2025
2024-10-18
Azərbaycan hakimiyyətinin sifarişi ilə dünyanın müxtəlif ölkələrində mütəmadi olaraq cürbəcür sərgilər və sözdə “Qərbi Azərbaycan” saxta tezisini yayma məqsədi ilə tədbirlər keçirilir. Növbəti tədbir Polşanın paytaxtında keçirilib.
Varşavada keçirilən “Qərbi Azərbaycan-yaddaşlarımızda” adlı sərgi çərçivəsində “Qərbi Azərbaycan” İcmasının sözçüsü Ülviyyə Zülfiqar Polşa-Azərbaycan parlament qrupunun sədri Pşemislav Viteklə görüşüb. İcma sözşüsü “20-ci əsrdə mərhələlərlə “Qərbi azərbaycanlıların” deportasiyaya məruz qalmaları”, “Ermənistan Respublikasının ərazisində onlara məxsus zəngin irsin məhv edilməsi” barədə saxta tezisləri təqdim edib. İcma sözçüsünün bildirdiyinə görə, “öz ata-baba yurdlarından zorla çıxarılan və vətən həsrəti ilə yaşayan “Qərbi azərbaycanlılar” beynəlxalq hüququn norma və prinsiplərinə əsasən qayıdış hüququna malikdirlər”.
“Qərbi Azərbaycan” saxta tezisi sonuncu Artsax müharibəsindən sonra Azərbaycan hakimiyyəti tərəfindən daha fəal şəkildə manipulyasiya olunmağa başladı.
Təəccüblüdür ki, öz çıxışında beynəlxalq hüququn prinsipi kimi qayıdış hüququqnun tətbiq etməsini dəyərləndirən Polşa nümayəndəsi Azərbaycan ərazisində Ermənilərin qırğınlarnı və Artsaxın yerli ermənilərin məcburi deportasiyasını heç xatırlamadı.
“Geğard” elmi analitik fondu Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətini, “Qərbi Azərbaycan” saxta tezisinin irəli sürməsini qətiyyətlə pisləyir, beynəlxalq tərəfdaşları Əliyev rejiminin ekspansionizm siyasətinə bu və digər şəkildə töhfə verməkdən çəkinməyə çağırır.