2025
İran mənəvi dəyərləri, mədəni ənənələri və kollektiv yaddaşı ilə Atropatenada yaşayan ahalinin əksəriyyəti bu gün türkdillidir.
Lakin, türkdilliliyin yayılmasına qədər həmin əhali iran azəri adlananan dilində danışırdı. Azəri ilə və ya yerli iran ləhcələri ilə yazılmış mənzum əsərlərinin tam kolleksiyaları Atropatenanın İrana xas olduğuna , irandilliliyinə və sonradan ikinci dərəcəli bir statusda yayılan türkdillilik haqqında mühüm sübutdur. Atropatenada yaşayan yaradıcılar tərəfindən qalan dialektlərarası fərqlərlə misra əsərləri Atropatenanın əsl, irana xas olan mənzərəsini göstərən mədəni təbəqənin bir hissəsidir. Qeyd etməyə dəyər ki, azəri iran dil adı Atropatena adının sifət formasıdır, hazırda Atropatenada yayılmış və indiki Azərbaycan Respublikasının rəsmi dili olan türk dili ilə geneoloji cəhətdən heç bir əlaqəsi yoxdur. Həmin türk dili azəri (azəri dil adının türk tələffüzü) adı ilə dövriyyəyə buraxılması terminin ikincil istifadə fenomenini göstərir, artıq tanınan dil adı gəlmə dil tərəfindən mənimsənilməsində.
Azəri iran dilinin tam mətn şahidliklərinə əlavə olaraq, minilliklər boyu eyni qalmış yer adları (hətta həmin ərazinin əhalisi dilini, dinini, demoqrafik mənzərəsini dəyişsə belə) Atropatenanın irana xas olduğuna şahidlik edən mühüm faktlardandır.
10-cu əsr müəllifi İbn Xordadbeh ilk innsanlardan biridir ki, əsərlarində (qeyd) Atropatenanın şəhərlərinin və əyalətlərinin adlarının tam dəstini görürük. Onların əksəriyyəti bu gün dəyişməz şəkildə qorunub saxlanılır, tərkibində türk elementləri yoxdur- Marağa, Miyanac, Ərdəbil, Varsan, Səysar, Barze, Saborxast, Təbriz, Mərənd, Xoy, Kulsare, Muğan, Bargand, Canze, Cabravan, Narir, Urmiyə, Salmast, Şiz, Bac, Salağ, Sandbaya, Bazz, Sarab, Daskivar və s.[1].
Atropatenada danışıq dili məsələsinə gəlincə, qeyd edək ki, mənzum əsərlər vasitəsilə 13-cü əsrdən bəri mövcuddur. Bunlardan bəziləri farslaşmışdır, yəni farsca sözləri ilə doludur, digər hissəsi isə xalis yerli ləhcələrdə yazılmışdır və deşifrə etmək çətindir. Bu şeirlər məşhur və naməlum müəlliflər tərəfindən yazılmışdır.
Yalnız Atropatenada deyil, həm də Arranda və Şirvanda iranlılığın varlığını göstərən ən yaxşı nümunələrindən biri də “Nuzhat al-Majalis” şeirlər toplusudur. Bu kitabda Atropatenada, Arran və Şirvan ərazisində yaşayan 114 nəfər farsdilli şairlərin əsərləri yer alır. Şeirlər ya fars dilində və ya yerli iran ləhcələrində yazılmış. Ön sözdə sufi toplanma yerlərində, bazarlarda, ictimai yerlərində oxunan iranlı şairlərin bu kvartetləri oxuyuruq. Buna görə də fars dili və yerli iran ləhcələri o zaman Arranın və Şirvanın əhalisinin ümumi və gündəlik dili idi. Kitabda eləcə də qadın şairlərin əsərləri yer alır. Qeyd etməyə dəyər ki, adətən savadsız qadınlar fars dilində, yəni gündəlik dildə yazırdılar.
Kitab 1290-cı illər ərzində yazılmış və 11-13-cü əsrlərdə yaşamış müəlliflərin əsərlərini daxil edir. Bu şeir toplusu həmin dövrün Aranın və Şirvanın mədəni güzgüsüdür. Ərazinin əhalisinin irandilli olduğuna və iran mədəni mühitinin bir hissəsi olduğuna şahidlik edir. Kitabda 24 şeir Gandzakdandır (Gəncə). Qeyd edək ki, həmin ərazidə və zamanında türk dilində yazılmış və “Nuzhat al-Majalis” şeir toplusu kimi başqa heç bir kitab məlum deyil. Şeir toplusunun tədqiqatçısı, İranın Xoy şəhərində anadan olan məşhur iran alimi Mohammad Amin Riahinin qeyd etdiyi kimi. “ “Nuzhat al-Majalis” (Atropatenada, Aranda, Şirvanda) dövrün ictimai vəziyyətin əksi idi, fars dilinin və iran mədəniyyətinin yayılması göstərir. Şeirlərdə fars dilində danışıq ifadələrindən, bəzi şairlərin peşə adlarından istifadə edilməsi ərazidə həmin dili yaxşı bildiyini göstərir. Bu şeirlər toplusunda ləhcələri ərazidə yayılmış şimal-qərb iran dilinin təsiri nəzərə çarpır”[2].
Atropatenada və Azərbaycan Respublikasında danışılan indiki oğuz türkcəsi, səlcuq yürüşləri ilə bölgəyə daxil olub və sonrakı əsrlərdə də davam edib. Türk dilinin yayılmasına İranda Səfəvi sülələsinin yaranması və sonrakı dil prosesləri dönüş nöqtəsi oldu.
[1] ʻAbbās Zaryāb, Āẓarbāijān, in: The Great Islamic Encyclopaedia, v. 1, 2004, 198.
[2] Riyahi, Mohammad, “Nozhat al-Majāles,”in: Encyclopedia Iranica.