birinin sakinlərinin böyük əksəriyyəti Naxçıvan sakinləridir. Bu barədə Ədalət Bərqarar təxəllüsü ilə fəaliyyət göstərən azərbaycanlı jurnalistin Müharibə və Sülh institutunun hesabatında denilir.

Həm Azərbaycanın bütün ərazisində, həm də Naxçıvan Muxtar Respublikasında Türkiyə fəal şəkildə “Yumşaq güc” siyasətini aparır. Türk mediası, TV şouları, teleserialları orada çox yaygındır və Azərbaycanın buna oxşar istehsalına kölgə salır. Naxçıvan Muxtar Respublikasının sakinləri daha çox Azərbaycan mədəniyyəti ilə deyil Türkiyə mədəniyyəti ilə bağlıdır. Türkiyənin “yumşaq gücünün” bu şəkildə təsiri Azərbaycanı narahat edir, çünki Naxçıvanda “azərbaycan milli kimliyinin” qurma proqramını risk altına alır.

Naxçıvan Muxtar Respublikasında Türkiyənin hərbi varlığı, xüsusilə də birgə keçirilən hərbi təlimləri vacibdir. Bunlar müdafiə sahəsində Türkiyədən Naxçıvan Muxtar Respublikasının asıllığını vurğulayır, 2023-cü ildə Naxçıvanda hərbi kompleksin birgə açılışı bunun sübutudur. Bu və buna oxşar digər addımlar Naxçıvanla bağlı müstəqil qərarlar qəbul edərkən Azərbaycanın imkanlarının bir qədər məhdud olduğunu göstərir, bu da öz növbəsində Muxtar Respublikasında yuxarıdakının mövqeyini zəifləyə bilər.

Beləliklə, Türkiyə-Azərbaycan “qardaşlıq münasibətlərində” ziddiyyətlər var, lakin açıq şəkildə deyil. Proseslər belə sürətlə davam edərsə çox güman ki, Türkiyə bölgəni tamamilə “udmaq” imkanı əldə edəcək və orada Azərbaycanın nəzarətini formal hala çevirə biləcək. Azərbaycanın öz təsir dairəsindən çıxmasının qarşısını almaq üçün Naxçıvan Muxtar Respublikası Türkiyənin əlində güclü bir rıçaqdır.

Telegram kanalımıza abunə olun