2025

Hadrut kəndi haqqında İ. Davitbekovun məqaləsi

İ.Davitbekov Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının Hadrut kəndi barədə «Село Гадрут, Елисаветпольской губернии, Джебраильскаго уезда» başlığı ilə məqalənin müəllifidir. Həmin məqalə «Сборник материалов для описания местностей и племен Кавказа» dövri nəşrinin 1888-ci ilin sayına daxil edilmişdir.

Müəllif Hadrut yer adının mənşəyi, kəndin mövqeyini, arxeoloji abidələrini və sərhədlərini, binalarını, flora və faunanı, əhalini, həyat və vərdişlərini ətraflı təsvir edir, təhsil haqqında danışır.

Onun dediyinə görə, Hadrut kəndi polkovnik-leytenant Mədətovun varisi Sofiyaya-hərbçi Mirzoyevin arvadına məxsus idi. Hadrut adı farscadır, “İki çay arasındakı ərazi, yəni “çaylararası” ” deməkdir.

Hadrut öz mövqe ilə qəzada mərkəzi yer tutur, ətrafında Tağaser, Vornaşat, Sarinşen və ya Şaqax, Vəng, Tyaq, Noraşen, Koşbek, Melik-canlu, Qara-qolu, Qamrakyuç kəndləri yerləşir. Qara-qoyunlu kəndindən başqa digər bütün kəndlərin sakinləri ermənilərdir. Qara-qoyunluda müsəlmanlar yaşayırlar.

Hadrutda və ətrafındakı arxeoloji abidələrdən və ibadət yerlərindən qədim qəbiristanlıq və kilsə yaddaqalandır. Qəbir daşları üzərində ikisindən başqa (xaçlar oyulmuşdur) heç bir yazı və təsvir yoxdur. Kilsədən yalnız qismən dağılmış divarlar və tağların bir hissəsi qorunub saxlanılmışdır.

Məqalə müəllifi 1887-ci ilə aid qədim qala divarlarının aşkarlanmasında iştirak edib. Kəndin cənubunda təpədə başqa bir qalanın- Tstsaxaçın xarabalıqları var. Qalaya borular vasitəsi ilə Şaxax və ya Sarinşen kəndindən su gəlirdi. Qalanın ağası Velacanın türbəsi Spitak Xaç kilsəsində yerləşir. Məzar daşının üzərində yazılmışdır. “Mən-Xumarın oğlu Velican 1527-ci ildə xaçı ucaltdım”.

Digər bir Vnesa qalası adı ilə tanınan qalanın xarabılıqları Hadrutun şimal-qərbində qorunub saxlanılmışdır. Vanesə məxsus olan qalada kilsə də olub.

Spitak Xaç (Ağ Xaç) kilsəsi Vəng kəndində yerləşir, xalq arasında xaç haqqında mif qorunub saxlanılmışdır. Həmin əsatirə görə, bir neçə yüz il əvvəl monastırın ruhanilərindən biri ağ və parlaq xaç əldə edib, onu sonradan gümüşlə örtüb,  monastırda öz şərəfli yerini tutmuşdur. Xaçı oğurladıqlarına baxmayaraq, xalq kilsəni ziyarət etməyə davam edib.

Hadrutun şimal-qərbində Dizapayt (Ziyarət) dağ üstündə Cəbrayıl və Şuşi qəzalarının ilk ibadət yeri olan qala yerləşir. Məqalə müəllifi bildirir ki, “dizapayt” ermənicə sözdür “dez” ( yığın) və “payt” (taxta) sözlərindən ibarətdir. Cəbrayıl, Şuşi qəzalarının dindar ermənilər və müsəlmanlar yayda, payızın əvvəli və yazın sonunda vəfat edənlərin xatirəsini ehtiramla yad etmək üçün oraya səfər edirdilər.

Zəvvarlar əsas bulaqları-Qoşi və Arci bulaqların yanında dayanırdılar. Növbəti məşhur yeri Oxt (yeddi) qapısı idi, sökük, damı olmayan daş evidi, içərisində 7 girişi var idi. Digər ziyarətgahı Mina-Xoren idi, Mina bacısının, Xoren qardaşının adıdır. Sarişendə Şaqax adlı ibadət yeri var idi, məhz yuxarıdakının adı ilə də kənd Şaqax adlanırdı. Hadrut Xor və Şen bulaqlarının içməli sudan istifadə edirdi.

Məqalə müəllifi qeyd edir ki, Hadrutda yerlilər az idi. Sakinlərin böyük əksəriyyəti fars basqınlarından sığınan müxtəlif yerlərdən köçkünlər idi.

Hadrutda 1863-cü ilin məlumatlarına görə, 438 kəndli var idi. 1873-cü ilin məlumatlarına görə, Hadrutda və ətrafdakı kəndlərdə-Hdarutda 196 ailə, Tağaserdə 84 ailə, Vənqdə 24 ailə, Tyakda 27 ailə, Noraşendə 12 ailə, Qermakuçda 47 ailə, Koçbekda 20 ailə var idi. Cəmi-503 ailə, kişi-2.221 nəfər, qadın-1.835 nəfər.

Hadrutun ətrafındakı digər kəndlərinin də erməni adları var-Çirakuz, Tağ, Toğ, Azox, Mameda dzor.

1877-ci ildə kənddə ipək fabriki fəaliyyət göstərirdi. Həmin fabrik üç dostuna-hadrutlu Guli Akopova, şuşili İvan Zorabova və noraşenli Avag İsaxanova məxsus idi.

1885-1886-cı tədris ilində Hadrut iki sinifli məktəbində 65 oğlan, 1886-1887-ci tədris ilində isə 62 oğlan oxuyub. Oxuyanlar Hadrut, Tağaser və Vənq kəndlərindən idilər.

Məktəbin mövcud olduğu iki il ərzində 100-dən çox müraciət daxil olub, oxumaq istəyənlərin sayı isə 200-ə çatırdı. Müəllif qeyd edir ki, həmin rəqəm ermənilərin təhsil almaq böyük arzusu haqqında şahidlik edir.

Hadrutda oğlanlar üçün bir illik erməni kilsə məktəbi var idi. 1881-ci ildə açılmışdır, 1884-cü ilə qədər fəaliyyət göstərmişdir, 1886-cı ildə yenidən açılıb-40 şagirdi var idi. Məktəb Hadrut sakini Margar Ter-Voskanovun ianələr hesabına saxlanılırdı. Mövcud olan “Zemskoy” məktəbinin açılışına sakinlər Hadrut kəndinin keçmiş başçısı Xosrov Abalova qismən borcludurlar.

Kənddə təcili yardım otağı olan aptek var idi, 1885-ci il aprel ayının 12-də açılmışdır. Kəndin həkimi Uragov idi. Aptek Cəbrayıl qəzasının sakinlərinə xidmət göstərirdi. Hadrutda yalnız ermənilər yaşadığından hamı ermənicə danışırdı.

Bu məqalədəki məlumatlar da Hadrutun erməni yaşayış məntəqəsi olduğunu təsdiqləyir.

Telegram kanalımıza abunə olun